dis-eti-qanamasi

Diş əti xəstəliyi

Dövrümüzün ən aktual diş problemlərindən biri diş əti xəstəliyidir. Diş əti xəstəliyi nədir?

Diş əti və ətraf toxumaların iltihabı, bəzən səbəbli-səbəbsiz qanamalar, dişə toxunduqda qanamalar, toxunmadıqda qanamalar, diş ətində şişkinlik, rənginin qırmızı, tünd qırmızı olması, ağızdan pis qoxunun gəlməsi – diş əti xəstəliyi budur.

Diş əti xəstəliyi vaxtında müayinə və müalicə olunduqda qarşısını almaq olur, etmədikdə isə ağır fəsadlar baş verir. Bunun nəticəsi dişlərin laxlamasına və tökülməsinə qədər gətirib çıxarda bilir.

Diş əti xəstəliyinin qarşısını necə almaq olar?

Bunun üçün nə etmək lazımdır?

Düzgün diş fırçası, diş pastası və diş saplarından istifadə etmək, düzgün istifadə etmək lazımdır. Bəzən biz bunlardan düzgün istifadə etmirik. 

Bundan başqa diş əti xəstəliyinin yaranmasına səbəb genetik faktordur, bədənin immun sisteminin düşməsidir, bədəndə bəzi mikroelementlərin və vitaminlərin çatışmamasıdır və birinci növbədə siqaret çəkməkdir. Bunlar diş əti xəstəliyinin yaranmasına səbəb olur.

Diş əti xəstəliyinin qarşısını almaq üçün ən azı ildə iki dəfə, yəni hər altı aydan bir həkimə müraciət etmək lazımdır.

Diş daşları təmizlənməlidir. “Kürete” dediyimiz bir şey var, “kürete” olunmalıdır və bəzi aparatlardan istifadə edərək diş əti üstündə və diş əti altında olan “biotəbəqə” dediyimiz təbəqəni təmizləmək lazımdır. 

Yəni onu ancaq doktor təmizləyə bilir. Diş əti xəstəliyində düzgün müalicə aparılmadıqda diş ərpi əmələ gəlir, diş ərpi diş daşına çevrilir və bu, dişlərin qanamasına, laxlamasına gətirib çıxardır. 

Bunları vaxtında təmizlədikdə diş daşları problemi həll etmiş oluruq.

Bəzən insanlar özlərindən müalicə metodu seçirlər: iynə prosedurları alırlar, adi yaxalamalar eliyirlər… 

Bunlar düzgün metodlar deyil. Bunun üçün bir etaplı müalicə metodları var ki, bunu həkim etməlidir. 

Yaxalamalar bir vasitədir, kömək ola bilər, amma sağalması üçün bir vasitə deyil. Ağız gigiyenasına baxılmalıdır. Düzgün gigiyena olmalıdır.

Dişlər səhər, axşam düzgün fırçalanmalıdır. Buna 1-2 dəqiqə vaxt yox, normal bir vaxt ayırmaq lazımdır. Yəni bunu 1-2 dəqiqə ilə diş üstündəki ərplər təmizlənməz. Hər 2-3 diş üçün 1 dəqiqə ayırmaq lazımdır. 

Dr.Fərail Həsənov / Stomatoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir