dr aygun musayeva usaq endokrinoloqu

Uşaq endokrinoloqu Dr.Aygün Musayeva Azərbaycan Tibb Universiteti məzunudur. O universitetin II Uşaq xəstəlikləri kafedrasında “Pediatriya” ixtisası üzrə rezidentura təhsilini bitirərək mütəxəssis həkim-pediatr ixtisasını alıb. Hazırda doktorantura pilləsində elmi-tədqiqat işləri aparır.

Rezidenturanı başa vurduqdan sonra Dr.Musayeva özəl və dövlət xəstəxanalarında mütəxəssis həkim-pediatr kimi çalışıb, yanaşı olaraq uşaq endokrinoloji xəstəlikləri olan uşaqları müayinə və müalicə edib.

Türkiyədə Gazi Universiteti və Ondokuz Mayıs Universitetlərində uşaq endokrinologiyası üzrə təkmilləşmə kursları keçib, eləcə də bir sıra Avropa ölkələrinin təşkil etdi online kurslara qoşularaq müvafiq sertifikatlarla təltif olunub. 2019-cu ildən Avropa Uşaq Endokrin Cəmiyyətinin üzvüdür.

Dr.Aygün Musayeva 2024-cü ilin yanvar ayından Megapol Sağlamlıq Mərkəzində uşaq endokrinoloqu olaraq fəaliyyətini davam etdirir.

İş təcrübəsi

    • 2021-2023-cü illər ərzində Yeni Klinika və Respublika Klinik Xəstəxanalarında,
    • 2022-ci ildən Sağlam Ailə tibb mərkəzində,
    • Yanvar, 2024-cü ildən Megapol Sağlamlıq Mərkəində mütəxəssis həkim-pediatr olaraq uşaq endokrinoloji xəstəliklərinin müayinə və müalicəsi ilə yaxından məşğul olmaqdadır

Təhsili

  • 2011-2017, Azərbaycan Tibb Universitetinin II Müalicə İşi fakultəsi (bakalavr)
  • 2017-2021, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrası (rezidentura)
  • 2022-hazırda Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrası (doktorantura) 
  • Dissertasiya işinin mövzusu “Qızlarda vaxtından əvvəl həqiqi cinsi inkişafın diaqnostikası və müalicəsində genetik markerlərin və neyropeptidlərin rolu”

Kurslar

  • 03.12.2018-21.05.2019, Türkiyənin Samsun şəhərində 19 Mayıs Universiteti Tibb fakultəsi  / Uşaq sağlamlığı və xəstəlikləri kafedrasında Endokrinoloji poliklinika və servis şöbələrində təkmilləşmə kursu
  • 01.04.2021-20.08.2021, Türkiyənin Ankara şəhərində Gazi Universiteti Tibb fakultəsi / Uşaq sağlamlığı və xəstəlikləri kafedrasında Endokrinoloji poliklinika və servis şöbələrində təkmilləşmə kursu
  • 26.10.2022-30.10.2022, Türkiyənin Antalya şəhərində XXVI. Ulusal Pediatrik Endokrinoloji və Diabet kongresi 
  • 22.12.2022 tarixində Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatlığında Endokrinologiya kursu
  • 23.10.2023-27.10.2023 Avropa Endokrin Cəmiyyətinin Birləmiş Krallıqda online təşkil etdiyi Avropa Endokrin Cəmiyyətinin təhsildən sonra 32-ci Klinik Endokrinologiya, Diabet və Metabolizma treyninq kursu (32nd ESE Postgraduate Training Course in Clinical Endocrinology, Diabetes and Metabolism 2023 online) 
  • 13.03.2023 Virtual College tərəfindən təşkil edilmiş Məktəb və başqa sahələrdə Tip 1 Diabet haqqında maarifləndirilmə: irəli dərəcə (An Awareness of Type 1 Diabetes in Schools and Other Settings: advanced level) kursu

Üzv olduğu qurumlar

      • 2019-cu ildən Avropa Uşaq Endokrin Cəmiyyətinin üzvüdür.
  •