
Dr.Orxan Eyyublu tibb təhsilini başa vurduqdan sonra DV Onurğa Mərkəzində (2014-cü ildən) həkim-vertebroloq, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Sanatoriyasında (2015-2022) və Mayomed Fizioterapiya və Reabilitasiya Mərkəzində (2022-2024) həkim-manual terapevt, fizioterapevt kimi fəaliyyət göstərmişdir. 2022-ci ildən isə, o, Pirallahı Tibb Mərkəzində PHŞ Fizioterapiya şöbə müdiri olaraq işləyir.
Ölkəmizdə, eləcə də bir sıra xarici ölkələrdə elmi-praktiki konfranslar, seminarlar və kurslarda iştirak etmiş, “Bel nahiyəsində ağrıların konservativ müalicəsinə dair müasir yanaşmalar” adlı klinik tövsiyə nəşr etdirmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası tərəfindən Dr.Orxan Eyyubluya Fizioterapiya və tibbi bərpa ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən “Sertifikasiya Şəhadətnaməsi” (AH №036245) təqdim olunmuşdur.
Dr. Orxan Eyyublu 2025-ci ildən Megapol Sağlamlıq Mərkəzində həkim fizioterapevt, vertebroloq kimi fəaliyyətini davam etdirir.