sidik kanali darligi

Kişilərdə sidik kanalı darlığı

Deməli, sidik kanalı darlıqlarından danışmışkən, xüsusilə, kişi cinsində olan sidik kanalı problemləri haqqında danışmaq əhəmiyyət kəsb edir. Belə ki, sidik kanalı kişilərdə də həmçinin sidik kisəsindən sidiyi xaric edən bir kanaldır, ancaq qadınlardakından fərqli olaraq burada sidik kanalının üzərində prostat vəzi yerləşir və bu, əlbəttə ki, bir çox problemlərin yaranmasına, yaş artdıqca xüsusilə səbəb olur. 

Bununla bərabər sidik kanalı kişilərdə qadınlardakından xeyli uzun olduğu üçün problemlərin yaranma ehtimalı da qadınlarla müqayisə edildiyində daha çox tez-tez rast gəlinir. 

Kişilərdə sidik kanalı darlığının yaranma səbəbləri

Kişi cinsində sidik kanalının darlıqları hər yaşda rast gəlinə bilir. 

Belə ki, buna səbəb xarici travmalar, sidik kanalının böyük bir hissəsi kişilərdə xaricdə olduğu üçün xarici travmalar və yaxud da hətta qapalı əməliyyatlarda baş verən endoskopik müdaxilələr zamanı, kateter taxılması proseslərində travmatik keçən müdaxilələr sidik kanalındakı, travmalar və darlıqlara gətirib çıxara bilir. 

Bundan başqa sidik yolu infeksiyaları, cinsi yolla keçən infeksiyalar… Bu cür iltihabı infeksion proseslər də sidik kanalında iltihab yaradıb düzgün getməyən müalicələr aparılarsa, darlıqlara səbəb ola bilər. 

Bundan əlavə yenə kişilərdə sidik kanalı darlıqları, bəzən prostat vəzi xəstəlikləri ilə birlikdə də görünə bilər. Belə ki, prostat vəzi yaşa bağlı olaraq təbii olaraq böyüyür və böyüdükcə kanalı daralda bilir və yaxud da prostat vəzində yaş irəlilədikcə xərçəng xəstəliyi görülə bilər. Bu bəzən sidik kanalı darlığı əlamətlərinə bənzər əlamət verib həkimi və xəstəni çaşdıra bilər, yanılda bilər. 

Eyni zamanda keçirilmiş prostat vəzi əməliyyatları istər açıq olsun, istər qapalı yolla aparılmış cərrahi müdaxilələrdə gələcəkdə sağalma prosesi düzgün getməzsə, kanalın daralmasına gətirib çıxara bilir. 

Bütün bunları nəzərə alanda kişilərdə sidik kanal darlığına nisbətən çox rast gəlinir və qadınlarla müqayisə etdikdə daha ağır gedişli olur. 

Kişilərdə sidik kanalı darlığının əlamətləri

Şikayətləri isə yenə də, kişilərin də həmçinin tez-tez sidiyə getmə, çətin sidiyə getmə, xüsusilə sidiyin axınının, şırnağının zəif olması, sidiyə getmə prosesində xüsusi əlavə gücün tətbiqinə ehtiyac olması kimi əlamətlərlə özünü göstərir. 

Qalıq sidik burada da çox vaxt qalır və bu şəxsi çox, xəstələri çox narahat edir. Eyni zamanda sidikdə qanama və yenə qalıq sidiyin infeksiyalaşması zamanı sidik kisəsində daş və yaxud da infeksion prosesin qoşulması ilə sidik yolu infeksiyaları, prostatit əmələ gəlməsi, yüksək temperatur, sidikdə qan, ürəkbulanma, qusma kimi toksik əlamətlər də ağırlaşmış hallarda özünü göstərə bilir. 

Kişilərdə sidik kanalı darlığının diaqnozunun qoyulması

Diaqnostikasına gəldikdə, yəni diaqnozu yenə sidiyin ümumi analizi, qan analizləri və xüsusilə ultrasəs müayinəsi. 

Burada ultrasəs zamanı prostat vəzinin ölçüsünün ölçülməsi şərtdir. 

Eyni zamanda sidiyə getdikdən sonra qalıq sidiyin olub-olmamağı əhəmiyyət kəsb edən diaqnostik müayinə üsullarıdır. 

Qadınlarda da olduğu kimi urofloumetriya testi diaqnozun qoyulmasında çox əhəmiyyətli rol oynayır. Belə ki, sidik kisəsi dolu ikən işəmə prosesi zamanı urofloumetriya sidiyin axın sürətini və gücünü ölçür, işəmə miqdarını ölçür və buna görə işəmənin sürət və axın gücünə görə urofloumetriyanın verdiyi qrafikaya görə, cədvələ görə, həkim sidik kanalında darlığınmı, yoxsa nevrogen bir problem, yoxsa prostat vəzinə bağlı bir problemin olduğunu aydınlaşdırır. Bəzi hallarda darlığın səviyyəsinin və yerinin daha da dəqiqləşdirilməsi üçün bəzi kontrastlı rentgenoqrafik müayinə üsulları dediyimiz uretroqrafiya müayinə üsullarına belə ehtiyac olur ki, darlıq ciddi dərəcədədirsə, artıq növbəti mərhələ müalicə mərhələsinə keçilir. 

Kişilərdə sidik kanalı darlığının müalicə üsulları

Müalicə mərhələsi yenə darlığın şiddətindən asılı olaraq kiçik həcmli, yüngül dərəcəli darlıqlarda buji və ya kateterlə sadəcə genişlənmə əməliyyatının icra olunması kifayət olur. Ancaq ciddi darlıqlarda, qapalı endoskopik müdaxilələr və hətta bəzi hallarda açıq cərrahi korreksiyalar, bərpaedici cərrahi əməliyyatlara belə ehtiyac olduğu hallar olur. 

Yenə qadınlarda olduğu kimi kişilərdə də darlıqlar təkrarlanmaya meylli olur. Hətta qadınlardan fərqli olaraq daha qısa müddətdə təkrarlamağa meyilli olduğu üçün həkimlər vaxtaşırı profilaktik tədbirləri tövsiyə edirlər. Bunlara vaxtaşırı kateterizasiya kimi və ya digər üsullar kimi tədbirlər göstərilə bilər.

Dos.Dr.Fikrət Əhmədov | Urologiya uzmanı

One comment on “Kişilərdə sidik kanalı darlığı

  1. Pingback: Qadınlarda sidik kanalı darlığı - Megapol Sağlamlıq Mərkəzi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir