uşaq endokrinologuna ne vaxt muraciet etmeli

Uşaq endokrinoloqu müayinəsi

Uşaqlara endokrin müayinəsi nə zaman lazımdır?

Son zamanlarda uşaq xəstəliklərində də endokrin müayinələrin əhəmiyyəti daha çox artmaqdadır və valideynlər də haqlı olaraq soruşurlar ki, bəs “Uşaqlarımızı nə zaman endokrinoloq müayinəsinə gətirək?”

Uşaqlara endokronoloji müayinələrə əslinə baxdıqda xüsusi hallarda ehtiyac görünür və bəzi hallar var ki, hansı ki cinsi inkişaf müayinəsiboy qısalığı baxımından kontrol müayinələrdə də aparılması tövsiyə olunur. 

Doğum anından topuq qanından baxılan bizim 2 endokronoloji müayinəmiz vardır ki, bunlardan biri 17-hidroksiprogesteron böyrəküstü vəzi baxımından və digəri isə TSH hipotireoz baxımından yoxlanılır. Əgər bu topuq qanında analizlər normal gələrsə, növbəti artıq sizin pediatorunuz hər hansı bir şikayətiniz olarsa, əlamətə bağlı olaraq sizi yönləndirəcəkdir. 

Endokronoloji xəstəliklər uşaqlarda görünənlər: yenidoğulmuş dövründə –  yeni doğulmuşların hipotireoz xəstəliyi, böyrəküstü vəzinin çatışmazlığı ən xüsusən görünür və həmçinin neontal şəkərli diabet də, az da olsa o da görünür. Digər xəstəliklər isə, artıq uşaq yaş aldıqca özünü göstərir. Belə ki, burada boy qısalıqları, cinsi inkişaf problemləri… 

Uşaqlarda cinsi inkişafın izlənməsi

Xüsusən cinsi inkişaf problemləri özünün mini puberte zamanında normal olduğunu göstərər. Lakin bütün uşaqlarda biz mini puberte-nı görməyə bilərik. Bu baxımdan da biz cinsi inkişaf probleminin olub-olmadığını, yeniyetməlik dövrü zamanında, hətta yeniyetməlik dövrünün bitdiyi zamanlarda görürük. 

Çünki qızlarda 8- 13 yaşında, oğlanlarda isə 9-14 yaş aralığında cinsi inkişaf başlana bilir. Və bu qızlarda 13 yaşından sonra, oğlanlarda isə 14 yaşından sonra cinsi inkişaf əlamətləri görülmədikdə bu halda biz cinsi inkişafın başlamadığını dəyərləndiririk və araşdırmasını başlayırıq. 

Uşaqlarda erkən cinsi inkişaf

Həmçinin isə erkən cinsi inkişaf baxımından isə uşaqlar yaxşı olar ki, ildə bir dəfə qızlar 8 yaşa kimi, oğlanlar isə 9 yaşa kimi pediatr müayinəsində olsunlar və yaxud da əgər uşaq endokrinoloqu varsa, uşaq endokrinoloqu ilə cinsi inkişaf müayinəsi olunsunlar. 

Çünki erkən cinsi inkişafın əlamətləri qızlarda süd vəzinin başlanması, tər qoxusu, tüklənmə, oğlanlar isə xayanın həcminin artması, tüklənmə, tər qoxusudur. Lakin bunu valideynlər həmişə hiss etməyə bilərlər, normayla fərqləndirə bilməyəcəklərdir. Bu baxımdan da vaxtında aşkarlanması üçün ildə ən azından bir dəfə uşaq endokrinoloqun müayinəsində olmaları kifayətdir. 

Cinsi inkişaf başladıqdan sonra isə yenə də ildə bir dəfə uşaq endokrinoloqun müayinəsində olmaları, cinsi inkişafın sürətinin necə getdiyini, erkənmi, sürətlimi getdiyini, yoxsa normal getdiyini araşdırmağımız üçün lazımdır. Çünki biz cinsi inkişafın normal gedişatını əgər izləsək, bu halda biz erkən müdaxilə edib həm altda yatan səbəbi tapa bilərik və həmçinin biz buna müdaxilə edib qarşısını ala bilərik ki, gələcəkdə uşaqda qısaboyluq yaranmasın. 

Uşaqlarda boy qısalığının araşdırılması

Digər səbəbdən isə boy qısalığına gələk ki, məsələn, uşaqda endokronoloji müayinəyə biz boy baxımından da baxırıq. Valideyn evdə, uşağın paltarının yaşı artdıqca əyninə kiçilmirsə diqqətli olmalıdır. Heç olmasa bu zaman həkimə müraciət etməlidirlər. 

Adətən valideynlər sevirlər ki, qohumların, qonşuların dedikləri ilə: “Uşaq böyüyər, ondan sonra boyu artar” və 16-17 yaşlarında müraciət edirlər ki, uşağın boyu qısa qalıb, bundan sonra müalicə edək. Amma bu halda bizim edəcəyimiz bir təəssüf ki, müalicə metodu olmur, gec qalmış hal sayılır və bunun üçün də erkən yaşda və əgər paltarla bunu ayırd edə bilmirlərsə, ildə bir dəfə ən azından həkimə gələrək uşaq ekoloqunda həm uşağın, həm ailənin boyu ölçülür və ikisinin bir-birinə uyğunluğuna baxırıq ki, biz ailəyə uyğundurmu və illik müayinələrində öz persentil dəyərində, öz normasında gedirmi, yoxsa geriləyirmi, bunu araşdırırıq. 

Geriləmə araşdırdığımız təqdirdə isə artıq buna uyğun müalicəsini vaxtında başlayırıq. 

Uşaqda həddindən artıq boy uzunluğu

Həmçinin az-az hallarda da olsa, bəzən valideynlər hündürboyluqla müraciət edirlər ki, “Uşağın boyu hündürdür”. Bunun iki səbəbi ola bilir ki, yenə, cinsi inkişafın erkən başlaması və böyrəküstü vəzin hormonlarına bağlı ola bilir və bir hal da var ki, idiopatik boy hündürlükləri olur. Çox nadir hal olur, bəli. Bu adətən ailənin özünün də boyu hündür olan ailələrdə olur. 

Məsələn, 190-larda bir atanın boyları var. Uşağın boyu 2 metrin üzərində gəlir və bu onlarda kompleks təşkil edir ki, bunu istəmirlər. Bu hallarda da araşdırılmalıdır ki, bir altda yatan bir səbəb varmı bunu yaradan, yoxsa yenə ailə deyir ki, biz boyun bu qədər hündür olmasını istəmirik. Bu halda yenə də həmin onlar buna qarşı da bir müalicəyə başlanılır. 

Şübhəli cinsiyyət

Digər bir hal isə, böyrəküstü vəzə toxunduq, yəni yenidoğulmuş dövründə. Bu həm yenidoğulmuş dövründə özünü göstərir, həm digər yaşlarda. Hansı ki, cinsi əlamətlərin bir-birinə qarışması ilə, hətta keçmişdə hermofroizm deyilirdi, indi artıq “sübhəli cinsiyyət”lə biz bunu adlandırırıq. Yəni qızdır kariotip olaraq, lakin görüntü olaraq xaricdən cinsi orqanları oğlan tipində görünür və yaxud da əksinə, daxildən oğlandır, xaricdən qız kimi görünür. Məhz bu halların da araşdırılması lazımdır. 

Həm böyrəküstü vəzin hormonlarına bağlı ola bilir, həmçinin sindromik olaraq bəzi sindromlar da görünə bilir və cinsi hormonların insensitivliyinə bağlı olaraq, dirəncinə bağlı olaraq görünür. Bu hallarda yenə vaxtında müalicə olunması tövsiyə olunur. 

Qızlarda böyrəküstü vəzin müalicəsi gecikdirilirsə və yaxud da vaxtında aşkarlanmırsa, yeniyetməlik dövründə gəlirlər ki, səsin qalınlaşması, tüklənmə ilə süd vəzi görünmür. Bu halda biz baxırıq ki, böyrəküstü vəzin ciddi formada testosteron ifrazı var və bu da qadın hormonların ifrazatını basqılayır, nəticədə kariotip olaraq qız olsa da yenə də daha çox oğlan tipli bir fenotiplər aşkarlanır. 

Bunların əslinə baxanda daha erkən də müraciət etsələr, daha erkəndən yoxlanışda olsalar təbii ki, erkəndən araşdırılıb da bu qədər fəsadın yaranmamış öncədən qarşısını almağımız mümkün olar. 

Dr.Aygün Musayeva | Uşaq endokrinoloqu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir