Prostat vəzin adenomasının müalicə üsulları
Prostat vəzinin xoşxassəli böyüməsi və ya adenoması bugünkü gündə 50 yaşın üzərində olan kişilərdə çox sıx rastlanan, çox sıx bilinən bir xəstəlikdir və çox ciddi narahatçılıqlara səbəb olur.
Belə ki, təxminən 50 yaşını keçmiş kişilərin 20- 25%-də müəyyən qədər prostat vəzi böyüməsinə bağlı sidiyə getmə prosesində çətinliklər görünür.
Bir çox kişi bunu önəmsəmir, əhəmiyyət vermir və yaxud da çəkinir, utanır, həkimə bununla bağlı getmir. Ancaq bunlar yaş irəlilədikcə şikayətləri artırıb daha da böyrəkləri və sidik kisəsini zədələyəcək dərəcədə zərər verə bilir.
Prostat vəzin adenomasının əlamətləri
Burada əsas şikayətlər sidiyə getmədə çətinliklər, sidiyə rahat gedə bilməmə, sidiyin axın sürətinin azalması, tam boşalda bilməmə sidik kisəsini, sidiyə gedəndən sonra qalıq sidik qalma hissi və qalıq sidiyin qalması kimi şikayətlər baş verir.
Müayinə və müalicə metodları
Bu cür şikayətlərlə gələn xəstələrə, sözsüz ki, ilk öncə müayinələr aparırıq. Müayinələr apardıqdan sonra orada prostat vəzində hər hansı bir bədxassəli proses olmadığına əmin olduqdan sonra, xüsusilə, PSA analizi ilə, növbəti mərhələdə digər laborator analizlərlə sidik analizi və ultrasəs xüsusilə aparılaraq prostat vəzinin ölçüsü, qalıq sidiyin miqdarı baxıldıqdan sonra xüsusilə əməliyyat və yaxud da müalicə planlanırsa, uroflometriya dediyimiz testlə sidiyin axın sürəti, axın gücü, sidik kisəsinin həcmi ətraflı öyrənildikdən sonra müalicə taktikası seçilir.
Prostat vəzi adenomasının dərmanla müalicəsi
Müalicə taktikaları ilkin mərhələdə farmakoloji preparatlarladır ki, bunlar xəstənin sidiyəgetmə şikayətlərini azaltmağa xidmət edir. Bir çox xəstə, əksər xəstələr bu dərman preparatları ilə uzun müddət rahat sidiyə getmə problemlərini aradan qaldırmış olurlar.
Amma zamanla bəzi xəstələr dərmandan fayda görməməyə başlayırlar. Bu mərhələdə isə cərrahi müdaxiləyə ehtiyac meydana gəlir.
Prostat vəzi adenomasının cərrahi əməliyyatla müalicəsi
Bugünkü gündə cərrahi müdaxilə növlərinə də əsasən qapalı və az invaziv, az travmatik cərrahi müdaxilələr daxildir. Bunların içində getdikcə daha da artan, daha az invaziv, daha alternativ müalicə üsulları meydana gəlməkdədir ki, xəstənin prostat vəzinin ölçüsünə, xəstənin digər yanaşı xəstəliklərinə görə uroloq bunu bu müalicə növləri arasında xəstəyə izah edərək, məlumatlandıraraq seçim edə bilir. Yəni məsələn, xəstənin ümumi vəziyyəti əgər imkan vermirsə, ümumi anesteziya ala bilmirsə, yanaşı xəstəlikləri varsa və yaxud da hər hansı bir qandurulaşdırıcı preparatlar istifadə edir və bunları dayandıra bilmiriksə, bu zaman daha az invaziv, daha az travmatik olan kiçik müdaxilələrdən istifadə olunur ki, bunlar da rezium kimi, prostat vaporizasiyası kimi, urolift kimi kiçik müdaxilələrdir ki, bunlar prostat vəzinin verdiyi sidik kanalındakı darlığın müəyyən qədər qarşısını almış olur və sidiyə getmə prosesini bərpa etmiş olur. Əlbəttə ki, bu müalicə üsulları çox uzunmüddətli olmur, ancaq xəstənin ümumi vəziyyəti ümumi anesteziyaya imkan vermədiyi hallarda xəstələri çox rahatladır və anesteziya riskindən tamamilə xəstələri qaçırtmış olur.
Qapalı prostat əməliyyatı TURP
Ümumi anesteziya ala bilən, sağlam olan xəstələrdə isə və yaxud da prostat vəzinin həcmi çox böyük olan xəstələrdə isə daha klassik standart müalicə üsullarımıza əl atmalı oluruq. Bunlar da yenə qapalı cərrahi müalicə üsullarıdır.
Bunların içində ən çox standart hal-hazırda bütün dünyada eyni zamanda ölkəmizdə də istifadə olunan TUR prostatektomiya əməliyyatıdır. Ancaq yenə TUR prostatektomiya əməliyyatı da çox böyük ölçülü, xüsusilə, 100 qramdan böyük həcmi olan prostatlarda texniki cəhətdən, cərrahi cəhətdən çətinləşir və ağırlaşma riski artır.
Lazer enukleasiyası: HoLEP, ThuLEP
Buna görə yenə də 100 qramdan böyük prostatı olan və yaxud da xəstəxanada qalma müddətini qısaltmaq istəyən xəstələr və yaxud da yenə müəyyən qədər qandurulaşdırıcı istifadə edən xəstələrdə isə lazer prostatektomiya HoLEP və ya ThuLEP dediyimiz holmium lazer enukleasiyası və ya thulium lazer enukleasiyası əməliyyat son onilliklərdə geniş şəkildə istifadə olunmaqdadır və bu da günümüzdə ölkədə istifadə olunmaqdadır.
Bu cür daha təkmilləşmiş cərrahi müdaxilələrin lazer prostatektomiya kimi təkmilləşmiş, cərrahi müdaxilənin üstünlüyü isə böyümüş prostat vəzi toxuması çıxarıla bilir və əməliyyatdan sonrakı fayda çox uzunmüddətli və hətta daimi xarakter daşıyır. Xəstələrin şikayətləri tamamilə keçmiş olur, aradan qalxmış olur. Sidiyə getməklə bağlı olan çətinliklər, gecə sidiyə durma kimi narahatçılıqlar tamamilə aradan qalxmış olur və bu əməliyyatlar çox həssas bir alətlə icra olunduğu üçün qanama riski çox minimal olur.
Xəstəyə verilən travma çox minimal olur. Xəstəxanada yatış müddəsi 1 gün və yaxud da maksimum 2 gün olur. Əməliyyatdan sonrakı sağalma müddəti də buna uyğun olaraq ciddi dərəcədə qısalmış olur. Cərrahi müalicə taktikalarından daha az invaziv olan, daha az travmatik olan xüsusilə həyati riski yüksək olan xəstələrə hansı ki anesteziya verə bilmirik bu qrup xəstələrə rezium və urolift kimi daha az invaziv, daha kiçik cərrahi müdaxilələr də icra oluna bilər ki, bunların məqsədi nədir?
Vaporizasiya üsulu
Vaporizasiya dediyimiz, deməli, bu kateterin ucundakı xüsusi kiçik iynəciklər vasitəsilə prostat pareximasına, toxumasına buxarlar verilərək onun nekrozlaşmasına nail olunur və prostat toxumasında və həcmində təxminən müdaxilədən sonrakı 3-4 həftə ərzində 30-40% kiçilməyə nail olunur ki, bu kiçilmə də nəticədə sidik kanalında böyük prostatın verdiyi təzyiqi azaltmış olur və sidiyə getmə prosesi kifayət qədər rahatlaşmış olur.
Və üstünlüyü nədir?
Əməliyyatdan qorxan şəxslər, əməliyyatı qəbul etməyən şəxslər və ya əməliyyat üçün yüksək riskli olan şəxslərə kiçik poliklinika otağında kiçik bir anesteziya altında və ya yerli keyitmə altında müdaxilə icra olunur. 15 dəqiqəlik bir prosesdir, kateter taxılır, proses icra olunur, ondan sonra bir 3-4 gün kateterli şəkildə xəstə evə yola salınır. 3-4 gün sonra kateteri çıxartdıqda artıq prostat kiçilməyə doğru başlamış olduğu üçün günü-gündən müalicədən sonrakı həftələr ərzində sidiyə getmə prosesində yaxşılaşma olur.
Sözsüz ki, bir neçə il sonra şikayətlər təkrarlaya bilər və proses təkrar icra oluna bilər. Hansı ki, anesteziya riski olmur, xəstə hər hansı xəstəxanada yatma ehtiyacı olmur və yaxud əməliyyatdan sonrakı sağalma prosesinə ehtiyac qalmır.
Urolift üsulu
Urolift də buna bənzər bir üsuldur. Urolift rezumdan müəyyən qədər daha invaziv üsuldur, amma yenə də hər hansı bir toxuma götürülmür, prostata hər hansı müdaxilə olunmur sadəcə prostat toxumasının sıxıcı bir neçə ədəd metal hissəciklər yerləşdirilir ki, bunlar içəridən prostat vəzini sıxır və bu sıxdığı üçün də zamanla orada yenə nekrozlaşma əmələ gətirdiyi üçün prostatın həcmində müəyyən qədər kiçilməyə nail olur. Hər hansı bir əməliyyat və böyük anesteziya vermədən xəstəxanada da yatışa ehtiyac olmadan xəstənin prostatının verdiyi sidiyə getmə çətinlikləri aradan qalxmış olur. Yenə bir neçə gün xəstə sadəcə kateterdə qalmağa ehtiyac olur.
iTIND üsulu
Bundan başqa yenə alternativ müalicə üsullarından iTIND deyilən bir cihaz var ki, bu da yenə son zamanlar çox yayğın şəkildə istifadə olunmaqdadır. Stend şəklində bir cihaz sidik kanalına yerləşdirilir. Prostat vəzi orada kompressiya olunur, sıxılır və 1-2 həftə o orada qaldığı müddətcə prostatda sıxıb yenə kompressiya edib nekrozlaşma yaradır və prostat vəzinin yenə həcminin kiçilməsinə xidmət edir. Bir müddət sonra aləti çıxartdıqdan sonra xəstəxanaya gəlib bir 5 dəqiqəlik bir kiçik müdaxilə ilə hər hansı bir yeni anesteziya vermədən və ya çox minimal anesteziya ilə ailət çıxarıldıqdan sonra xəstənin sidiyə getmə problemləri ciddi dərəcədə yaxşılaşmış olur.
Əlbəttə ki, bunlar alternativ müalicə üsullarıdır, hər hansı bir TUR prostatektomiya və ya HoLEP dediyimiz daha ciddi, daha effektiv cərrahi müalicə üsullarını tamamilə əvəz edə bilməsə də, yüksək risk qrupu xəstələrinə və ya cərrahi müdaxiləni qəbul etməyən xəstələr üçün çox yaxşı bir seçim müalicə üsullarıdır.