Son zamanlar yayılmış infeksion xəstəliklər
Bu gün pediatrlara müraciətin əksəriyyəti, 50 faizdən yuxarı səbəbləri yuxarı tənəffüs yollarının xəstəlikləri ilə bağlıdır.
Son dönəmlərdə havaların isti keçməsinə rəğmən virus xəstəliklərinin heç də azalmadığını, əksinə daha çoxaldığının şahidi oluruq. Belə ki, virus mənşəli xəstəliklər, yüksək temperatur (39 dərəcədən yuxarı temperatur), kəskin boğaz ağrısı, halsızlıq şikayətləri ilə müraciət edən xəstələrin sayı həddən artıq artıbdır.
Üzümü tutub o valideynlərə demək istəyirəm ki, uşaqlarınızda olan hər hansı bir narahatçılıq falan görürsünüzsə: temperatur, halsızlıq, iştahsızlıq, uşağın gündəlik həyatından fərqli sizi narahat edəcək nə isə varsa, mütləq şəkildə pediatra müraciət eləsinlər. Özü müalicə ilə məşğul olmasınlar.
Çünki dövrümüzün bəlası olan antibiotik özbaşına istifadə olunanda uşağa xeyirdən qat-qat çox zərər verir. Bu viruslarda isə ümumiyyətlə, antibiotikin orqanizmə ziyanı yox, orqanizmin immun sistemini çökdürdüyü bildirilir.
Belə ki, valideynlər, şahidi olduğumuz halları danışıram ki, valideynlər pnevmoniya ilə gətirir uşağı yanımıza və deyir ki: “Ay doktor, heç nəyi yox idi, qəfildən oldu.”
Anamnez toplarkən məlum olur ki, uşaq 10-14 gün əvvəl, 2-3 gün qızdırıb, halsız olub, tək-tək öskürək olub. Və valideyn özbaşına qonşunun məsləhəti ilə, evdə nənənin məsləhəti ilə, aptekdə filankəsin məsləhəti ilə bir neçə dərman verib, 2-3 gün remissiya əldə edib sakitləşib və arxayın olub ki, artıq uşaq sağlamdır. Və nəticə 14 gün sonra uşaqda pnevmoniya.
Belə vəziyyətlərə gəlib çıxmamaq üçün dəfələrlə dediyimiz kimi yalnız, yalnız pediatrınıza müraciət edin, uşaqların qayğısına qalın, uşaqları özünə müalicəilə məşğul olmayın. Çünki hal-hazırda dediyimiz bu viruslar daha ağır xəstəliklərə gətirib çıxarda bilir. Yəni pnevmoniya mənim dediyim ən yüngül formalarından biridir.
Nəzərə alsaq ki, uşaq orqanizmi daha həssasdır, uşaq orqanizmi qurulma dövründədir, bunu zədələməyə heç kəsin ixtiyarı yoxdur və valideynlərin iş birliyi pediatrlarla sıx olsa məncə, daha uyğun olar.