Dermatoloq

Dəri bizim ən böyük orqanımız olması və hər an göz önündə olması ilə orda yaranan problemlər həm özümüz, həm də ətrafımızdakı insanlar tərəfindən daha tez görülür. Bu bir yandan onların daha tez araşdırılıb aradan qaldırılması üçün stimul olarkən, digər yandan psixologiyamıza və sosial münasibətlərimizə də birbaşa təsir edir. Bu baxımdan dərimizə qayğı göstərmək, vaxtında müayinə və müalicələrlə sağlamlığını təmin etmək əhəmiyyətlidir.

Dəri sağlamlığı ilə bağlı məsələlər çox sədə, keçici bir problemdən, çox ciddi xəstəliklərə qədər müxtəlif çeşidlərdə ola bilər və xüsusilə də kiçik problemlər, böyük xəstəliklərə çevrilmədən vaxtında araşdırılıb müalicə edilməsi vacibdir.

Megapol Sağlamlıq Mərkəzi dəri ilə bağlı problemlərin diaqnositkası və müalicəsi sahəsində, Türkiyə təhsil almış uzman dermatoloq tərəfindən göstərilən xidmətləri təqdim edir. Dermatoloqumuz hər bir pasiyentə fərdi yanaşaraq dəri problemlərinizi araşdırır, düzgün diaqnoz qoyur və effektiv üsul seçərək müalicə edir. 

Dermatologiya şöbəmizdə aşağıdakı xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir:

Dermatoloqların müalicə etdiyi geniş yayılmış sağlamlıq problemləri aşağıdakıları əhatə edir:

  • Akne – Sızanaqlar.
  • Ekzema.
  • Psoriaz 
  • Dermatit
  • Melanoma
  • Rozasea – Qızılgül xəstəliyi
  • Alopesiya – Saç tökülməsi
  • Göbələk infeksiyaları
  • Ziyillər: İnsan papilloma virusu (HPV) tərəfindən səbəb olunan strukturlar.
  • Vitiliqo: Dəridə ağ ləkələr.
  • Kəmərləyici dəmrov
  • Ürtiker (urtikariya)
  • Dodaq uçuqlama (Herpes)
  • Melazma
  • Seboreya Dermatiti
  • Streptodermiya
  • Dəri Allergiyası
  • Selulit
  • Kist və Lipomalar
  • Keloid və Hipertrofik çapıqlar
  • Piqmentasiya pozulmaları: (hiperpiqmentasiya/hipopiqmentasiya)
  • Qaşıntı (Pruritus)