Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntusu
DƏHP – diqqət problemi, həddən artıq hərəkətlilik, “dürtüsellik” simptomları ilə özünü göstərən psixiatrik bir pozuntudur.
Təməl göstəriciləri diqqət problemi, həddindən artıq hərəkətlilik və istək və “dürtü”lərini əngəlləyə bilməmədir. Bəs hər diqqət problemi və yaxud da hiperaktiv olan uşağı diqqət əskikliyi və hiperaktivlik pozuntusu adlandıra bilərikmi? Təbii ki, xeyr.
Diqqət əskikliyi və hiperaktivlik pozuntusu 12 yaşdan öncə göstəricilərini göstərməlidir, uzunmüddətli davam etməlidir, yəni ən azı 6 ay müddətində davam etməlidir, birdən çox yerdə olmalıdır, yəni evdə, məktəbdə və yaxud da ki, getdiyi hər hansı bir kursda yaş və inkişaf səviyyəsinə uyğun olmayacaq dərəcədə özünü göstərməlidir.
Diqqət əskikliyi və hiperaktivlik pozuntusu zəka ilə bağlıdırmı?
Zəkası normal, üstün zəkalı olan uşaqlar və yaxud da ki, normanın altında olan uşaqlarda diqqət əskikliyi və hiperaktivlik pozuntusu ola bilər. Yəni ki, diqqət əskikliyi və hiperaktivlik pozuntusunun zəka ilə heç bir əlaqəsi yoxdur.
Uşaqlarda diqqət problemi nədir?
Diqqət probleminə gəldikdə, eyni vaxtda diqqətini bir obyektin üzərində cəmləyə bilməməsi və yaxud da ki, hər hansı bir işi görən zaman başqa bir düşüncə ağlına gəldikdə həmin işi yarımçıq qoyub digər işə fokuslanmması və yaxud da ki, bir işlə məşğul olan zaman diqqətinin ani olaraq yayınması və sonradan yenidən əvvəlki işə diqqətini verə bilməməsi diqqət problemlərinə daxildir.
Uşaqlarda hiperaktivlik nədir?
Bəs hiperaktivliyə nələr daxildir? Həddindən artıq hərəkətlilik, yerində otura bilməməsi, daim aktiv olması hiperaktivliyə daxildir.
Uşaqlarda “dürtüsellik”
“Dürtüsellik”ə gəldikdə isə, “dürtüsellik” davranışının tənzimlənməsi və yönləndirə bilməməsidir. Yəni əslində bu davranışın yanlış olduğunu bilir və buna görə cəza alacağını bilir, amma yenə də özünü kontrol edə bilmir.
Diqqət əskikliyinin alt tipləri
Birinci diqqət problemi diqqət əskikliyi olan 1-ci tip, hiperaktivliyi olan 2-ci tip, bir də ki, 3-cü tip – birləşik tip: Yəni həm diqqət əskikliyi, hiperaktivlik və “dürtüsellik” olan tipdir.
Diqqət əskikliyi və hiperaktivlik pozuntusu olan fərdlərin valideynlərinin ən çox cavabları bu formada olurlar ki,
- Diqqətini bir yerdə saxlaya bilmir, daim hərəkətdədir və yaxud da ki, daim dağınıqdır.
- Bir şeyi istədikdə daim israrçıdır, onu əldə edənə qədər israr eləyir.
- Davranışlarını kontrolda saxlaya bilmir.
- Dərs oxumaq istəmir, dərsə fikrini verə bilmir.
və müəllimlərin sözü isə,
- Daim partada oturmaqda çətinlik çəkir və yaxud da ki,
- lövhəyə baxdığı zaman diqqəti çox tez dağılır,
- dostları ilə çox tez dalaşır, daim dağınıqdır,
- əşyalarını tez-tez itirir, qələmini tez-tez itirir,
- çantası daim dağınıqdır,
- hər şeyi unudur, çantasını harada qoyduğunu və yaxud da ki əşyalarını harada qoyduğunu tez-tez unudur.
Diqqət əskikliyi və hiperaktivlik pozuntunun səbəbləri nədir?
Əsasən diqqət əskikliyində hiperaktivlik pozuntusu irsi bir problemdir. Valideynlərdən genetik olaraq keçir.
Bəs beyində səbəbi nədir?
Beyində diqqət və davranışa nəzarət edən bölgələrinin daha yavaş işləməsidir və ona görə, daha yavaş işlədiyinə görə həmin uşaqlar diqqətini saxlamaqda “dürtü”lərini kontrol etməkdə əziyyət çəkirlər.
Diqqət əskikliyi və hiperaktivlik pozuntusu ömür boyu davam edən bir pozuntudur. Sadəcə olaraq aldığı farmakoloji və psixoterapektiv müalicələri ilə, özünü kontrolda saxlamaq, davranışlarını kontrolda saxlamaq bacarığı öyrənilir və diqqətini daha da aktivləşdirir. Diqqətin saxlanması, sürəkliliyi, davamlılığı daha da artır.
Ən önəmli faktorlardan biri də budur ki, diqqət əskikliyi və hiperaktivlik pozuntusu fərdin yaşı artdıqca nisbətən yaxşılaşmağa doğru gedir. Buna təsir edən faktorlar odur ki, fərd artıq yaş artdıqca, böyüdükcə öz davranışlarını və diqqətini kontrol etməyi bacarır.
Bir şeyi də qeyd etmək lazımdır ki, diqqət əskikliyi və hiperaktivlik pozuntusu psixiatrlar tərəfindən diaqnozu qoyulur. Əsasən özünü məktəbəqədər yaş dövründə göstərir, Amma məktəb yaşında diaqnoza əsasən qoyulur.