polikistoz

Polikistoz yumurtalıq sindromu

Həkim olaraq çalışdığımız müddətdə dəfələrlə görürük ki, ginekoloji problemlərin içində ən aktualı olan polikistoz yumurtalıq sindromudur.

Qız uşağı anaları “el qınağına” görə bəzən ginekoloqa müraciət etməkdən çəkinirlər. Yəni loru dildə desək: “Qonşu nə deyər, qohum nə deyər?”, “Bu qızı niyə ginekoloqa apardın?” qınağından çəkinirlər.

Bu kimi mövzulardan xahiş edərdim ki, qız anaları kənarlaşsınlar. Çünki bir qız, sabahın anasıdır. Qız uşaqlarımız sağlam olsunlar ki, sabahları ailə həyatı qurduqda onların hamiləliyində, doğum sırasında və sonrakı dövrlərdə problemlərlə qarşı-qarşıya gəlməsinlər. 

Biz bilirik ki, erkən müayinə erkən diaqnozdur. Erkən diaqnoz da problemlərin qarşısını vaxtında almaqdır. 

Polikistoz nədir? Simptomları nədir? 

Aybaşı düzənsizliyi, tüklənmə, bu daha çox qızlardakişi xarakterli tüklənmə olur, piylənmə – yəni istəsələr belə arıqlamaqda çətinlik çəkirlər xanımlarımız, üzdə, dəridə yağlanma, “akne” dediyimiz, yəni ki, üzdə yaranan səpgilər, səsin qalınlaşması və son olaraq sonsuzluğa qədər gətirib çıxarır.

Polikistoz olan qızlar mütləq bir şəkildə düzgün müayinə və müalicə almalıdırlar. Çünki polikistoz hormonal bir pozuntudur. 

Polikistoz olan xanımlarda daha çox niyə onlara daha diqqətlə və həssas yanaşılmalıdır? 

Çünki, öncə qeyd etdiyim kimi, polikistoz olduğu zaman aybaşı düzənsizliyi ortaya çıxır. Aybaşı düzənsizliyi də ortaya çıxdığı zaman belə izah edə bilərik ki, uşaqlığın daxili təbəqəsi qalınlaşır və hormonal disbalans, yəni hormonal pozuntu səbəbindən irəli zamanda endometrial hiperplaziyaya yol açır. 

Yəni uşaqlığın iç təbəqəsinin qalınlaşaraq yarana biləcək patologiyaya yol açır. Bu da son bir durumda, yəni uşaqlıq xərçənginə qədər gətirib çıxardacaq bir patologiyadır. Xanımlarımız müraciət edirlər ki, “Bir neçə ildir ailəliyik, lakin hamiləlik baş tutmur”. Müayinə sırasında onlarda polikistoz aşkarlanır və öz diaqnozlarını, öz xəstəliklərini bilərək bəzən xanımlarımız özlərinə qarşı səhlənkarlıq edirlər. Bu da zamanla bir vəziyyətin, yəni polikistozun daha da ağırlaşaraq sabahsı gün müalicəyə də bəzən gec reaksiya verilməsi halları ilə biz qarşılaşırıq. Ona görə yəni polikistoz diaqnozu qoyulmuş xanımlarımızdan artıq dərəcədə xahiş edirik ki, mütəmadi olaraq ginekoloji müayinələrini əskiltməsinlər. Çünki polikistoz dediyimiz kimi, sonsuzluğa, xərçəngə və daha başqa bir problemlərə yol aça bilir.

Dr.Məhəmməd Xəlilov, Cərrah mama-ginekoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir