Dərman qəbulunun qaydaları
Məlumdur ki, insanlar xəstələndikdə, onlar həkim müayinəsindən keçir və onlara lazımi təyinatlar verilir. Bu təyinatlar içərisində çox ciddi, mühüm əhəmiyyət kəsb edən dərman təyinatıdır, yəni medikamentoz təyinatı.
Dərmanlar məlumdur ki, müxtəlif yolla bədənə qəbul olunur. Yəni inyeksion forma, tablet forması, suspenzion formalarla insanlar tərəfindən qəbul olunur.
Bu dərman preparatlarının təyin olunmasında əsas amil, yəni onların nə vaxt qəbul olunması, günün hansı vaxtında qəbul olunması və yemək qəbulu ilə əlaqəli, yəni yeməkdən əvvəl, ya sonra qəbul olunması da olduqca mühüm əhəmiyyət kəsb edir.
Çünki müəyyən dərman preparatları var ki, onlar hökmən yeməkdən əvvəl, müəyyən dərman preparatları var ki, onlar hökmən yeməkdən sonra qəbul olunmalıdır. Bu, həm müalicənin gedişatına ciddi təsir edir, həm də həmin dərman preparatlarının orqanizmə verə biləcəyi fəsadların qarşısını alır.
Həkim təyinatı olmadan dəman qəbulu
Xüsusilə qeyd etmək lazımdır ki, müəyyən dərman preparatları onların qəbulu zamanı orqanizmdə çox ciddi fəsadlar baş verə bilər. Məsələn, bizim çox tanıdığımız qeyri-steroid iltihab əleyhinə preparatlar qrupu var, o dərman qrupu, ümumiyyətlə özünə uyğun olan xəstəliklərdə, sözsüz ki, çox mühüm əhəmiyyət kəsb edir müalicənin gedişatı üçün. Amma onların çox ciddi ağır fəsadları var. Hətta bəzən ölümə səbəb ola biləsi fəsadları var.
Xüsusilə onların mədə bağırsaq sistemi ilə xəstə olan insanlara, sonra tənəffüs sistemi xəstəliklərində olan, xüsusilə də bronxial astmalı xəstələrdə qəbulu qəti olaraq əks göstəriş hesab olunur. Bu cür dərman preparatlarının qəbulu üçün, yəni insanlar hökmən bunu həkim nəzarəti altında əslində qəbul etməlidirlər.
Və ən problemli cəhəti odur ki, həmin adını çəkdiyim qrupun dərmanları içərisində hazırda bizim praktikamızda olduqca çox istifadə olunan dərmanlar var. Bunlar xüsusilə temperatur salmaq üçün, sonra ağrıları götürmək üçün… Demək olar ki, insanlar kütləvi şəkildə həmin qrup dərmanlardan istifadə edirvə təbii ki, heç bir nəzarət olmadan, heç bir professional səviyyədə tövsiyyə olunmadan bu dərmanları qəbul edirlər. Bu, tamamilə yolverilməzdir.
Yəni, ümumiyyətlə, istənilən dərman preparatının qəbulu hökmən həkimin tövsiyəsi ilə olmalıdır.
Yeməkdən əvvəl dəman qəbulu
Bundan başqa, müəyyən insanlar hansı ki, tutaq ki, arterial təzyiq ilə xəstə olan insanlar var, bəzi endokrinoloji xəstəliklə xəstə olan insanlar var ki, onlar daimi dərmanlar, ömürlük bəzən dərmanlar qəbul edirlər. Bunların da qəbulu üçün hökmən həkim tövsiyəsi olmalıdır. Onların qidadan əvvəl və ya sonra qəbul olunması, sonra onların günün hansı vaxtında qəbul olunması olduqca mühüm əhəmiyyət kəsb edir.
Bəzi dərman preparatları var ki, onlar qida qəbulundan sonra onların qəbul olunması, yəni o dərmanın orqanizmə, o xəstəliyə qarşı olacaq, təsirini azaldır.
Yəni qida qəbulu nəticəsində birinci onlarda müəyyən parçalanma gedir və yaxud da onların parçalanması ləngiyir və buna görə də effekt bəzən yarıbayarı, bəzən daha çox az olur. Həmin dərman preparatlarını hökmən qida qəbulundan əvvəl qəbul olunması lazımdır ki, yəni orqanizmə daha çox hissə sorulsun və təbii ki, həmin xəstəlik nəticəsində də effekti daha çox olsun.
Yemək zamanı dərman qəbulu
Bəzi dərmanların bəli, yemək vaxtı qəbuluna ehtiyac olur. Bu daha çox mədə ferment çatmamazlığı nəticəsində qəbul olunan dərmanlardır ki, onlar qida ilə birlikdə onlar parçalanır. İkincisi də onların, yəni qidadan əvvəl qəbul olunmasının effekti olduqca az olur və eyni zamanda, hətta qidadan əvvəl və ya müəyyən qədər sonra qəbul olunması bəzən mədə-bağırsaq sisteminə ağır fəsadlar verdiyinə görə, onların hökmən qida qəbulu zamanı qəbul olunması tövsiyə olunur.
Xüsusi örtüklü dərmanlar
Müəyyən dərman preparatları var ki, onlar məlumdur ki, xüsusi örtüklü formada olur və bu dərmanlar lazımdır ki, mədədə yox, bağırsaqlarda parçalansın və buna görə də onların örtüklü olduqda onlar mədədə parçalana bilmir.
Yəni bağırsaqdan sorulması daha vacib olduğuna görə onların mədədə sorulması, mədədə parçalanması arzuolunmazdır, həm də eyni zamanda mədəyə müəyyən fəsadlar verə bilər deyə onların birbaşa bağırsaqda parçalanması üçün onlar xüsusi örtüklü olurlar. Belə dərmanlarda həmin xüsusi örtüyü açılaraq qəbul edilməməlidir.
Daimi qəbul olunan dəmanlar
Endokrinoloji dərmanların özü də, yəni zob əməliyyatı, qalxanvari vəzin əməliyyatı olmuş xəstələrdə və yaxud da qalxanvari ətraf vəzinin əməliyyatı olunmuş xəstələrdə… Yəni onların konkret olaraq standart qəbul qaydası var.
Hər bir dərmanın öz qəbul qaydası var. Məsələn, bəzi tutaq ki, şəkərli diabet zamanı olan dərmanların bəziləri var ki, onlar hökmən acqarına qəbul olunmalıdır. Bəziləri var ki, onlar hökmən yeməkdən sonra qəbul olunmalıdır. Yəni hər dərmanın öz parçalanma, sorulma xüsusiyyətinə uyğun olaraq onların qəbul qaydası var və həmin qəbul qaydasında da hökmən əməl olunmalıdır.
Bu birincisi xəstələrə həmin dərmanların çox uzun müddət qəbul olunduğuna görə əlavə fəsadların verməməsi üçün, ikincisi də ki, həmin dərmanların təsirinin düzgün qəbul olunmadığına görə azalmaması üçün onlar dəqiq öz vaxtında qəbul olunmalıdır və eyni zamanda da gün ərzində günün hansı vaxtında qəbul olunması da bu cür dərmanlar üçün xüsusi əhəmiyyət kəsb edir.
Əsas/yanaşı xəstəliyə görə dərman qəbulu
Ümumiyyətlə, dərman qəbulu belədir ki, istənilən bir xəstə üçün var əsas xəstəlik, var müəyyən əlavə, yanaşı gedən xəstəliklər. Tutaq ki, əsas xəstəliyi müalicə edən həkimlə yanaşı, xəstəlik üçün lazım olunan, qəbul olunan dərmanlar hökmən məsləhətləşməlidir, hökmən onun nəzarəti altında qəbul olunmalıdır. Yəni məsəl üçün deyək ki, xəstədə ginekoloji xəstəlik var, yaxud da endokronoloji xəstəlik var. Tutaq ki, uroloq və ya terapevt və ya kardioloq ona dərman təyinatı aparır. Həmin dərman təyinatı hökmən həmin əsas mütəxəssisin tutaq ki, ginekoloji xəstəsi ginekoloqun, endokrinoloji xəstəsi endokrinoloqun icazəsi ilə qəbul olunmalıdır. Və onu yazan həkim də tövsiyə etməlidir xəstəyə ki, resept əsas həkimə, əsas xəstəliyi aparan həkimə göstərilməlidir və onun icazəsi ilə bu dərmanlar qəbul olunmalıdır.
Hamiləlik zamanı dərman qəbulu
Hamilələrdə qəbul olunan dərmanlar, əlbəttə, söhbət ginekoloqun verdiyi təyinatlardan getmir, yəni onsuz da onu nəzərdə tutmuram. Qalan digər xəstəliklər üçün qəbul olunan dərmanlar hökmən ginekoloqun icazəsi ilə qəbul oluna bilər.
Tutaq ki, onların dayandırılması mümkün deyilsə də, ginekoloq və həmin dərmanı təyin edən mütəxəssis özləri birlikdə o dərmanın dozasını azaltmaqmı lazımdır, yoxsa müvəqqəti dayandırmaqmı lazımdır, yəni onların razılığı ilə o dərmanın qəbulu mümkün ola bilər. Amma əsas burada təbii ki, söz sahibi əsas xəstəliyi aparan həkim, yəni ginekoloqdur.