sidik kanali darligi

Qadınlarda sidik kanalı darlığı

Sidik kanalı, ümumiyyətlə, nədir? 

Sidik kanalı sidiyin sidik kisəsindən çıxmasına xidmət edən bir kanaldır ki, bu, sidik kisəsinin aşağı nahiyəsində yerləşir və sidik kisəsindən sidiyin çıxmasını təmin edir. 

Qadınlarda sidik kanalı darlığının əlamətləri

Bu sidik kanalı darlıqları həm qadınlarda, həm kişilərdə görülə bilir. Ancaq bunların ölçüləri və xüsusiyyətləri fərqli olduğu üçün qadınlarda və kişilərdə sidik kanalı darlıqlarının görünmə tezliyi və xüsusiyyətləri bir-birindən fərqlilik göstərməkdədir. 

Sidik kanalının darlıqları qadınlarda, xüsusilə, 50 yaşından sonrakı yaşlarda, menopauza dövründə, menopauzadan sonrakı dövrdə sidik kisəsinin yaşlanması, qadın cinsiyyət orqanlarının yaşlanması və çanaq orqanlarının sallanması ilə birlikdə görülür. 

Qadınlar çətin sidiyə getmə, sidik kisəsinin tam boşalda bilməməsi, sidiyin şırnağının axınının zəif olması kimi şikayətlərlə həkimə müraciət edir. Və bu mərhələdə eyni zamanda sidiyin tam boşalda bilməmə halları da yaranır ki, bu da sidik kisəsində qalıq sidiyin yaranmasına səbəb olur və bu qalıq sidikdə daimi sidik kisəsində tam boşala bilmədiyi üçün, qalıq sidik qaldığı üçün çöküntü verib sidik kisəsi daşları və yaxud da sidik kisəsi infeksiyaları, sidik yolu infeksiyalarına səbəb ola bilir. 

Bu infeksiyalar da yüksək temperatur, sidikdə qan görülməsi, ümumi ürəkbulanma, qusma kimi toksiki əlamətlərlə özünü göstərə bilir. Diaqnostikasında bəzi analizlər xüsusilə istifadə olunur və bunlar çox bəsit və asan analizlərdir. 

Qadınlarda sidik kanalı darlığının müayinəsi

Bunlara sidiyin ümumi analizi, qanın ümumi analizi, böyrək funksiyalarının qanda yoxlanılması, ultrasəs müayinəsinin aparılması, xüsusilə, şərtdir. 

Ultrasəs müayinəsində qalıq sidik sidiyə gedəndən sonra baxılması çox önəm daşıyır. 

Eyni zamanda, vaginal nahiyənin müayinəsi də çox önəmlidir. Çünki burada baş verən dəyişikliklər görünüb dəqiqləşdirilməlidir ki, növbəti müalicə taktikası dəqiqləşsin. 

Əsas diaqnostikada xüsusi önəm daşıyan müayinə üsulu isə uroflometriya müayinə üsuludur ki, bu da sidiyin axınını və sürətini ölçən bir testdir. Və bu həkimə, uroloqlara çox ciddi sidiyin axma prosesi, sidiyin boşaldılma prosesi haqqında çox ciddi ətraflı məlumat verə bilir. 

Bu necə bir testdir? 

Bu sadə bir testdir ki, sidik kisəsi tam dolu olduğu zaman şəxs, xəstə uroflometriya cihazına sidiyini ifraz edir və ifraz etdiyi zaman bu zaman sidiyin axma sürəti, boşaldılma sürəti və miqdarı və bu kimi sidik xaric olma prosesi haqqında ətraflı məlumat uroloq əldə etmiş olur. Əgər darlığa xas məlumatlar əldə etmiş olsa, artıq müalicə taktikasına keçilir. 

Qadınlarda sidik kanalı darlığının müalicəsi

Müalicə taktikası da sözsüz ki, kanalın genişləndirilməsi məqsədilə xüsusi bujilərlə dilatasiya, genişləndirmə əməliyyatıdır ki, bu kiçik bir anesteziya ilə 5-10 dəqiqə ərzində icra olunur. 

İcra olunduqdan sonra qısa müddətdə xəstəxanada saxlanılıb, evə göndərilir, bir neçə gün kateterdə qalıb, sonra kateter xaric olunur. Bununla darlıq aradan qalxır, normal sidiyə getmə prosesi təmin olunmuş olur. 

Ancaq bəzi hallarda xüsusi tədbirlər və profilaktik tədbirlər görülməsi həkim tərəfindən tövsiyə olunur. Çünki bu darlıqlar yaşlanmaya bağlı olduğu üçün təkrarlanma ehtimalı var. 

Bu təkrarlama ehtimalının da qarşısını almaq məqsədi ilə xəstələrə müəyyən profilaktik məsləhətlər və tədbirlər görülür. 

Dos.Dr.Fikrət Əhmədov | Urologiya uzmanı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir