deride lekeler melazmalar

Dəridə ləkələr

Dəri insan orqanizminin ən böyük orqanı olduğu üçün dəridə olan ən balaca cızıq olsun, ən balaca ləkə, nöqtə boyda olan belə bəzi pasiyentləri çox narahat edir. 

Bəzi pasiyentlər də çox böyük ləkələrlə gəzirlər, yaşayırlar, həyatları boyu bununla barışmış olurlar. Xasiyyətlərimiz, psixoloji təriflərimiz fərqli olur. Ləkələr qadınında, yaşlısında, kişidə, uşaqda hər yaşda görə biləcəyimiz və çox, çox böyük etiyologiyası olan bir məfhumdur. Ləkələrin altında çox geniş bir etiyologiya yata bilər. 

Bu ləkələr ağdırmı, dəridən daha tünddürmü və ya daha qaradırmı bunların fərqini bilmək üçün, nə olduğunu bilmək üçün hər zaman dərinin mütəxəssisinə müraciət etmək lazımdır. 

Mən yay mövsümə aid olaraq ən çox gördüyümüz melazmalardan danışacağam. Bu qadınları çox narahat eləyir. Təbii ki, kişilərdə də çox rast gəldiyimiz bir şeydir, amma daha çox qadınları narahat edir. 

Bu, yeni doğum eləmiş bir ana da ola bilər və ya hamiləlik dönəmində biri də ola bilər və ya bir kosmetik prosedur elətdirmiş və sonrasında ləkələr əmələ gəlmiş bir xanımlar da ola bilər. 

Pasiyentlərimiz müxtəlif etiyologiyalarla, müxtəlif səbəblərlə müraciət edirlər. 

Mütləq bir dənə faktor ortaya çıxarır bunları, daha çox nəzərə çarpana qədər bir az da gözləyirlər: “Bəlkə, evdə bu proseduru eləyərəm, bu keçər” və ya “Başqa bir krem sürtərəm keçər”, bəzən daha da dərinləşə bilir. Pasiyentlərə ona görə hər zaman anlatdığımız ləkələrdə vaxt bizim üçün çox önəmlidir. Nə qədər gecikmiş olursa, o qədər dərinləşmiş olur. Epidermal olacaq görüntülər dermis, yəni dermal bir görüntü ala bilir, yəni daha dərinləşmiş olur. O bir az daha çox zaman tələb edir. Bir az daha çox ciddi müalicələr tələb eləyə bilir. 

Təbii ki, burada sadəcə dərimi rol oynayır? Xeyr, xəstədə autoimmun xəstəliklər də çox önəmlidir. Mütləq sorğulayırıq. 

Keçirilmiş əməliyyatlar, aldığı dərmanlar varmı? 

Günəşi çox görürmü, işi necədir, nə ilə işləyir, daha çox elektron cihazlarlamı birlikdə vaxt keçirir? 

Başqa bir yan xəstəliyi varmı? 

Burada anamnezlər çox geniş alınar. Anamnezlərdən yola çıxırıq, buna uyğun “Qan analizlərinəehtiyac varmı?” Yoxdursa, sadəcə topikal müalicələrlə, yəni kremlərlə… Yox varsa, altda yatan bir xəstəlik düşünürüksə və xəstəyə uyğun dərmanları seçərək xəstəyə uyğun xəstəliklərinə, özünün anamnezinə, klinikasına uyğun olaraq müalicəsinə başlayırıq. Heç təmizlənməyən pasiyentimiz olmur. 

Mən pasiyentlərdə ən çox gördüyüm ruh düşkünlüyü olur ki, mən bu qədər müalicə almışam, mən bu qədər pul xərcləmişəm, heç bir faydası olmayıb. Doğru əllərdə, doğru müalicə hər zaman üzgüldürücüdür və çox şükür ki, dermatologiyada heç bir müalicə olunmayan xəstəlik yoxdur. 

Uzman Dr. Firayya Məmmədova, Dermatoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir