prostatin transrektal ultrases muayinesi

Transrektal ultrasəs & Transrektal prostat biopsiyası

“Transrektal prostat vəzi ultrasəsi” və “transrektal prostat vəzi biopsiyası” müayinə üsulları nədir və kimlərə, niyə, nə zaman aparılır? 

Transrektal ultrasəs müayinəsi nədir?

Belə ki, prostat vəzinin xəstəlikləri bildiyimiz kimi, orta və irəli yaşlı kişilərdə çox yayğın gördüyümüz haldır. Yaşa bağlı, xüsusilə, 45-50 yaşdan yuxarı kişilərdə prostat vəzində dəyişikliklər baş verir, həcmi böyüyür, adenoma və ya xoşxassəli böyümə və ya hətta xərçəng xəstəliyi əmələ gəlir. Bunun da diaqnostikasında ən geniş vəən dəqiq müayinə üsulu olan transrektal ultrasəs müayinəsidir ki, bu bağırsaq nahiyəsindən transrektal ultrasəs aparatının kiçik bir transduseri yerləşdirilərək aparılan bir müayinədir. 

Bu müayinə nəticəsində digər bildiyimiz standart qarının ön nahiyəsindən aparılan ultrasəs müayinəsindən müqayisə etdiyimizdə daha dəqiq prostat vəzinin xüsusiyyəti, xarakteri, həcmi haqqında məlumat əldə etmiş oluruq. 

Prostat vəzin həcmini bildikdən sonra, xüsusiyyətlərini bildikdən sonra əgər şübhəli məqamlar varsa, xüsusilə, xərçəngə şübhə yaranırsa, prostat vəzinin biopsiyası haqqında qərar qəbul edə bilirik. 

Və yaxud da qan analizlərində dəyişiklik varsa, PSA analizi yüksəkdirsə, yenə prostat vəzinin biopsiyası haqqında qərar qəbul edə bilirik. 

Transrektal ultrasəs müayinə gənclərdə niyə aparılır?

Transrektal ultrasəs müayinə üsulu eyni zamanda gənc xəstələrdə də aparılır. Bu, yenə gənc kişilərdə niyə aparılır? Xüsusi hallarda bəzən gənc kişilərdə sonsuzluq zamanı toxumçıxarıcı kanallarda darlıqlar olduğundan həkim şübhələnir və bu zaman da bağırsaq nahiyəsindən transektal aparılan ultrasəs müayinəsi vasitəsilə bu kanalcıqlarda genişlənmələr görüldüyü zaman önündə bir darlıq olduğu düşünülür və bunun müalicəsi haqqında diaqnoz dəqiqləşib düzgün qərar vermək mümkün olur.

Yəni qısaca, transrektal ultrasəs müayinəsi prostat vəzi və toxumçıxarıcı kanalcıqlar haqqındadiaqnostik önəmli bir məlumat verən bir diaqnostik müayinə üsuludur. 

prostat vezin biopsiyasi

Prostat vəzinin transrektal biopsiyası

Bəs prostat vəzinintransrektal biopsiyası nədir? Transrektal biopsiyası yenə transrektal ultrasəs müayinəsi apardığımız zaman əgər biopsiya qərar vermişiksə, elə eyni ultrasəs transdusor vasitəsilə iynə prostat nahiyəsinə yerləşdirilir, oradan lokal anesteziya dediyimiz yerli prostat vəzi və ətrafı nahiyələr anesteziya edilir, keyləşdirilirvə ağrısız şəkildəprostat vəzindən, 10-12 nahiyədən nazik iynə vasitəsilə materiallar alınıb histopatoloji analizə göndərilir. 

Histopatoloji analizin nəticəsinə görə biz artıq bir həftə ərzində prostat vəzində olan dəyişikliklər haqqında məlumat alırıq. Xərçəng, xərçəngönü vəziyyət olub-olmadığı dəqiqləşir və yaxud da hər hansı bir xərçəngə şübhə yoxdursa, xəstə artıq normal müşahidəyə alına bilir. 

Bu proses normalda prostat biopsiyası dediyimiz kimi lokal anesteziya ilə aparılır, yerli keyitmə ilə aparılır, minimal diskomfortla xəstə bu 10-15 dəqiqəlik bir müdaxiləni keçirmiş olur. 

Müdaxilə sonrası birbaşa xəstə evə gedə bilir və ilk gün xəstənin ev şəraitində müşahidə edilməsi məsləhət görülür. 

Prosesdən sonra xəstəyə antibiotik müalicəsi bir həftəlik verilir və prosesdən sonra bir-iki gün ərzində cüzi sidiyində və bağırsaq nahiyəsindən cüzi qanamalar hiss edə bilir. 

Əgər biopsiya nəticəsində prostat xərçəngi aşkarlansa belə, bugünkü gündə prostat xərçəngi ölümcül bir xəstəlik deyil və müalicəsi vaxtında və düzgün aparılanda demək olar ki, əksər hallarda tamamilə sağalma və ağırlaşmasız gedir. 

Uzman Dr. Fikrət Əhmədov, Uroloq-androloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir