Holter monitorinqi
Holter monitorinqi və ya EKQ-nin sutkalıq monitorinqi elektrofizioloji instrumental müayinə metodudur.
Müayinə ağrısız və qansızdır.
Holter müayinəsi aşağıdakı xəstələr üçün tətbiq olunur:
- Aritmiyalı xəstələr – ürək nahiyəsində anormal atımlar hiss edən, tez-tez ürək döyünməsi olan, QT-nin uzanması sindromu olan, VPV sindromu olan, səbəbi tapılmayan ürəkgetməsi olan xəstələr
- Miokardin isemiyası olan xəstələr – Sinəsində ağrı olan, stenokardiyalı, miokard infarktı keçirmiş xəstələr, ürək çatışmazlığı olan xəstələr
- Arteriyal hipertenziyalı xəstələr – əsasən sol mədəciyin hipertrofiyası olan arteriyal hipertenziyalı xəstələr
Müayinə eyni zamanda qeyd olunan hallarda da istifadə olunur:
- Miokard infarkt, sol mədəciyin ağır çatışmazlıqları, Dilatasion kardiomiopatiyalar, mitral stenoz kimi xəstəliklər zamanı həyati təhlükəsi olan aritmiyaların mövcud olma ehtimalı üçün profilaktik məqsədlə aparılan Holter müayinəsi
- Ürək əməliyyatı öncəsi
- Xəstədə olan elektrostimulyatorlarin fəaliyyətini qiymətləndirmək üçün
- Antiaritmik, antianginal müalicənin effektivliyini qiymətləndirmək üçün