Miokardit
Miokardit-ürək əzələsinin iltihabıdır. Bu xəstəlik ciddiyə alınmazsa ölümə gətirib çıxara bilər.
Miokarditin əsas səbəbləri
- İnfeksion:
- -Viruslar (adenovirus qrip,qızılca,koksaki B)
- Bakterial (Streptakok, Meninqokok)
- Göbələklər
- Parazitlər
- Allergik-immunoloji
- bir çox dərmanlardan yarana bilər (Sulfonamit, Sefolosporin, Digoksin)
- Orqan toxumaların transplantasiyası zamanı
- Toksik
- Narkotiklər
- Triotoksikoz
- Alkoqol
Miokarditin simptomları:
- Ürək nahiyyəsində ağrı (Fiziki gərginliklə əlaqəsi olmayan, uzun müddət davam edən, Nitroqliserin qəbulundan sonra keçməyən döş qəfəsinin sol tərəfində təzyiq edici ağrılar) müşahidə edilir.
- Təngnəfəslik – Sol mədəcik çatışmazlığı zamanı yaranır
- Ürək döyünmə -Taxikardiya, ritm pozğunluğu
- Baş gicəllənmə
Miokarditin diaqnostikası
- Xəstədən anamnez toplanır
- EKQ
- EKQ HOLTER
- Rentgen
- EXO
- Ürək əzələsinin biopsiyası