Prostat əməliyyatından sonra cinsi həyat
45-50 yaşlarında kişilərdə prostat böyüməsi, xoşxassəli hiperplaziyası səbəbi ilə, bəzən də prostat xərçəngi səbəbi ilə əməliyyata məcbur qaldıqları suallar yaranır.
Bu sualların əsas hissəsi odur ki, “Bundan sonra mən uşaq sahibi ola bilərəmmi?” və yaxud da daha çox onları maraqlandıran, “Bundan sonra mənim cinsi həyatım, cinsi fəaliyyətim necə olacaq?”
Burada əməliyyatın növünə, xəstəliyin növünə görə əməliyyatın həcmi, müdaxilənin növü dəyişdiyinə görə gedişat da dəyişir.
Prostatın xoşxassəli böyüməsi əməliyyatından sonra cinsi zəiflik olurmu?
Məsələn, qapalı prostat əməliyyatlarında xoşxassəli prostat böyüməsidirsə TUR-prostatektomiya və ya lazer prostatektomiya dediyimiz xoşxassəli prostat böyüməsi məqsədilə olan əməliyyat icra olunubsa, bu zaman əməliyyatdan sonra böyük ehtimalla və yaxud da bir çox hallarda sperma xaricə çıxmaya bilər cinsi əlaqə vaxtı. Çünki anatomik yollar dəyişir, yeni bir yol formalaşdırılır. Məqsəd də burada sidiyə rahat getməni təmin etmək, həyat keyfiyyətini yaxşılaşdırmaqdır.
Ancaq burada hər hansı bir sinirlərə toxunulmadığı üçün cinsi funksiyalarda hər hansı bir sinir mənşəli zədələnmə olmadığı üçün, damar mənşəli zədələnmə olmadığı üçün cinsi funksiyalarda hər hansı bir zəifləmə və pozğunluqdan söhbət gedə bilməz.
Sadəcə olaraq sözsüz ki, sidik və sperma daşıyıcı yollarda müəyyən dəyişikliklər yarandığı üçün spermanın çıxma prosesi dəyişə bilər, miqdarı azala bilər, miqdarı dəyişə bilər və bununla da uşaq düşünürsə bu xəstələr, uşaq sahibi olmaq üçün xüsusi əlavə müalicələrə ehtiyac duyula bilər.
Prostat xərçəngi əməliyyatından sonra cinsi zəiflik olurmu?
Söhbət prostat xərçəngindən gedirsə, məsələ bir az daha dəyişir. Bu zaman xüsusilə yenə prostat xərçəngi varsa xəstədə və xərçəng erkən mərhələdədirsə, xəstə gənc yaşındadırsa, “radikal cərrahiyyə” dediyimiz üsulla, prostatın tamamil götürülməsi üsulu ilə, istər robotla olsun bu əməliyyat, hansı ki, bugünkü gündə, dünyanın bütün inkişaf etmiş ölkələrində, hətta inkişaf etməkdə olan ölkələrində, hətta qonşumuz Türkiyədə bu standart bir haldır. Gürcüstanda belə robotik prostatektomiya əməliyyatı prostat xərçənginə görə icra olunur. Və bu prostat xərçəngi əməliyyatları içərisində ən müasir texnoloji yenilik və tibbi yenilikdir ki, bu əməliyyatda prostat tamamilə çıxarılır.
Və prostat və sidik-cinsiyyət yollarının anatomiyası ciddi dərəcədə dəyişilmiş olur. Bu mərhələdə müəyyən qədər sinirlərə də toxunulduğu üçün cinsi zəiflik də sperm çıxma prosesinin pozulması ilə birlikdə görülə bilər.
Bu zaman da sperm yolları pozulsa belə, cinsi zəiflik bu əməliyyatdan sonra sinirlərdə zədələnmə baş versə belə, müasir farmakoterapiya ilə, müasir preparatlarla çox hallarda müalicə oluna bilir, kontrol altına alına bilir.
Bəzi hallarda müalicə oluna bilmədiyi hallarda isə cərrahi üsullarla “penil protez” dediyimiz protezlər yerləşdirməklə yenə də cinsi funksiyaları bərpa etmək, əksər hallarda, demək olar ki, bütün hallarda mümkün olur.
Uşaq sahibi olmaq istəyəcəksə həmin şəxslər əlavə müalicələrə və yaxud da süni mayalanma üsullarına ehtiyac ola bilir.
Yenə də normal sperma yaranma prosesi gedir sadəcə yollarda dəyişiklik yarandığı üçün onun xaric olma prosesi dəyişilə bilir.