yaz allergiyalarinin esas sebebi çiçek tozlarıdır

Yaz allergiyaları

Yazda insanları ən çox narahat edən, insanların daha çox şikayət etdiyi xəstəliklərdən biri yaz allergiyalarıdır. Məhz yaz fəslində təbiət canlandıqdan sonra, ağaclar çiçəklədikləri vaxtda artıq bu xəstəlik başlayır. 

Əksər xroniki xəstəliklər adətən yaz və payız mövsümündə kəskinləşməyə başlayır və adətən xroniki xəstəliklərin kurs müalicələri məhz yazda və payızda aparılır. 

Yaz alleregiyasının səbəbləri

Xəstəliyin başlanmasının əsas səbəbi təbii ki, çiçək tozlarıdır. Havada kəskin olaraq çiçək tozları artır və bunun nəticəsində insanlarda allergik reaksiyalar olur. 

Qeyd etmək lazımdır ki, adətən bu xəstəliklərin artmasının, kəskinləşməsinin səbəbləri həm də təbii ki, insanların qış fəsli ərzində qəbul etdikləri təbii qidaların çox azalması, günəş şüasının azalması və bunun nəticəsində bir çox mineralların, vitaminlərin, xüsusilə də D vitaminin insan orqanizmində tükənməsidir

Əsas faktorlardan biri də genetik olmasıdır. Yəni əgər gendə, ailədə, nəsildə varsa, həmin nəsildə olan insanlar daha çox bu xəstəliklərlə xəstələnirlər. 

Yaz allergiyasının əlamətləri

Yaz allergiyasının əsas simptomları adi allergiya simptomlarıdır: burun axması, asqırıqlar, gözlərin acışması, yaşarması, öskürəklər, xüsusilə də quru öskürəklər, insanın, xüsusilə də üz nahiyəsində müəyyən qıcıqlanmalar… Əsas simptomlar bunlardır. 

Yaz allergiyası ilə qrip və soyuqdəymə səhv salına bilər

Əksər vaxtlarda insanlar yaz allergiyalarını qrip xəstəliyi ilə və kəskin respirator virus xəstəlikləri ilə qarışdırırlar. Yəni əslində bunlarıın simptomlarında oxşarlıq çoxdur. Yəni yuxarıda sadaladığımız simptomlar həm də qrip xəstəliyində, respirator infeksion xəstəliklərdə də olur və buna görə də insanlar çox vaxt bunu qarışdırırlar. 

Yəni allergiyaları qrip kimi, kəskin respirator infeksion xəstəlikləri kimi qəbul edirlər. Həkimlə məsləhətləşmədən çox vaxt demək olar ki, bu xəstəliyi qrip kimi və yaxud da respirator infeksion xəstəlik kimi özbaşına olaraq müalicə etməyə başlayırlar. 

Bizim həmişə dediyimiz bir məsələ qrip xəstəliyində biz həmişə, daima deyirik ki, insanlara antibiotiklərin qəbulu olmaz. Lakin insanlar bunu qəbul edirlər və təsəvvür edin ki, allergiya olan xəstə antibiotik qəbul edir və bu da həmin allergiyalı xəstələrdə çox ciddi fəsadlar yaradır. Təbii ki, onun heç bir effekti yoxdur. Çünki burada iltihablaşma yoxdur. Amma o çox ciddi fəsadlar yaradır, həmin allergiyanı bir az da kəskinləşdirir, vəziyyəti daha da ağırlaşdırır. 

İnsanlar bilməlidirlər ki, allergiyalardan qrip xəstəliyinin və digər viruslu xəstəliklərin əsas fərqləri birinci növbədə temperatura olmasıdır. Yaz allergiyasında heç vaxt temperaturu olmur qrip xəstəliyindən və kəskin respirator infeksion xəstəliklərdən fərqli olaraq. 

İkinci əsas simptom qrip xəstəlikləri üçün oynaqlarda, bədəndə, ümumiyyətlə sümüklərdə sızıldayıcı ağrılardır. Hansı ki, bu da yaz allergiyası kimi xəstəliklərdə olmur. İnsanlar bu fərqli simptomları hökmən bilməlidirlər və bunu bildikdə təbii ki, xəstəlikləri ayırd edəcəklər və yaz allergiyalarının müalicəsinin fərqli olduğunu biləcəklər. 

Yaz allergiyasının müalicəsi

Yaz allergiyasının qarşısını necə almaq lazımdır? 

Medikamentoz müalicədən söhbət gedərsə, burada heç də geniş bir müalicəyə ehtiyac olmur. Yalnız allergiya əleyhinə olan dərman preparatlarından antistamin dərmanlardan qəbul etməyə ehtiyac olur. Qalan demək olar ki, bütün müalicələr yalnız profilaktik məqsəd daşıyır. 

İnsanlar xüsusilə səhərlər havada çiçək tozlarının həddən artıq çox olması ilə əlaqədar, saat adətən 11-12-yə qədər bu olur, açıq havada çox olmamalıdırlar, evə gəldikdə dərhal üst geyimlərini dəyişməlidirlər və üst geyimlərini qətiyyən yataq otağında qoymaq olmaz. 

Tez-tez yuyunmaq lazımdır, xüsusilə əl-üzü yumaq lazımdır. Çox allergiya verməyən sabunlardan istifadə olunmalıdır. 

Daha çox idman hərəkətləri olmalıdır. 

Allergiya verən müəyyən qidalar var ki, onlardan maksimum dərəcədə uzaq olmalıdırlar, xüsusilə də bəzi sitrus meyvələri var, hansı ki, onlar daha çox allergiya verir. Qoz, fındıq – bunlar daha çox allergiya verir. Bunlardan uzaq olmalıdır. 

Çoxlu miqdarda maye qəbul etmək lazımdır. 

İdman hərəkətləri və gimnastika hərəkətlərindən daha çox istifadə olunmalıdır.

Dr.Güloğlan Quliyev | Terapevt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir