Ünvan
Nizami Nərimanov küç. 75
İş saatlarımız
B.e - Şənbə: 09:00 - 18:00

Sağlam gələcəyin fundamenti körpə vaxtlarından qoyulur və ana südü ilə başlayır. Buna görə də körpə doğulduğu andan başlayaraq gələcək sağlamlığı üçün mütəmadi həkim təqibində olmalıdır. Böyüməkdə olan uşaq orqanizminin xüsusiyyətləri, yaşla bağlı dəyişiklikləri, uşağa qulluq, eləcə də uşaqlarda rast gəlinən xəstəliklərin gedişini pediatriya şöbəmiz tərəfindən həyata keçirilir. Belə ki, Körpələrin fiziki, sosial və psixoloji inkişafı mərkəzimizdə qiymətləndirilir və pediatriya şöbəmiz tərəfindən uşaqların yeni doğulan vaxtdan 18 yaşınadək olan dövrdə  yaranan narahatlıqlar, orqanizmində baş verən dəyişikliklər, rast gəlinən xəstəliklər üzrə müayinə və müalicə işləri görülür.  Pediatriya şöbəmizdə ən vacib hədəflərimizdən biri, körpə inkişafında ana südünün əhəmiyyətini unutdurmamaqdır.

Pediatriya şöbəmizdə aşağıdakı xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir: 

  • Uşaqlarda sümük əzələ sistemi xəstəlikləri
  • Uşaq infeksion xəstəlikləri (qızılca, məxmərək, su çiçəyi, təbii çiçək, parotit və s.)
  • Raxit
  • Zökəm
  • Skarlatina
  • Göyöskürək
  • Diatezlər
  • Spazmafiliya
  • Qurd invaziyası
  • Körpələrdə tər suluqları və bişməcələr