Yeni ders ilinin başlaması ile başlayan problemler

Məktəb başladı, problemlər başladı? 

Məktəb, bağçalarda yeni tədris ilinin başlanması ilə əlaqədar bəzi fikirlərimi bölüşmək istəyirdim və fikirləşirəm ki, bu mövzu valideynlərin son dərəcə maraq dairəsindədir. 

Belə ki, baxmayaraq ki, hələ yeni qədəm qoymuşuq, yeni tədrisilinə 2-3 həftədir, artıq uşaqlar arasında infeksiyaların yayılması həddən artıq çoxdur, yuxarı tənəfüs yolların infeksiyaları və valideynlərin şikayətləri infeksiyalarla yanaşı uşaqlarda diqqət yetməzliyi və yaddaş pozğunluğudur.

Uşaqlar üçün düzgün gün rejimi qurulmalıdır

Aydınlıq gətirmək istəyirəm ilk öncə ki, yay tətilindən qayıtmış uşaqların yeni tədris ilinə uyğunlaşması üçün valideynlərə ilk öncə tövsiyəm düzgün gün rejiminin qurulmasıdır. Və bu uşaqların həm sağlığına, həm immun sisteminə təsir edir. 

Belə ki, yuxu rejiminin tam olması, uşaqları axşam saat 9-10 aralığında yatırtmaq, tam gecəni yuxusunu alan uşaq səhər bol enerji ilə zehin aydınlığı ilə yuxudan oyanır. 

Daha sonra sağlam qidalanma. Səhər uşaqları mütləq şəkildə səhər yeməyini yedizdirib sonra məktəbə yola salmalarını tövsiyə edirəm. Və səhər yeməyi dedikdə “bulka-şirin çay” nəzərdə tutmuram. Tam dəyərli qidalanmanı, heç olmasa uşaqların qidalanmasında gündə 3 dəfəni, tam dəyərli qidalanmada protein yüklü, zülal yüklü daha ağırlıqlı təşkil eləsə, bu həm valideynləri, həm də uşaqları qane edəcək. 

Nəyə görə? Çünki qidalanmamız birbaşa sağlamlığımıza təsir edir. Sağlam qidalanan uşaqlarda, düzgün gün rejimi qurulan uşaqlar həm sağlamlıq baxımından, həm də IQ sistemi, zəka sistemi daha inkişaf eləmiş olur. 

Bu kimi uşaqlarda hansı fiziki əksikliklər araşdırmalıdır? 

Valideynlərin şikayəti: “Uşaq diqqətini toplaya bilmir”, “Uşaq dərsi çox oxuyur, amma yadında saxlaya bilmir” və sakitcə rahatlanıb otururlar ki, “Mənim uşağımın qabiliyyəti bu qədərdir”. 

Bu belə deyil. Altda yatan səbəbləri araşdırmağımız lazımdır və tövsiyə edərdim ki, valideynlərə tədrisdən öncə mütləq şəkildə. 

Uşaqlarınızda 4 əsas parametri müayinə elətdirib, yoxlatdırıb həkimə müraciət eləmək. 

Dəmirə bağlı qanazlığı varmı? 

Birinci, qan. Ümumi qan təhlili və yanaşı dəmir. 

El arasında “qan azlığı” deyilən bu xəstəliyin altda yatan səbəbləri çox olduğu kimi dəmir azlığı uşaqların həm tez-tez xəstələnməsinə, müxtəlif infeksiyalara tez yoluxmasına və həm də zehninə təsir eləyir. 

Dəmir azlığı olan uşaqlar dərsi yaxşı qavramazlar, dəmir azlığı olan uşaqlar müəllimə diqqətlə qulaq asa bilməzlər. Və valideyn bunu başqa cür dəyərləndirsə də, bunu müayinə, müalicə etdikdən sonra uşaqlarda çox irəliləyiş görə bilirik. 

Vitamin B12 çatışmazlığı varmı? 

İkinci paramert – Vitamin B12. 

Vitamin B12 azlığı da eyni dərəcədə uşaqların həm sağlıq problemlərinə, həm diqqət problemlərinə, həm zəka problemlərinə çox ciddi təsir edir. 

Sink əskikliyi varmı?

Daha sonra demək istədiyim parametr uşaqların qan təhlilində sink yoxlanmalıdır. Sink elə minerallar sırasındadır ki, bunun geriliyi uşaqların sinir sisteminə təsir edir. 

Belə uşaqlar haqqında valideynlərin şikayətləri: “Bu uşaq nə oxusa da başına girmir”. Bu çox yanlış bir yanaşmadır. Uşaqlar müalicə olunduqdan sonra o uşaqlardan o qədər gözəl nəticələr əldə etmək olur ki… 

Vitamin D çatışmazlığı varmı?

Daha sonra 4-cü parametr vitamin D-nin çatışmazlığıdır. Saydığım 4 parametrin hər biri həm uşaqların sağlamlıq cəhətindən, həm IQ-sünün formalaşması cəhətindən çox önəmli olduğuna görə digər mineralları, vitaminləri kənara qoyaraq, yəni hamısının çatışmazlığında problem yarana bilər doğrudur, amma bu 4 vitamin, mineral kompleksi daha çox önəmlidir. 

O üzdən valideynlərə tövsiyəm bunları tədris öncəsində yoxladıb, həkimlərinə müraciət etmək, çatışmazlıqları aradan qaldırmaq və fərqi özlərinin görəcəyi səviyyəyə çatdırmaq. 

Uşaqların tez-tez xəstələnməsinin qarşısını necə almaq olar?

Daha sonra uşaqların tez-tez xəstələnmələrinin qarşısını almaq üçündaha bir tövsiyəm pediatrla sıx əlaqədə olmaqdır. Gigiyenaya əməl etməkdir. Uşaqları gigiyenaya ciddi şəkildə əməl etmək vərdiş elətdirən valideynlərdə digərlərindən fərqi çox asan, rahat görə bilirik yəni. Hansı uşaq ki, gigiyena qaydalarına əməl edir, məktəbdə yemək yeməmişdən qabaq mütləq əllərini yuyur və yaxud gigiyenik vasitələrlə əllərini təmizləyib, daha sonra qida qəbul edən uşaqlar və yaxud əksinə, əllərini hara gəldi toxunduran, ağızlarına dəfələrlə aparan bu uşaqların arasında sağlamlıq problemləri çox ciddi şəkildə fərqlənir. 

Buna görə də tövsiyəm: həkimlə sıx əlaqə, gigiyena və sağlam gündəlik rejim. 

Dr. İlhamə Rəsulova, Pediatr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir