tezyiq dermani secimi

Arterial hipertenziya xəstəliyində dərman seçimi və dozalandırılması

Arterial hipertenziya xəstəliyi artıq hamıya məlumdur ki, bu son dərəcədə geniş yayılmış bir xəstəlikdir. Artıq elə bir ailə, elə bir ev yoxdur ki, orada ən azı bir nəfər bu xəstəliyə düçar olmamış olsun. 

Biz öz praktikamızda bu xəstəliyin dərman seçimində insanların olduqca ciddi səhvlərə yol verdiyini və bunun müəyyən qədər ciddi fəsadlara gətirib çıxardığını görürük. Ona görə də mən istərdim bu barədə müəyyən qədər məlumat verim. 

Arterial hipertenziya xəstəliyi zamanı istifadə olunan bir neçə qrup dərmanlar var. Yəni əsas dərman qrupları var, əlavə dərman qrupları var. Tibbdən, təbabətdən uzaq olan insanlar bu dərman qrupları haqqında məlumatları olmur. Ona görə də bəzən dərman seçimi səhv olur. Kiməsə yaxşı təsir edən hansısa dərman o demək deyil ki, bu hamıya yaxşı təsir edə bilər.

Əsas dərman qrupları

Angiotenzin çevirici inhibitorlardır, ikinci kalsium antaqonistlərdir, beta-blokatorlardır, alfa-blokatorlardır və sidikqovuculardır. Yəni əsas qruplar bunlardır və bu qrupun hər biri tamamilə bir-birindən fərqli qruplardır, fərqli dərmanlardır. Buna görə də insanlarda bir dərmanın kiməsə yaxşı təsir etməsi, bir qrup, o qrupun bütün dərmanların başqa insanlara təsir edəcəyinə dəlalət eləmir. 

Məsələ burasındadır ki, bu dərman qruplarının hər birinin yanaşı göstərişləri var. Məsələn, tutaq ki, dərman qruplarından biri, tutaq ki, beta-blokatorlar tənəffüs sistemi xəstəliklərində, ağciyər xəstəliklərində, xüsusilə də bronxial asma xəstəliyində qəti olaraq əks göstəriş sayılır. Yəni həmin qrupdan olan dərmanın qəbulu insanlarda çox ciddi fəsadlar yarada bilər. 

Yaxud da başqa bir qrup deyək ki, böyrək xəstəliklərinin kəskinləşməsinə səbəb olur. Yəni əsasən böyrək sistemi, qaraciyər, tənəffüs sistemi və ürəyin özünün müəyyən xəstəliklərində, xüsusilə də qapaq qüsurları olan insanlarda bu dərmanların düzgün olmayan seçimi ciddi təhlükə yarada bilər. 

Ona görə də dərman seçimini birbaşa yalnız və yalnız həkimlər aparmalıdırlar. Onlarda olan xəstəliklər dəqiqləşdirilməlidir, hansı xəstəliklər var, burada bunun üçün müəyyən müayinələr olunmalıdır. 

Xüsusilə də endokrinoloji sistemə aid olan müayinələr aparılmalıdır və o müayinələr nəticəsində dərman təyin olunmalıdır. 

Çünki elə endokrinoloji xəstəliklər zamanı da saydığımız qrupun dərmanların da bu xəstəliklərdə ciddi əks göstərişləri olan dərmanlar var. Hətta ölümlə nəticələnə biləcək dərmanlar var. 

Həkim tərəfindən lazımi müayinələr olunmalıdır, hansı xəstəliklər var, onlar üzə çıxarılmalıdır və bundan sonra dərmanın təyinatıolmalıdır. 

Dərmanların dozalandırılması

İkinci məsələ isə təyin olunan dərmanın dozalandırılmasıdır. Bu da çox ciddi məsələdir. 

Sözsüz ki, hər bir dərman müxtəlif dozalarda satışda olur. İlkin doza hansı olmalıdır, sonrakı etapda hansı doza olmalıdır, bu da həkim tərəfindən təyin olunmalıdır. 

Kombinə olunmuş dərmanlar

Üçüncü məsələ isə son vaxtlar bizdə arterial hipertenziya üçün olan dərmanların kombinasiyaları artıq mövcuddur. Bir, iki, hətta artıq üç dərmanın kombinasiyası hazırda apteklərdə var. Bu dərmanların da təyinatı çox ciddi diqqət tələb edir. 

Çünki orada dediyimiz kimi, üç müxtəlif molekulun kombinasiyasıdır bunlar və bunların da təyini üçün həmin insanın hansı xəstəliklərdən əziyyət çəkdiyini dəqiqləşdirmək lazımdır ki, ondan sonra bu dərmanın təyinatını həyata keçirmək olsun. 

Yəni deməyim odur ki, arterial hipertenziya üçün olan dərmanların təyinatı birbaşa həkimlər tərəfindən həyata keçirilməlidir. 

Dr.Güloğlan Quliyev / Terapevt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir