Stomatologiya

Ağız və diş sağlamlığı kiçikdən böyüyə hər kəsin həssaslıqla yanaşmalı olduğu mövzulardan biridir. Bu mövzuda lazımi diqqət və günlük baxımın gecikdirilməməsi orqanizmdə baş verə biləcək bir çox sağlamlıqla bağlı problemlərin qarşısını ala bilər. Son dövrlərdə inkişaf etmiş yeni texnoloji avadanlıqlar və məhsullar gündəlik ağız və diş qulluğu mövzusunda işinizi asanlaşdırır.

Bundan əlavə gözlənilməz hadisələrlə yaranan diş əti problemləri, diş sırasının və xarici görünüşünün pozulması kimi hallarda peşəkar yanaşma vacibdir. Stomatologiya şöbəmiz bu yöndə son illərdə bütün dünyada tətbiq edilən yüksək texnoloji prosedurlarla ən yaxın köməkçiniz olacaq, sağlamlığınızı ən yaxşı şəkildə qoruyaraq sağlam və gözəl təbəssümünüzü bərpa edəcək.

Şöbəmizdə uşaq stomatologiyası, acil vəziyyətlərdə ilkin tibbi yardım, müayinə, lazımi stomatoloji məsləhət, stomatoloji profilkatika, daha ağır vəziyyətlərdə ortopedik stomatoloji xidmətlər icra edilir.

Şöbəmizin əsas iş prinsipi pasiyentləri sağlam təbəssümlə gülərüz yola salmaqdır!

Sağlamlıq gözəl təbəssümdən başlayır deyə düşürsünüzsə, ağız və diş sağlamlığınızı gecikdirməməli, daim diqqətdə saxlamalısınız.

Stomatologiya şöbəmizdə icra edilən prosedurlar:

  • İmplantasiya
  • Dişlərin ağardılması (mexaniki ve kimyəvi)
  • Çıxmayan protezlər (vinirler)
  • Dişlərin çəkilməsi (ağıl, retension və daimi dişlər)