sud vezinin uzisi

Süd vəzinin ultrasəs müayinəsi

Xanımlarda qadın sağlamlığı ilə bağlı olan, ən həssas mövzulardan biri süd vəzi xərçəngi və süd vəzinin ultrasəs müayinələridir.

Bildiyimiz kimi günümüzdə xanımlar arasında ən geniş yayılmış xəstəliklərdən biri süd vəzi xərçəngidir. İllik süd vəzinin ultrasəs müayinələrinin nə vaxt, nə zaman, hansı şikayətlər olduğunda aparmalı olduğunu bildirmək istəyirəm.

Hansı şikayətlərdə gözləmədən ultrasəs müayinəsi olunmaq lazımdır?

Erkən diaqnostika, yəni həyat qurtarır. Onun üçün hansı şikayətlər olarsa, bu müayinələrə müraciət etmək lazımdır? 

20 yaşından etibarən bütün xanımlar əl ilə özlərini müayinə etməlidirlər. Əgər bu müayinə sırasında əllərinə hər hansı bir sərtlik toxunarsa və süd vəzindən, gilədən ifrazat gələrsə, bu qanlı, irinli bir ifrazat ola bilər, süd vəzi travması zamanı dəridə hər hansı bir piqmentasiya dəyişikliyi baş verərsə və dartılma hissi olarsa, bu zaman xanımlar vaxt itirmədən menstural tsiklin günündən asılı olmayaraq mütləq ultrasəs müayinələrinə müraciət etməlidirlər.

Şikayəti olmadıqda ultrasəs müayinəsi

Bu, iki qrupa bölünür. Ailə anamnezində, irsiyyətdə hər hansı bir xərçəng riski olmayan xanımlar 35 yaşdan etibarən illik ultrasəs müayinələrinə müraciət edə bilərlər. Ailə anamnezində süd vəzi xərçəngi olan xanımlar isə 20 yaşından etibarən bu illik müayinələrə mütləq getməlidirlər.

Süd vəzi müayinələri üçün ideal vaxt menstrual tsiklin 8-18-ci günündə aparılır. Bunun səbəbi toxuma ödeminin az olması, bizim görüntü keyfiyyətimizin yaxşı olmasıdır.

40 yaşına qədər qadınlarda ideal müayinə ultrasəs müayinəsidir. Bunun səbəbi isə piy toxuma tərkibi ilə əlaqədardır ki, 40 yaşına qədər qadınlarda toxuma paylaşımı qlandulyar və fibroqlandulyar olur. 

40 yaşından sonra xanımlarda isə piy toxuması üstünlük təşkil etdiyi üçün biz ultrasəs müayinəsi ilə yanaşı mammoqrafiya müayinəsinə də dəvət edirik və bu müayinələr biri-birini əvəz etməyən müayinələrdir və paralel aparılmalıdır.

Dr.Günel Qəribova / Radioloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir