menopauza klimaks

Menopauza (Klimaks)

Bu gün mən sizə klimakterik dövr haqqında məlumat vermək istəyirəm. Ümumiyyətlə, klimaks nədir? Hansı mərhələləri var, simptomları var? Gələcəkdə xanımlarımız bunu daha yüngül formada keçirməsi üçün nələrə diqqət etməlidir? Bunlar haqqında qısa bir məlumat vermək istəyirəm. 

Klimakterik dövr 45 -55 yaş arası xanımlarımızın yaş periodunda görülən bir dövrdür. Doğurqanlıq dövrünün, reproduktiv dövrün bitişi deməkdir. 

Bu dövrdə xanımlarımızı nələr gözləyir? 

İlk öncə onuqeyd etmək istəyirəm ki, əsəbi gərgin xanımlarımız, psixoloji gərgin olan xanımlarımız, kardioloji problemi olan xanımlarımız və yaxud da ki, hansısa bir səbəbdən müalicə alan xanımlarımız bu dövrdə daha həssas olmalıdırlar. Klimakterik dövr ilk öncə qeyri-müntəzəm menstural qanamalarla özünü büruzə verir. Bunun da səbəbi orqanizmdə qadın hormonu bildiyimiz estrogenin səviyyəsinin aşağı düşməsindən qaynaqlanır. Klimakterik sindromun simptomları: tərləmə aşırı dərəcədə, bəzən tərləmələr 30 saniyə və daha çox çəkə bilər. Bu zaman xanımlarımızın üzərində qızartılar yaranır, həddindən artıq halsızlıq yaranır, sonra ürək çırpıntıları, yuxusuzluq, əsəbi gərginlik, cinsi aktiv olan xanımlarımızda artıq cinsi istəksizlik meydana gəlir, təzyiqin yüksəlməsi, yuxu pozğunluqları, qeyri müntəzəm qidalanma. 

Bəzən baxırıq ki, klimakterik dövrdə olan pasiyentlərimiz kilo (çəki) aldıqlarından bizə şikayət edirlər. Bunun da səbəbi düzgün qidalanmamadır. Klimakterik dövr bəzən çox erkən yaşlarda da başlaya bilər. Buna səbəb genetik faktorlardır. Yəni irs olaraq biz bunu bu cür qiymətləndiririk. 

Klimakterik dövr bir neçə mərhələdən ibarət olur. 

Erkən başlayan klimakterik dövr 

Erkən başlayan klimakterik dövrə nələr aiddir? Genetik faktorlar. Bu genlə bağlı ola bilər. Məsələn, radioterapiya alan xanımlarımızdır. Bunların təsiri sayəsində klimakterik dövr baş verə bilər. Erkən klimakterik dövrdən söhbət gedir. Nevroloji və psixoloji gərginliyi yaşayan xanımlarımızın qəbul etdiyi dərmanlar səbəbindən erkən klimakterik dövür müşahidə oluna bilər və mexaniki, yəni cərrahi səbəbə bağlı olan klimakterik dövrdür ki, hansı ki, xanımlarımızda yaranan problemlər səbəbindən uşaqlıq və onun artımları, yəni yumurtalıqlar daxil cərrahi müdaxilədən çıxarılmış və bu zaman xanımlarımız gənc yaşda, cavan yaşda klimakterik dövrə girə bilir. 

Bunun ağır keçməməsindən ötrü biz xanımlarımıza hormon əvəzləyici terapiyaya başlayırıq. 

Normal klimakterik dövr

Ondan sonra normal klimakterik dövrün, yəni artıq yaşa bağlı olan 45-55 yaş arası intervalında müşahidə olunur klimakterik dövr. 

Klimakterik dövrün daha rahat, daha yumşaq keçməsi üçün biz xanımlarımıza məsləhət görürük ki, vaxtında ginekoloqa müraciət etsinlər, düzgün istiqamətləndirmə taktikası seçilsin xanımlarımıza. Məsələn əsəbi gərginliyi olanlar, kardioloji ürək problemləri yaşayan xanımlarımız bunlar paralel olaraq məsələn, ginekoloq-nevropatoloq, ginekoloq-kardioloq, paralel olaraq bu periodu rahatlıqla keçirə bilərlər. 

Krimakterik dövrdə, yəni ki, bu dövrü əhatə edən, yəni müddət ərzində xanımlarımıza məsləhət görərdik ki, ilk öncə qidalanmalarına fikir versinlər. Çünki bu dövrdə biz bilirik ki, estrogen səviyyəsi aşağı düşərsə, artıq orqanizmdə kalsiumun səviyyəsi azalmağa başlayacaq. Bu da osteoparoz dediyimiz, yəni sümük problemlərinə gətirib çıxardır. Yaxşı olar ki, kalsium qəbul eləsinlər, E vitamini qəbul etsinlər, D vitamini qəbul etsinlər. Onları gərginləşdirən, onları əsəbi edən mühitdən kənarlaşsınlar. 

Rutin kontrollarımız var yəni klimakterik dövr üçün. Burada ginekoloji müayinələr, Pap-smear (Pap test) dediyimiz bir laborator müayinəsi və mammoqrafiya – süd vəzinin ilkin dəyərləndirilməsi mərhələlərindən keçmələrini tövsiyə edərdim. 

Və onu da qeyd etmək istəyirəm ki, 45-55 yaş periodunda olan xanımlarımızda əgər bu sadaladığımız simptomlardan özlərində hansısa müşahidə edirlərsə, mütləq ginekoloqa müraciət etməlidirlər. Yəni internetdə və yaxud da ki, digər sosial mediada olan məsləhətlərdən yox, birbaşa ginekoloqa müraciət edib ilkin dəyərləndirməni mütləq şəkildə öz ginekoloqları ilə aparmalıdırlar. 

Çünki dediyimiz kimi bu period bəzən çox yüngül keçə bilir, bəzən çox ağır bir formada xanımlarımız bunu özlərində müşahidə edirlər. Ginekoloqa gələrək, ginekoloqun tövsiyələrini dinləyərək bu periodu atlatmış olacaqsınız. 

Dr. Məhəmməd Xəlilov, Cərrah mama-ginekoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir