normal tezyiq

Şikayət verməyən yüksək təzyiq

Pasiyentlərin biz kardioloqlara tez-tez ünvanladığı suallardan biri də budur ki: “Doktor, təzyiqim yüksəkdir, amma heç bir şikayətim yoxdur. Özümü tam normal hiss edirəm. Mən lazımsız yerə dərman içməliyəmmi?”

Heç bir şikayətiniz olmasa belə yüksək təzyiq damarlarınıza, ürək, böyrək, beyin kimi orqanlarınıza ciddi zərər vurur və artıq xəstəliyin səssiz irəliləmə müddəti bitdikdən sonra, şikayətlər yarandıqdan sonra olan, əmələ gələn fəsadları aradan qaldırmaq bəzən mümkün olmaya bilir.

Elə bu səbəblə də yüksək təzyiq mütləq müalicə olunmalıdır, hətta heç bir şikayətiniz olmasa belə.

Hipertaniyanın səbəbləri və müalicəsi

Hipertoniya arterial təzyiqin 140/90 mm civə sütunundan yüksək olması deməkdir. Arterial təzyiqi yaradan bir sıra səbəblər vardır ki, bunlar: piylənmədir, stress, genetik faktor, böyrək xəstəlikləri, ürək xəstəlikləri, tiroid vəzi xəstəlikləri, böyrəküstü vəzi xəstəlikləri aiddir. 

Bütün digər başqa xəstəliklər kimi arterial hipertoniyanı da müalicə etmək üçün onu yaradan səbəblər araşdırılmalıdır və onlar aradan qaldırılmalıdır. 

Əlbəttə ki, xəstənin həyat tərzi dəyişdirilməlidir, artıq çəkisi varsa, azaldılmalıdır, həddindən artıq duz qəbulu varsa, o məhdudlaşmalıdır və gün ərzində heç olmasa 30 dəqiqə ərzində açıq havada gəzməlidir.

Hipertoniya xəstələri mütləq həkim nəzarətində olmalıdır və həkimin onlar üçün təyin etdiyi müvafiq dərman mütləq içilməlidir. Bu tip dərmanların, təəssüf ki, qəbulu uzunmüddətli və hətta ömürlük ola bilər. Bu da xəstələr üçün arzuolunan bir hal deyil. 

Ona görə də xəstələrimiz bəzən özbaşına, həkimin məsləhəti olmadan dərman qəbulunu dayandırırlar. Və bu da təəssüf ki, çox ciddi zərərlər vurur, müalicənin effektini ciddi şəkildə aşağı salır və xəstələrimizin vəziyyətini ağırlaşdırır.

Ona görə də mənim xəstələrimizə məsləhətim budur ki, daima öz həkimi ilə təmasda olsunlar, onların təyin etdiyi dərmanları onların təyin etdiyi şəkildə mütləq qəbul etsinlər.

Dr.Ləman Hüseynova / Kardioloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir