Hamiləliyin 11-14-cü həftələrində ultrasəs müayinələri
Hamilələrə tövsiyə etdiyimiz ikinci ultrasəs müayinəsi 11-14 həftə arasında aparılan müayinədir.
Xüsusən, CRL dediyimiz dölün təpə-büzdüm məsafəsinin 45-84 mm olduğu zaman ənsə qalınlığının ölçülməsi, burun sümüyünün varlığı və ölçüləri, ürəyə gələn və ürəkdən çıxan damarların dəyərləndirilməsi bizə çox informativ olur. Xüsusilə, ənsə qalınlığı genetik skrininq testlərlə birlikdə və dediyimiz kimi ürəyə gələn, ürəkdən çıxan damarların vəziyyəti bizə “bu hamiləlik risk qrupundadırmı, deyilmi?” deyə bir fikir irəli sürməyimizə köməkçi olur.
Bəzən hamilələr düşünə bilərlər ki, əgər genetik testlər normada çıxmırsa, artıq 11-14 həftə müayinəsinə ehtiyac yoxdur. Bu, tamamən yanlışdır. Çünki bu həftə müayinəsi zamanı biz ürək, beyin, mədə, bağırsaqlar, sidik kisəsi, böyrəklər, aşağı və yuxarı ətraflar, onurğa beyni haqqında məlumat təsbit edə bilirik.
Yəni ki, bu dövrdə aparılan müayinə zamanı bir çox qüsurları aşkar etmək imkanımız olur. Ona görə də bütün hamilələrə 11-14 həftə arası müayinəni keçməyi məsləhət görürük.