maqnit qasirgasi meteohessa insanlar

Maqnit qasırğalarının səhhətimizə təsiri

Biz kütləvi informasiya vasitələri və sosial şəbəkə vasitəsilə mütəmadi olaraq maqnit qasırğalarının olacağı barədə məlumatlar alırıq və insanlara bu günlərdə ehtiyatlı olması, daha çox evdə qalmaları haqqında tövsiyələr verilir. Bəs maqnit qasırğası nədir və onun insan orqanizminə təsiri nədən ibarətdir? 

Məlumdur ki, Günəş sistemində mütəmadi olaraq partlayışlar baş verir və bu partlayışların nəticəsi olaraq Günəş nüvəsindən çox böyük miqdarda kiçik, enerji yüklü zərrəciklər, yəni Günəş plazmaları fəzaya axır və bu Günəş plazmaları fəzada Günəş küləkləri vasitəsilə çox böyük sürətlə, bəzən saniyədə 1000-1200 kilometr sürətlə fəzaya yayılır. O cümlədən də fəzanın bir hissəsində olan Yer kürəsinə də gəlib çatır. Yer kürəsinin özü maqnit qatı ilə qorunur, yəni bir qalxan formasında maqnit qatı ilə qorunur və həmin Günəş plazmaları, həmin maqnit qatına yaxınlaşdıqda onları bir növü təlatümə gətirir, onları qıcıqlandırır və bu isə Yer kürəsində yaşayan, demək olar ki, bütün canlılara təsir edir. 

Maqnitin qasırğasının təsir etdiyi xəstəliklər

Bu maqnit qasırğasının canlılara, xüsusilə də, insanlara təsiri əsasən insanda olan bioloji hüceyrələr vasitəsilə baş verir. Yəni bioloji hüceyrələrdə iş qabiliyyətində pozğunluqlar yaranır. Xüsusilə, demək olar ki, bütün xroniki xəstəliklərdə maqnit qasırğası olan zaman kəskinləşmələr baş verir. Bütün xroniki xəstəliklərdə. Xüsusilə də, şəkərli diabet, arterial hipertenziya ilə xəstə olanlar, ürək və beyin qan damar sistemi xəstələri bura istər beyin xəstəlikləri, istər ürək xəstəlikləri də aiddir. Mədə-bağırsaq sistemi xəstəlikləri zamanı, tənəffüs sistemi xəstəlikləri, xüsusilə də, bronxial astma xəstələrində mütləq maqnit qasırğası zamanı müəyyən kəskinləşmələr baş verir. Ona görə də qeyd etmək lazımdır ki, maqnit qasırğaları, ümumiyyətlə, son dövrlərdə daha tez-tez baş verir. Əvvəllər 11 ildən bir günəşdə belə təlatümlər olurdu. Son vaxtlar çox tez-tez baş verir. Buna görə də insanlara tövsiyəmiz odur ki, daim ehtiyatlı olsunlar. Yəni bu nədən ibarətdir?

Maqnit qasırğasına qarşı ehtiyat tədbirlər

Dediyimiz kimi, bu problem, xüsusilə, xroniki xəstələrdə daha çox baş verir, kəskinləşmələr. Ona görə də bu insanlar, hansı ki, gündəlik dərmanlar, dərman preparatları qəbul edirlər, o dərman preparatlarını qətiyyən dayandırmasınlar. Çünki biz çox tez-tez rastlaşırıq ki, deyək ki, arterial hipertenziyalı xəstələr deyirlər ki, tutaq ki, səhər-səhər təzyiqini ölçdürür, normal olur və düşünür ki, artıq normaldır, təzyiq və bu gün dərman içməyə ehtiyac yoxdur. Yaxud da şəkərli diabet xəstələri şəkər səhər-səhər normaldır və onun gündəlik dərman, hansı ki, təyin olunub onlara bu dərmanı qəbul etməyə düşünürlər ki, ehtiyac yoxdur. Bu qətiyyən yolverilməzdir. Qətiyyən yolverilməzdir. Çünki deyək ki, səhər-səhər arterial təzyiq və ya şəkər normaldırsa, bu o demək deyil ki, bütün sutkanı normal olacaq. Ola bilər ki, 1 saat, 3 saat, 5 saatdan sonra hansısa elə məhz maqnit qasırğasının təsiri nəticəsində həmin arterial təzyiq də, şəkər də kəskin qalxa bilər və orqanizm bu problemə müdafiəsiz olduğuna görə ki, səhər-səhər həmin xəstəliyə qarşı olan dərman preparatı qəbul olunmayıb, ona görə də çox ciddi fəsadlar verə bilər. Sözsüz ki, biz öz müşahidələrimizdə görürük ki, xüsusən, insult xəstələri, miokard infarktı keçirən xəstələr məhz onlara təyin olunan dərman preparatlarını vaxtında qəbul etmədiklərinə görə bu problemlərlə üzləşir və yaxud da şəkərli diabet xəstələri, yəni onlardan soruşulduqda həmin gün və yaxud da günlər bu dərmanları qəbul etməmələri haqqında bilirik və dediyimiz kimi, yolverilməz haldır. İnsanlar təyin olunan dərmanları vaxtında qəbul etməlidirlər, gündəlik qəbul etməlidirlər. Ola bilər ki, müəyyən dövrdə dərman preparatının qəbulunda dozalanmasında müəyyən deyək ki, düzəlişlər: artırma, azaltmaq olsun, amma onu ümumiyyətlə dayandırmaq, ümumiyyətlə, onu kəsmək qətiyyən yolverilməzdir. 

Bundan başqa, dediyimiz kimi, maqnit qasırğaları zamanı bronxial astma xəstəliklərində kəskinləşmələr baş verir və insanlar özləri bilirlər həmin anda onların qəbul etdikləri aerozollar var. Yəni daim onlar yanında gəzdirməlidirlər, tutan dövrdə dərhal onu qəbul etməlidirlər. 

Yəni bu maqnit qasırğaları son vaxtlar, demək olar ki, müntəzəm olaraq baş verdiyinə görə, xüsusən də, xroniki xəstələr buna daim hazır olmalıdır. 

Maqnit qasırğası sağlam insanlara da təsir edir

Bundan əlavə, təkcə xroniki xəstələr deyil, ilk baxışda tam sağlam olan insanlarda da bəzən maqnit qasırğaları olan günlərdə müəyyən problemlər çıxır. Deyək ki, tamamilə, sağlam bir insanda qəflətən, özü də gənc insanlarda qəflətən arterial təzyiqin kəskin yüksəlməsi baş verir, ürək nahiyəsində ağrılar baş verir, mədə-bağırsaq sistemində hansısa problemlər baş verir. Əslində bu o deməkdir ki, bu insan belədir ki, zahirən sağlam görünür, həmin orqanlarda müəyyən problemlər olduğuna görə maqnit qasırğaları olanda onlarda kəskinləşmələr olur. Ona görə də gənc insanlara da tövsiyəmiz odur ki, müəyyən dövrlərdə tibbi yoxlamalardan, müəyyən müayinələrdən keçmək lazımdır. Bu cür hallara hazır olmaq üçün.

Dr.Güloğlan Quliyev, Terapevt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir