Holter monitorinqi

Holter monitorinqi ve ya EKQ-nin sutkalıq monitorinqi elektrofizioloji instrumental müayinə metodudur.
Müayinə ağrısız və qansızdır. Holter müayinəsi aşağıdakı xəstələr üçün tətbiq olunur:
1. Aritmiyalı xəstələr – ürək nahiyəsində anormal atımlar hiss edən, tez-tez ürək döyünməsi olan , QT-nin uzanması sindromu olan, VPV sindromu olan, səbəbi tapılmayan ürəkgetməsi olan xəstələr
2. Miokardin isemiyası olan xəstələr –Sinəsində ağrı olan, stenokardiyalı, miokard infarktı keçirmiş xəstələr, ürək çatışmazlığı olan xəstələr
3. Arteriyal hipertenziyalı xəstələr- əsasən sol mədəciyin hipertrofiyası olan arteriyal hipertenziyalı xəstələr
Müayinə eyni zamanda qeyd olunan hallarda da istifadə olunur:
• Miokard infarkt, sol mədəciyin ağır çatışmazlıqları, Dilatasion kardiomiopatiyalar, mitral stenoz kimi xəstəliklər zamanı həyati təhlükəsi olan aritmiyaların mövcud olma ehtimalı üçün profilaktik məqsədlə aparılan Holter müayinəsi
• Ürək əməliyyatı öncəsi
• Xəstədə olan elektrostimulyatorlarin fəaliyyətini qiymətləndirmək üçün
• Antiaritmik, antianginal müalicənin effektivliyini qiymətləndirmək üçün

Miokardit – ürək əzələsinin iltihabıdır.

Miokardit-ürək əzələsinin iltihabıdır. Bu xəstəlik ciddiyə alınmazsa ölümə gətirib çıxara bilər.

Ən əsas səbəbləri aşağıdakılardır:
1 – İnfeksion: -Viruslar(adenovirus qrip,qızılca,koksaki B)
– Bakterial(Streptakok ,Meninqokok)
– Göbələklər
– Parazitlər
2 – Allergik-immunoloji : – bir çox dərmanlardan yarana bilər(Sulfonamit,Sefolosporin,Digoksin)
– Orqan toxumaların transplantasiyası zamanı
3 – Toksik : -Narkotiklər
– Triotoksikoz
– Alkoqol

Simptomları: – Ürək nahiyyəsində ağrı (Fiziki gərginliklə əlaqəsi olmayan, uzun müddət davam edən, Nitroqliserin
qəbulundan sonar keçməyən döş qəfəsinin sol tərəfində təzyiq edici ağrılar) müşahidə edilir.
Təngnəfəslik -Sol mədəcik çatışmazlığı zamanı yaranır
Ürək döyünmə-Taxi kardiya ,ritm pozğunluğu.
Baş gicəllənmə
Diaqnostikası :
1. Xəstədən Anamnez toplanır.
2. EKQ
3. EKQ HOLTER
4. RENTGEN
5. EXO
6. ÜRƏK ƏZƏLƏSİNİN BİOPSİYASI

Epşteyn –Barr virusu

Epşteyn, Herpes virusunun 4-cü nəsil tipinə aid olub, çox ağır fəsatlarla nəticələnə bilir. Uşaqlara erkən yaşlarda yoluxmuş ola bilər.
Epşteyn-Barr virusu aşağıdakı xəstəlikləri əmələ gətirə bilər:
1. İnfeksion mononukleoz
2. Filator xəstəliyi
3. Monositar angina
4. Afeyffer xəstəliyə
5. Kəskin xoşxassəli limfablastoz
Virusa yoluxma səbəbləri: Bu virus udlaq epitelisində və ağız suyu vəzilərində yerləşə bilir.
Virusa hava-damcı, Transfuzion, kontakt, cinsi, Transplasentar yollarla yoluxmaq mümkündür.
Virus əlamətləri: Boğazda ağrı, temperaturun yüksəlməsi, tez yorulma, papulyoz səpgilər əsasən bədəndə və əllərdə ,bədən çəkisinin
azalması, mədə-bağırsaq traktının pozulması, limfa düyünlərinin böyüməsi, əzələ-oynaq ağrıları, yuxunun
pozulması, aritmiya, qara ciyər və dalağın zədələnməsi.
Epşteyn -Barr virusunu təyin etmək üçün
1. Qanın ümumi və Biokimyəvi analizi
2. Seroloji analiz
3. İmmunoloji analizlər
4. DNK diaqnistika
5. PSR diaqnostika
aparılmalıdır.
E.B virusunun təhlükə yaratdığı xəstəliklər isə bunlardır:
– Qaraciyər və dalağın böyüməsi və zədələnməsi
– Sinir siteminin zədələnməsi
– Ürək çatışmazlığı
– Autoimmun xəstəliklər (Qırmızı qurd eşənəyi Revmotoid Artriti)
– Pnevmoniya
– Hepatit
– Onkoloji xəstəliklər (Bağırsağın, mədənin xərçəngi, limfoma)

Virusa yoluxma risk qurupuna 5 yaşa qədər uşaqlar daxildir.
Virusdan qorunmaq üçün ummuniteti yüksəltmək, şəxsi gigiyena qaydalarına əməl etmək tövsiyə edilir.

Ultrasəs müayinənin orqanizmə zərəri varmı?

Ultrasəs müayinəsi orqan və toxumaların ultrasəs dalğaları vasitəsilə müayinəsi deməkdir.
Adından məlum olduğu kimi şüa deyil səs dalğalarıdır. Pasiyentlər heç bir şüalanmaya məruz qalmır. Ziyansız, sadə üsuldur.
Pasiyentə radiasiya yükü verilmədiyi üçün gün ərzində ehtiyac duyularsa bir neçə dəfə də müayinəni təkrarlamaq mümkündür.
Müayinə zamanı xüsusi geldən istifadə edilir ki, bu gel də dəri tərəfindən sorulmur və orqanizm üçün tamamilə neytraldır. Müayinənin icrası üçün pasiyentlərin 6-8 saatlıq aclıq müddəti kifayət edir. Əgər pasiyent körpə uşaqlardısa bu müddət 4-5 saat da ola bilər.
Kiçik çanaq orqanları müayinə olunacaqsa sidik kisəsinin dolu olması qənaətbəxş hesab olunur. Ultrasəs müayinəsi üçün heç bir əks göstəriş yoxdur! Hamilələr və körpə uşaqlar da müayinələrdən rahatlıqla keçə bilərlər.