prostat xerçenginin ömrü

Prostat xərçəngi xəstəsinin ömrü

Ən çox kişiləri qorxudur və narahat edir ki, “Birdən məndə xərçəng olar!” 

Həqiqətən də prostat xərçəngi inkişaf etmiş ölkələrdə həyat tərzi və xüsusilə qidalanma tərzinin də dəyişməsi ilə daha çox rast gəlinməyə başladı. Eyni zamanda diaqnostik müayinə üsulları da təkmilləşdikcə prostat xərçəngi diaqnozu qoyulan xəstələrin sayı artmağa başladı. 

Prostat xərçəngi ümumiyyətlə 40 yaşdan kiçik şəxslərdə son dərəcə nadir görülə bilər. Hətta “görülmür” demək bəlkə də daha doğru olar. Görüləcəksə 45-50 yaşından etibarən və yaş irəlilədikcə görülmə ehtimalı artaraq rast gəlinən bir qrup xərçəngdir. 

Onsuz da prostat xərçənginin əksər növləri çox yavaş irəliləyən xərçəng olduğu üçün, irəli yaşlı kişilərdə də çox görüldüyü üçün bu xərçəngdən ölmə ehtimalı bu xəstələrdə demək olar ki, olmur. Məsələn 80 yaşında kişidə prostat xərçəngi tapacaqsan, bu da erkən mərhələ olacaqsa, bunun irəli mərhələyə gəlib çatmağı 8-10 il çəkir. Bu o deməkdir ki, 90 yaşı keçəcək, bu xəstə. 

Prostat xərçəngi olan hər xəstəyə müdaxilə olunmur

Qoyduğumuz diaqnozlar artdıqca müdaxilə olub-olmamaq qərarları da dəyişir və bəzi hallarda xəstənin istəyi ilə, xəstənin yeri gəlsə təzyiqi ilə, bəzən də həkimin tələsərək verdiyi qərarla, lazımsız müalicələr, lazımsız əməliyyatlar belə olur. Bu çox bugünkü gündə də “hansı mərhələdə müalicə olunsun?”, “hansı mərhələdə müşahidə olunsun?” qərarını vermək, sözsüz ki, protokollarla icra olunsa da, bəzi hallarda xəstənin və həkimin istəyi də burada rol oynayır, qərarı da burada rol oynayır. Bu qərar mərhələsi gərək düzgün analiz edilsin, tələsmədən analiz edilsin. 

Prostat xərçəngi erkən aşkar olunduqda tamamilə sağalır

Yəni uzun sözün qısası, prostat xərçəngi varsa, xüsusilə erkən mərhələdə diaqnoz qoyulubsa, bu xəstələr bugünkü gündə tamamilə sağalır müalicə ilə. Burada çox alternativ müalicə üsulları var. Yəni hormonal müalicə üsulları var, kimyaterapiya müalicə üsulları, şüa terapiyası müalicə üsulları və ən əsası bugünkü gündə istifadə olunan radikal cərrahi üsullarla müalicə üsulları var ki, radikal cərrahi üsulla prostatın tamamilə xaric edilməsi ilə bu xərçəng 99% hallarda tamamilə sağalır, əgər hər hansı bir metastaz verməyibsə və erkən mərhələdədirsə. Və həyatı boyu bunun təkrarlama ehtimalı çox minimal olur. 

Prostat vəzi çıxdısa, xərçəng tamamilə çıxdısa, artıq prostat xərçəngindən söhbət gedə bilmir, əgər hər hansı bir metastaz çıxarılan mərhələdə yox idisə. 

Və bu əməliyyatlar içərisində də ən üstün üsul olan robot vasitəsilə, robot yardımı ilə icra olunan prostat xərçəng əməliyyatıdır ki, buna robotik radikal prostatektomiya deyirlər. Ən minimal travma verməklə xəstəyə ən maksimal effektiv və üstün texnologiyanın istifadəsi ilə əməliyyat olunmuş olur. 

Bu əməliyyatların üstünlüyü nədir? Travma minimal olur, əlavə ağırlaşma riski minimal olur. Cari əməliyyatdan sonrakı sağalma prosesi çox sürətli və qısa olur və beləliklə də xəstələr daha yüksək səviyyəli tibbi xidmət almış ola bilərlər. 

Prostat xərçənginin qarşısı necə almaq olar?

Əlbəttə ki, hər kəsi maraqlandırır ki, neyniyək ki, olmasın prostat vəzi xərçəngi və yaxud da erkən mərhələdə bunun diaqnozunu necə qoyacağıq? O deməkdir ki, 45-50 yaşına gəlib çatan kişilər ildə bir dəfə mütləq ümumi check-up-dan keçməlidir. 

Bu check-up nədir? 

Sadəcə bir qan analizi ilə prostat spesifik antigen (PSA) müayinəsindən və bunun yanında sözsüz ki, bir sidik analizi, qan analizi, uroloju ultrasəs müayinəsindən keçməyə məcburdurlar. İldə bir dəfə bu müayinələrdən keçməklə özlərini kontrol altında saxlayacaqlar, uroloqun müayinəsindən keçməklə… Hər hansı bir şübhəli məqam varsa, vaxtında aşkarlanacaq, vaxtında diaqnoz qoyulub vaxtında həkimi tərəfindən müalicəyə ehtiyac duyulursa düzgün, gecikmədən, tələsmədən, vaxtında düzgün müalicə taktikası seçiləcək. 

Prostat xərçəngi gec aşkarlanarsa?

Deyək ki, hər hansı bir səbəbdən gecikmiş mərhələdə tapıldı xəstəlik, bu zaman müalicə nisbətən çətinləşir, ancaq yenə də müasir zamanda çox alternativ müalicə üsulları, inkişaf etmiş texnoloji və hər hansı bir digər radioloji və kimyaterapevtik müalicə üsulları olduğu üçün əlimizdə uroloqlar tərəfindən çox fərqli seçimlər var. 

Fərqli secimlər fərqli müalicə şansları, imkanları verir və bu müalicə şansları da xəstənin bəzən tam sağalmasına nail ola bilməsək də, ömrünü ciddi dərəcədə uzatmağa tamamilə nail ola bilirik. 

Prostat xərçəngi xəstəsi neçə il yaşayır?

Burada rəqəm vermək çox çətindir, amma xəstənin ümumi vəziyyətindən çox şey asılıdır. 

Prostat vəzi xərçəngi adətən yaşlı xəstələrdə rast gəlinir, yanaşı xəstəlikləri olur. Yanaşı xəstəlikləri olanlara da verilən dərmanların dozasını təkrar düşünmək lazımdır, təkrar analiz vermək lazımdır. Yanaşı xəstəlikləri olduğu üçün digər sahələrin həkimləri ilə məsləhətləşmələr lazım olur və s. Bu cür müayinələr bəzən normal, standart müalicə prosedurunu ləngidə bilir, gecikdirə bilir. 

Amma yanaşı xəstəliklər yoxdursa və gecikmiş mərhələdə olsa belə rahat, uzun müddət yaşaması təmin oluna bilir xəstənin. Yəni bir neçə ildən, bir neçə 10 ilə qədər hətta bəzi hallarda danışmaq mümkündür. 

Dos.Dr.Fikrət Əhmədov | Urologiya uzmanı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir