Ünvan
Nizami Nərimanov küç. 75
İş saatlarımız
B.e - Şənbə: 09:00 - 18:00

Ürək, bədənimiz yaranarkən ana bətnində hərəkətə keçən ilk orqanımızdır. Körpənin ürəyi ana bətnində 6-cı həftədən etibarən atmaya başlayır. Digər orqanlar ürək və damar sistemi ətrafında formalaşmağa davam edər.

Ürək təxmini dəqiqədə 70, gün ərzində isə 104.000 və ildə 38 milyon dəfə açılıb yığılaraq içindəki qanı vücudumuza pompalayır. Koronar ürək damarları adlandırılan damarlar isə fəaliyyət göstərə bilməsi üçün ürəyi qidalandırır. Koronar damarlarda ürəkdən bədənə qan yayan ana aort damarlarda və kapilyarlarda zamanla yaranan tıxanmalar nəticəsində ortaya çıxan xəstəliklərə ürək və damar xəstəlikləri deyilir. Bəzən ürəyi qidalandıran damarlarda ya da qapaqlarda , bəzən də ürəyin gözlənilməz bir yerində yaranan kiçik bir problem ciddi həyati təhlükə yarada bilər. İstər dünyada, istərsə də ölkəmizdə ölüm səbəblərinin başında ürək və damar xəstəlikləri dayanır.

Ən çox rast gəlinən ürək damar sistemi xəstəlikləri bunlardır:
Koronar arterial xəstəlikləri
Ürək qapağı xəstəlikləri
Aort anevrizması

Ürək-damar xəstəliklərinin də sürətlə artmasının başlıca səbəbləri pis vərdişlər və bu haqda ümumi məlumatsızlıqdır.

Yaratdığı ciddi sağlamlıq problemlərinə bağlı olaraq erkən diaqnozun qoyulması çox önəmli olan ürək damar sistemi xəstəliklərinin diaqnostikası, müayinə və müalicəsi ixtisaslaşmış həkimlər tərəfindən həyata keçirilir.

Kardiologiya şöbəmizdə icra edilən müayinələr:
Elektrokardioqramma-EKQ
Exokardioqrafiya-EXO-KQ
Fiziki yük sınağı (stress test)
Holter manitorinqi