Hamiləlik doppleri – 18-22-ci həftələrdə ultrasəs müayinəsi
18-22, bəzən hətta 24 həftə arasında biz hamilələrdə detallı ultrasəs müayinəsi edirik, hansı ki, xalq arasında daha çox “hamiləlik doppleri” adı ilə məşhurdur.
Əgər öncəki müayinələrdə bizim üçün ənsə qalınlığı daha önəmlidirsə, bu dövrdə biz beyni, xüsusən, çünki bilirik ki, fetal beyin bütün hamiləlik boyu inkişaf edən bir orqandır. Daha dəqiq qüsurlarını aşkar edə bilirik, ürəyi daha dəqiq dəyərləndiririk. Və öncəki ultrasəs müayinələrinin nəticələri ilə uşağın inkişafını, çəkisini, boyunu müqayisə edirik.
Dölün uşaqlıq daxilindəki vəziyyətini, yəni “baş gəlişidirmi, deyilmi?” bunu qiymətləndiririk. Və bizim üçün çox önəmli olan fetoplasentar və uteroplasentar qan dövranını dəyərləndiririk.
Xüsusən, uterin arteriyaların doppler müayinəsi zamanı onun dəyərlərini və ananın təzyiqini, böyrəklərinin vəziyyətini, sidik analizinin dəyərlərini qiymətləndirməklə biz preeklampsiya, eklampsiya riskini aşkar edə bilirik.
Daha sonra plasentanı dəyərləndiririk. Plasentanın hansı divarda formalaşması: ön divar, arxa divar, onun daxili dəliklə münasibəti, məsafəsi çox önəm daşıyır.
Uşaqlıq boynunu qiymətləndiririk. Uşaqlıq boynunun qısalığıdüşük riskininqarşısını almaq məqsədilə önəmlidir.
Amnion mayesini, amnion mayesinin çoxluğu, polihidroamniondurmu, oliqo hidroamniondurmu və ya normaldırmı? Yəni amnion mayesi normal olmalıdır, bunu dəyərləndiririk.
Və biz hamilələrə məsləhət görərdik ki, ultrasəs həkiminin və ginekoloqun təyin etdiyi zamanda mütləq ultrasəs müayinəsini keçsinlər mütəmadi olaraq. Çünki dinamik ultrasəs müayinəsi hamiləlik zamanı çox önəmlidir.