Qrip müalicəsində antibiotik istifadəsinin yeri
Fəsil dəyişməsi baş verir, yəni isti havalar artıq yekunlaşıb. Havalar tədricən soyumağa başlayır. Təbii ki, bu havalarda, adətən, həmişə olduğu kimi bəzi xəstəliklər, o cümlədən virus mənşəli xəstəliklərin artması, yayılması, inkişaf etməsi baş verir.
İnsanlar bu xəstəliklər içərisindəən çox tanıdığı, bildiyi kəskin virus xəstəliyi qrip xəstəliyidir.
Qrip xəstəliyinin məlumdur ki, öz kliniki gedişatı var, öz əlamətləri var, öz dövrü var. Yəni müəyyən standartlar çərçivəsindədir bunlar. Ancaq çox təəssüf ki, bu xəstəliyin müalicəsində hələ də bizdə çox ciddi problemlər var. Yəni insanlar bu qrip xəstəliyinin, virus xəstəliklərinin müalicəsində bəzən ciddi yanlışlıqlara yol verirlər ki, hansı ki, bu da sonradan bir sıra fəsadlara gətirib çıxarır.
Əsasən, qrip xəstəliyinin müalicəsində bizim çox sıx şəkildə rastlaşdığımız səhv xəstəliyin, demək olar ki, ilkin dövründən başlayaraq antibiotiklərin qəbuludur.
Biz həmişə bu barədə danışırıq və bir daha təkrar etmək lazımdır ki, birmənalı olaraq bilinməlidir ki, qripin başlanğıc dövründə əgər bu belə deyək də, qrip xəstəliyidirsə, bunun başlanğıc dövründə antibiotiklərin qəbulu, yolverilməzdir.
Çünki məlumdur ki, qrip xəstəliyi virus xəstəliyidir. Yəni virus mənşəli xəstəlikdir. Viruslara isə antibiotiklər qətiyyən təsir eləmir. Əksinə bu dövrdə, yəni qrip xəstəliyinin ilkin günlərindən antibiotiklərin qəbulu bir sıra fəsadlara, bəzən isə ciddi fəsadlara yol açır və hətta bu fəsadlar insanların bütün ömrü boyu onları izləyir, onlara problemlər yaradır.
Lazımsız antibiotik qəbulunun fəsadları
Əsas fəsadlar nədir? Birinci növbədə, təbii ki, allergik xəstəliklər ola bilər. Yəni müəyyən allergik reaksiyalar ola bilər.
Bundan başqa, həmin antibiotiklərin mədə-bağırsaq sisteminə ciddi təsiri ola bilər. Yəni bağırsaq sistemində olan saprofitlərin məhvinə səbəb olur ki, bunların bərpası bəzən çox uzun müddət tələb edir və bəzən plansız şəkildə və çox sıx şəkildə qəbul olunan antibiotiklər hətta sonradan disbakterioza səbəb olur ki, hansı ki, disbakterioz artıq bu insanı bütün ömrü boyu izləyir, həmişə ona problemlər yaradır mədə-bağırsaq sistemində.
Bundan başqa qaraciyərdə çox ciddi metabolitik problemlər yaradır antibiotiklər, böyrək sisteminə çox ciddi problemlər yaradır. Qan yaradıcı sistemlərdə. Biz həmişə fikir veririk antibiotik qəbulundan sonra qan yaradıcı sistemlərdə bir sıra ciddi dəyişikliklər olur və onlar müəyyən müddət sonra bərpa olunur. Yəni qanın müəyyən elementlərində azalma, bəzən kəskin artma və sonradan bunun müəyyən orqanizmə problemləri yaranır. Buna görə də qrip xəstəliyində antibiotiklərə dərhal başlamaqqətiyyən yol verilməzdir.
Hansı hallarda antiboitik qəbul olunur?
Bəs hansı halda bu antibiotiklərin təyini məsləhətdir?
Yalnız qrip xəstəliyi, belə deyək ki, öz dövrünü başa vurduqdan sonra məlumdur ki, bu xəstəliyin inkişafı, yəni virusların inkişafı təqribən 3, 4, 5 gün müddətində olur və əsasən bu müddətdə, yəni 5 gün müddətində artıq bu xəstəliyin əsas simptomları səngiməyə başlayır və sağalma prosesi baş verir.
Bəzən isə olur ki, orqanizmdə immun sisteminin zəifləməsi nəticəsində və yaxud yanaşı xəstəliklərin olması nəticəsində qrip viruslarının sonradan bəzi iltihabi xəstəliklərin yaranmasına səbəb olur. Deyək ki, bronxit, pnevmoniya, sinusit, haymorit və s. Bəzən hətta ola bilər ki, böyrək sistemi xəstəliklərində hansısa piyelonefrit yarada bilər və digər iltihabi xəstəliklər.
Bax, bu hallarda antibiotiklərin təyini artıq mütləqdir. Yəni yalnız bu hallarda əgər bu hansısa fəsadlar veribsə, ağırlaşma veribsə, bu hallarda artıqantibiotiklərin təyininə başlamaq olar.
Antibiotiklərin növləri
İkinci bir məsələ: “Hansı antibiotiklərin qəbulu?”
Bu da olduqca ciddi məsələdir. Antibiotiklərin çeşidləri olduqca çox genişdir. Antibiotiklərin müxtəlif molekulları var və onların hər birinin öz işlənmə yeri var, hər birinin öz təsir yeri var. Buna görə də deyək ki, bir dəfə xəstələnib antibiotik təyin olunub yaxşı effekt veribsə, bu o demək deyil ki, ikinci dəfə də bu verəcək.
Və yaxud da kimdəsə antibiotik yaxşı effekt veribsə, bu o demək deyil ki, başqa bir şəxsdə də bu yaxşı effekt verəcək. Yəni hər bir antibiotikin öz işlənmə yeri var.
Antibiotiklərin dozalanması
Bundan əlavə, antibiotikin dozalanması məsələsi var. Yəni onun hansı dozada və hansı vaxtlarda verilmə…
Deyək ki, antibiotiklər bəzən var, 6-8 saatdan bir, 12 saatdan bir, sutkada bir dəfə verilmələr var. Bəzən çox yersiz halda antibiotiklər işlənir. Bəzən isə biz rastlaşırıq ki, hətta sistem formasında, yəni damcı üsulu ilə təyin olunan antibiotiklər, vena daxilinə təyin olunan antibiotiklər, hansıki, biz bunu çox az az hallarda, nadir hallarda, çox ciddi ağırlaşmalar olduğu hallarda təyin edirik.
Lakin çox təəssüf ki, son vaxtlar adi qripin başlanğıcında artıq həmin venadaxili antibiotiklər təyin olunur. Biz bunun fəsadlarını koronavirus pandemiyası dövründə çox gördük. Yəni lazımsız halda, yersiz halda, xəstəliyin ilkin dövründən olaraq venadaxili antibiotiklərin təyini sonradan bir sıra çox ciddi fəsadlar hətta bu gün də davam edən müəyyən fəsadlar yaratdı və insanlar çox uzun müddət bu problemlərlə yaşayırlar.
Antibiotiklərin uşaqlara təyini
Başqa bir məsələ antibiotiklərin uşaqlara virus xəstəlikləri zamanı təyinidir.
Bu da olduqca ciddi bir problemdir. Praktiki olaraq həkimlə məsləhətləşmədən, həkimin təyinatı olmadan uşaq evdə xəstələnən kimi, burnu axan, temperaturu olan kimi antibiotik terapiyasına başlanılır.
Uşaqlar da təbii ki, bütün orqanlar, xüsusilə də, mədə-bağırsaq sistemi olduqca zərifdir. Və həmin antibiotiklər uşaqlara praktiki olaraq bağırsaq sistemində sağalmaz problemlərə səbəb olur ki, gələcəkdə disbakteriozun yaranmasına, kalit xəstəliyinin yaranmasına və digər xəstəliklərin yaranmasına səbəb olur.
Bugünkü, demək olar ki, gənclərimizin xeyli hissəsində məhz mədə-bağırsaq probleminin olması, onlarda uşaqlıq dövründə plansız şəkildətəyin olunmuş antibiotik terapiyanın fəsadıdır. Bunu qəti olaraq demək olar.
Gərəksiz vitaminlərin, venadaxili dərmanların qəbulu
Bundan başqa, təkcə antibiotik terapiyası yox, bəzən, yəni yeri gəlmişkən, bunu demək lazımdır. İnsanlarda təyinat olmadan lazımsız yerə, plansız yerə hansısa dərmanların qəbulu, xüsusən də hətta sistem şəkilli venadaxili dərmanların qəbulu olur. Yəni ümumiyyətlə yolverilməzdir. Yəni bu həkim təyinatı ilə olmalıdır.
Bəzən hətta biz rastlaşırıq ki, insanlar özbaşına olaraq vitaminlər qəbul edirlər. Vitaminlər, əlbəttə, insan orqanizmi üçün olduqca vacib bir komponentdir. Amma vitaminlərin özlərinin də ciddi əks göstərişləri var, ciddi fəsadları var. Hansısa vitaminin hansısa xəstəlik zamanı istifadəsi əks göstərişdir. Məsələn, şəkərli diabet xəstələrində, onkoloji xəstələrdə, arterial hipertenziyalı xəstələrdə hansısa vitaminlərin təyini praktiki olaraq əks göstərişdir. Buna görə də bu dərmanların da qəbulu yalnız və yalnız həkim təyinatları əsasında olmalıdır.