holter monitorinqi

Holter monitorinqi

Holter monitorinqi və ya EKQ-nin sutkalıq monitorinqi elektrofizioloji instrumental müayinə metodudur.

Müayinə ağrısız və qansızdır.

Holter müayinəsi aşağıdakı xəstələr üçün tətbiq olunur:

  1. Aritmiyalı xəstələr – ürək nahiyəsində anormal atımlar hiss edən, tez-tez ürək döyünməsi olan, QT-nin uzanması sindromu olan, VPV sindromu olan, səbəbi tapılmayan ürəkgetməsi olan xəstələr
  2. Miokardin isemiyası olan xəstələr – Sinəsində ağrı olan, stenokardiyalı, miokard infarktı keçirmiş xəstələr, ürək çatışmazlığı olan xəstələr
  3. Arteriyal hipertenziyalı xəstələr – əsasən sol mədəciyin hipertrofiyası olan arteriyal hipertenziyalı xəstələr

Müayinə eyni zamanda qeyd olunan hallarda da istifadə olunur:

  • Miokard infarkt, sol mədəciyin ağır çatışmazlıqları, Dilatasion kardiomiopatiyalar, mitral stenoz kimi xəstəliklər zamanı həyati təhlükəsi olan aritmiyaların mövcud olma ehtimalı üçün profilaktik məqsədlə aparılan Holter müayinəsi
  • Ürək əməliyyatı öncəsi
  • Xəstədə olan elektrostimulyatorlarin fəaliyyətini qiymətləndirmək üçün
  • Antiaritmik, antianginal müalicənin effektivliyini qiymətləndirmək üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir