Megapol Sağlamlıq Mərkəzi
Megapol Sağlamlıq Mərkəzi həkim-pasiyent münasibətlərində yeni dövrə başlamaq məqsədilə 2019-cu il, may ayında fəaliyyətə başlamışdır.
Kardiologiya, pediatriya, stomatologiya, terapiya, dietologiya, laboratoriya, USM, psixologiya üzrə xidmət göstərən Megapol Sağlamlıq Mərkəzində hər bir müraciətçiyə individual yanaşılır. Canlı növbə olmadan (təcili müraciətlər istisna olmaqla) həkim qəbuluna gələn şəxslərin sağlamlıq vəziyyətləri nəzarət altında saxlanılaraq sonadək təqib edilir. Mərkəzimizin həkimləri tərəfindən sağlamlıqla bağlı bütün suallar həm canlı, həm də onlayn şəkildə cavablandırılaraq, müraciətçi müvafiq istiqamətlərdə yönləndirilir.
Sağlamlıqla bağlı narahatlıqlar, gözlənilməz sağlamlıq problemləri ilə müraciətçilərin xidmətində olan Megapol Sağlamlıq Mərkəzinin əsas məqsədi bədən və ruh sağlamlığınızı qorumaq, müalicə etmək, sağlamlıqla bağlı öyrədici və yönləndirici xidmət göstərməkdir.