zob xesteliyi

Zob xəstəliyi

Günümüzdə tez-tez rastlaşdığımız xəstəliklərdən biri də qalxanabənzər vəzin xəstəliyi, yəni el arasında desək “zob”dur. 

Qalxanabənzər vəzi boyunun ön hissəsində yerləşir. Təqribi çəkisi 20 qramdır. Amma bu 20 qramlıq vəzi həyat üçün vacib bir çox hormonlar ifraz edir. 

Qalxanabənzər vəzinin müayinəsi müxtəlif ola bilər. Lakin ilkin xəstəyə diaqnoz qoymaq, ilkin bir söz demək üçün kardinal, əsas iki müayinə üsulumuz vardır. Bunlardan birincisi ultrasəs müayinəsi üsuludur, digəri isə tiroid hormonlarının qanda baxılmasıdır. 

Bəzən xəstələr bir tək ultrasəs müayinəsindən keçirlər və orada həmin ultrasəs müayinəsinin nəticəsinə əsasən tələb edirlər ki: “Doktor, mənim zəhərli zobummu var, tənbəlmi zobum var, mən əməliyyatımı olunum, dərmanmı atım?” bu suallarla bizlərə, endokrinoloqlara müraciət edirlər. 

Bildirmək istəyirəm ki, biz qalxanabənzər vəzinin ultrasəs müayinəsində vəzinin ölçüsünü, strukturunu, həcmini, orada düyünün olub-olmamasını və ya kistanın olub-olmamasını, qanlanmasını görürük. Lakin xəstəyə diaqnoz qoymaq üçün dərman müalicəsi başlayaqmı və yaxud da başlamayaqmı, hansı dərmandan başlayaq bunları müəyyənləşdirmək üçün mütləq şəkildə qanda tiroid hormonları baxılmalıdır. Əgər sizdə yorğunluq, yuxusuzluq, saçlarda tökülmə, dırnaqlarda qırılma, əsəbilik, ürək döyünmə kimi şikayətlər varsa, mütləq endokrinoloqa müraciət edib qalxanvari vəzi müayinəsindən keçməyinizi məsləhət bilirəm. 

Dr. Rəna Novruzova, Endokrinoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir