
Fizioterapiya şöbəmiz, əzələ, oynaq və sinir sistemi pozğunluqlarının bərpası və ağrıların azaldılması üçün yüksək səviyyəli tibbi xidmətlər təqdim edir. Müasir avadanlıqlarla təchiz olunmuş şöbəmizdə həkim fizioterapevt, vertebroloqumuz fərdi müalicə proqramları tətbiq edərək xəstələrimizin həyat keyfiyyətini artırmağı hədəfləyir.
Fizioterapiyada müalicə olunan xəstəliklər:
Əzələ-skelet sistemi xəstəlikləri:
- Osteoxondroz
- Artrit və artroz
- Skolioz və digər onurğa problemləri
- İdman zədələri
Nevroloji xəstəliklər:
- Radikulit
- Nevrit və nevralgiyalar
- Serebral iflic
- Bel fəqərəsi yırtığı
Reabilitasiya:
- Travma və əməliyyatlardan sonra bərpa
- İfliclərdən sonra müalicə
- Protezləşmədən sonra əzələ funksiyalarının bərpası