Qaraciyər piylənməsi
Bizi tibb işçiləri olaraq, həkimlər olaraq son vaxtlar çox ciddi narahat edən bir məqam haqqında mən danışmaq istərdim. Bu da qaraciyər piylənməsidir. Daha çox narahat edən odur ki, qaraciyər piylənməsi son dövrlərdə kifayət qədər bir növü “cavanlaşıb”. Biz vaxtilə bu halları deyək ki, 40 yaşdan sonra görürdüksə, son vaxtlar praktiki olaraq müayinədən keçən demək olar ki, əksər gənclərdə 20 yaş, 22, 25, 30 yaşa qədər gənclərdə qaraciyər piylənməsini biz müşahidə edirik.
Qaraciyərin əsas funksiyası
Qaraciyər, məlum olduğu kimi, insan orqanizmində 5 həyati vacib orqanlardan biridir. Qaraciyər orqanizmdə olduqca geniş funksiyaya malikdir, geniş fəaliyyət göstərən bir orqandır. İnsanın qəbul etdiyi bütün qida maddələri mədə və bağırsaqdan qana sorulduqdan sonra birbaşa qaraciyərə gedir və qaraciyərdə müəyyən parçalanmalar, lazımi orqanlara istiqamətlənməsi baş verir. Buna görə də bizim qəbul etdiyimiz bütün qidalar demək olar ki, qaraciyərdə bir növü çıxdaş olunur. Bu səbəbdən qaraciyərdə olan bütün proseslər bizim qəbul etdiyimiz qidalardan asılı olur.
Qaraciyər piylənməsinin fəsadları
Qaraciyər piylənməsi belə deyək ki, insanın səssiz cəlladıdır. Çünki müəyyən dövrdən sonra artıq bütün orqanizmdə özünü mənfi tərəfdən büruzə verir və bir çox geri dönməz xəstəliklərin yaranmasına səbəb olur. Qaraciyər adətən piylənməsi təqribən 5%- ə qədər piylənmə bir növü təbii hesab olunur. Lakin bundan sonra artıq artıq piylənmə patoloji hal kimi qeydə alınır.
Qaraciyər piylənməsinin əsas səbəbləri təbii ki, birinci növbədə qəbul olunan qidadır, ikincisi isə həyat şəraitidir.
Qəbul olunan qidalar adekvat olmadıqda, yəni normal qidalar olmadıqda, həddən artıq çox yağlı qidalar qəbul etdikdə, konservləşdirilmiş qidaların qəbulu zamanı, yarımfabrikat qidalar, fast food yeməklər zamanı qaraciyər daha çox yüklənir, daha çox zədələnir. Yəni bu cür qidalar qəbul edildikdən sonra həmin yağlar, xüsusən də nəzərə alsaq ki, qəbul olunan yağların xeyli hissəsi keyfiyyətsiz yağlar olur, bunlar qaraciyərdə anormal formada yığılır.
Qaraciyərin zədələnməsi
Qaraciyərdə, ümumiyyətlə, yağların yığılması haradasa müəyyən qədər təbii haldır. Qəbul olunan yağların müəyyən hissəsi enerji şəklində orqanizmin fəaliyyət göstərməsi üçün istifadə olunur, müəyyən hissəsi isə qaraciyərdə bir növü ehtiyat formasında qalır. Amma bu ehtiyat kəskin şəkildə çoxaldıqda bu artıq xəstəliyə çevrilir.
Qaraciyərin hüceyrələrində və hüceyrə arasında yağlar yığılmağa başlayır, nəticədə qaraciyərin öz funksiyasını yerinə yetirməsinə imkan vermir. Bunun da nəticəsində tədricən qaraciyər hüceyrələri zədələnməyə başlayır.
Qaraciyər özünü bərpa edə bilir
Nəzərə almaq lazımdır ki, qaraciyər hüceyrələri özləri özlərini bərpa etmək qabiliyyətinə malikdir. Yəni zədələnən hüceyrələr sonradan tədricən bərpa olunur. Lakin bu zədələnmələr təkrar olduqda və ya kəskin şəkildə çox olduqda artıq bunların bərpa olunması mümkün olmur. Artıq qaraciyər hüceyrələrinin zədələnməsi bir növü geriyə dönməz bir hal alır. Bunun da nəticəsində çox ağır xəstəlik sayılan sirroz xəstəliyi başlayır. Və məlumdur ki, sirroz xəstəliyi qarşısıalınmaz bir xəstəlikdir. Buna görə də insanlar qidalanma məsələsinə çox ciddi olaraq fikir verməlidirlər.
Qaraciyər üçün pəhriz
Həddən artıq çox yağlı yeməkləri azaltmaq lazımdır. Birdən birə çox qida qəbulunu azaltmaq lazımdır. Duzlu yeməkləri, xolesterinlə zəngin olan yeməkləri kəskin şəkildə azaldılmalıdır.
Yeməkdən sonra gəzmək lazımdır
Qaraciyərin piylənməsinin ikinci əsas səbəbi isə həyat tərzidir. Təbii ki, söhbət oturaq həyat tərzindən gedir. Son dövrlərdə məlumdur ki, texnoloji inkişaf nəticəsində insanlar daha çox öz işlərini oturaq şəraitdə görürlər. Bu isə insanda demək olar ki, əksər orqanların, o cümlədən də qaraciyərin yüklənməsinə, fəaliyyətinin azalmasına səbəb olur. Buna görə də daim tövsiyə edirik insanlara ki, yeməkdən sonra hökmən gəzmək lazımdır. Xüsusilə axşam yeməyindən sonra gəzintiyə çıxmaq lazımdır. Yəni yerimək lazımdır. Təqribən gün ərzində 8-10 kilometrə qədər piyada gəzmək lazımdır.
Qaraciyərin qorunması üçün dediyimiz kimi, əsas vasitələrdən biri daha çox piyada gəzintisi, ikincisi isə müəyyən qidalardan maksimum dərəcədə imtina, imkan daxilində həmin qidaların azaldılmasıdır.