Hamiləlikdə ultrasəs müayinəsi
Hamilələrdə ultrasəs müayinəsi, erkən hamiləlik müayinəsi adlandırdığımız 6 -11-ci həftələr arasında aparılan müayinə ilə başlayır.
Bu müayinə zamanı biz hamiləliyin gerçək həftəsini təyin edirik, eyni zamanda bundan başqa hamiləliyin uşaqlıq daxilində və ya ektopik (uşaqlıqdankənar) olduğunu, hamiləlik kisəsini, desidual təbəqəni, “yolk sac” adlandırdığımız sarı kisəni dəyərləndiririk. Bundan başqa əgər anamnezdə keçirilmiş keysəriyyə əməliyyatı varsa, çapıq nahiyəni, “Scar hamiləliyidirmi, deyilmi?” bunu da təsbit edə bilirik.