uşaqlarda şekerli diabet

Uşaqlarda diabet

Son dövrlərdə uşaqlar arasında ən çox görülən endokrin xəstəliklərdən biri də şəkərli diabetdir. 

Şəkərli diabetin bir sıra növləri vardır. Ən çox aktual olan, belə deyək, son dövrlərdə insulindən asılı və insulindən asılı olmayan, yəni insulin əksikliyinə bağlı yaranan və insulinin artıqlığı ilə yaranan diabet növüdür və bir də aralıq formaları var təbii ki, bunların. 

Bizim uşaqlarda ən çox gördüyümüz insulin əksikliyi ilə görülən Tip 1 diabet növüdür. 

Valideynlər əksər hallarda yəni bunun təşvişinə düşərək çox hallarda gedib analiz verirlər və diabetin “Uşaqda varmı, yoxmu?” deyə sırf analizlə dəqiqləşdirmək istəyirlər. Lakin diabet diaqnozu qoymaq üçün bizə tək qan analizi deyil, uşağın klinik əlamətləri də önəm daşıyır. 

Şəkərli diabetin əlamətləri

Şəkərli diabetin əlamətləri nədir deyə gəlsək, uşaqlarda birinci, çox çəki itkisi, son dövrlərdə, belə deyək son 2, 3 ay ərzində ciddi bir formada 5-6 kq qədər çəki itkisi. 

Çoxlu, həddən artıq su içməsi. Bu haradasa 5-6 litrə qədər olan bir su içkisidir. Gecə də hətta yuxudan durub su içmək istəyi, ehtiyacı yaranır və sidiyə çoxlu miqdarda çıxmaq… Hansı ki, gecə də artıq hətta yerini belə batıracaq qədər sidiyə çıxma olur. Və bu əlamətlərin hamısı birlikdə olduqda diabetdən şübhələnilir. 

Həmçinin də yanaşı olaraq da həddən artıq bir miqdarda iştahın olması. Çox yeyir, acır… İlk başlarda təbii ki. Amma yediyinin qarşılığında yenə də doymur, doyma hissi itir. 

Yanaşı olaraq artıq biz qan analizinə belə baxmalıyıq. 

Qanda şəkər neçə olmalıdır?

Qanda şəkərin miqdarı aclıq formasında 8-10 saatlıq bir aclıqdan sonra 126 mq və üzərində olarsa, biz diabet diaqnozunu təsdiqləyirik. Lakin “Laborator analizlərdə hər-hansısa bir yanlışlıq varmı, yoxmu?” deyə biz 2 dəfə qandan baxmalıyıq ki, bunu təsdiqləyək. 

Toxluq şəkəri isə, 200 mq və üzərində olduqda biz buna artıq deyirik ki, uşaqda şəkər var. 

Lakin valideynlər adətən şəkər analizi verdikdə, uşaq ya məsələn, kiçik bir peçenyamı desək, yeyir və yaxud da saqqızımı çeyniyir və bunun fonunda baxır analizə və yaxud da qrip fonunda… Yəni qripdən təzə sağalmış fonununda gedib analiz verdikdə bu analizə bir baxaq deyə istəyirlər. Və bu zaman şəkərlər çox aralıda gəlir. Yəni 105 gəlir, 210 gəlir… Bu civarlarda. 

Əslində bu xəstəlik fonunda bu qədər şəkərin yüksəlməsi, hiperqlisemiya normaldır. Lakin sağlam uşaqda belə deyək, heç bir qrip və s. yoxdursa, 115 – bu civarda, 100-lə 125 arasında gələn şəkər varsa, bu diabet öncəsi bir vəziyyət adlanır. Bunun üzərində belə deyək, müşahidə qalması yaxşı olar. Lakin bu “prediabet” dediyimiz mərhələ Tip 1-də daha çox görülmür. Ən çox gördüyümüz Tip 2 diabetlərdə olur ki, bəli, Tip 2 diabetlər uşaqlarda son dönəmlərdə görülməsi artır, Tip 1 qədər olmasa da… 

Tip 2-in Tip 1-dən fərqi nədir?

Tip 2-lərdə çəki artıq olur, burada insulin miqdarı artıq olur və şəkər də həmçinin, yenə 126-dan yuxarı olacaq aclıqda, toxluqda isə 200-dən yuxarı olacaq. Və bu baxımdan bizim üçün burada insulinin əsas məqamı insulin burada yüksəkdir və yaxud da aşağıdır ki, biz burada Tip 1 / Tip 2 olduğunu, insulin əskikliyi, yaxud artıqlığına bağlı olduğunu qoyaq. 

Amma valideynlər ən çox qorxurlar ki, şəkəri, tutalım ki, normaldır, uşaqda 90 gəlib, 100-dən aşağı, amma insulini gəlib sıfırlarda, qorxur ki, uşaqda diabet var, insulini yoxdur, insulin çatışmazlığı var… Hansı ki, bizim diabet diaqnozu qoymağımız üçün əsas məqam insulin deyil. Əsas məqam şəkərin səviyyəsidir. İnsulin isə bizdə şəkərin növünü dəqiqləşdirmək üçün kömək edir. 

Uşaqlarda dibaetin yaranma səbəbləri

Diabet yarandıqdan sonra valideynlərə maraqlı olan ikinci bir sual isə “Bu diabet nə üçün yarandı?” 

Tip 1 diabetin yaranması autoimmun bir prosesidir. Yəni bədənin öz hüceyrələrini tanımayıb onları məhv etməsi nəticəsində yaranır. Nəticədə mədəaltı vəzin insulin ifraz edən hüceyrələri zədələnir və insulin ifrazı da dayanır.

Amma tip 2-də isə əksinə insulin ifrazatı var, həmin insulini tanıyan hüceyrələr pozulur, reseptorlar tanıyır. Nəticədə insulin ifrazı nə qədər olsa da, nə qədər artsa da, yenə də onların daxil olacağı hüceyrələr, tanıyan hüceyrələr olmadığı üçün bu baxımdan insulin bədəndə olduğu, mövcud olduğu təqdirdə də yenə də təsir edə bilmir. 

Bu da bizə müalicənin fərqliliyinə gətirib çıxardır. Çünki biz insulin əskik olduqda insulini müalicədə istifadə etməliyik. 

Uşaqlarda insulin istifadəsi asılılıq yaradarmı?

İnsulin istifadəsinə gəldikdə isə valideynlərdə yenə bir sual çıxır ki qarşıda “İnsulindən asılılıq yaranacaqmı?” İnsulin asılılıq yaranmayacaq. 

Burada biz özümüz insulinə möhtacıq. Çünki necə ki, suyu bədənimiz ifraz etmir, kənardan daim hər gün su içməliyik ki, bədənimiz rehidratasiya olsun, eləcə də insulinə də ehtiyacımız var ki, aldığımız qidaların tərkibindəki şəkərlər toxumalara keçsin. Və bu baxımdan da biz insulini istifadə edirik. 

İnsulini həb şəklində qəbul etmək olarmı?

İnsulinin son dönümünə qədər hələ də oral versiyaları mövcud deyil. Hazırlanan oral versiyaların hamısı mədə turşusunun təsirindən məhv olduğu üçün yetərli effekt göstərməmişdir və bu baxımdan da ondan iynə formasında istifadə olunur. Lakin Tip 2-də isə, hansı ki daha çox yaşlılarda görünür, onlarda insulin müqavimətini qırmaq üçün müalicə metodları istifadə olunur və onlarda oral, PerOs müalicə metodları onlarda mövcuddur.

Dr.Aygün Musayeva | Uşaq endokrinoloqu

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir