Uşaqlarda onurğa problemləri Skolioz və kifozun artması

Uşaqlarda onurğa problemləri Skolioz və kifozun artması 

Onurğa deformasiyalarından, ən çox da uşaqlarda, onurğa əyriliklərinin sayı artmaqdadır. Bunlar skoliozdur – onurğanın yana əyilməsidir, kifozun artmasıdır – yəni önə əyriliyin çoxalması, el arasında “donqarlıq” deyilən. Bunlar daha çox yayılıb. 

Uşaqlar arasında bunun yayılmağının səbəbi də, bir nömrə: hərəkətin az olmasıdır. Bugünkü gündə fikir versəniz ətrafınızda da görəcəksiniz. Gəzməyə çıxırsınız və görürsünüz ki, demək olar ki, 90% uşaqlar ya skuterlədir, əvvəl, ondan əvvəl Segway-də gəzirdilər. Hərəkət demək olar ki, sıfır səviyyəsindədir. Təbii ki, o uşaqlarda əzələ zəifliyi olacaqdır və müəyyən yaş, əsasən də məktəb başlayan dövrdən onurğa əyriliyi formalaşmağa başlayacaqdır. 

Əlamətlərin ortaya çıxması

Valideyn artıq deyirsə ki, “Mənim uşağımda əyrilik var. Mən bunu hiss edirəm”. Bu artıq ikinci dərəcəlidir. Yəni, formalaşıb. Ona görə də, mütləq şəkildə uşaqları 17 yaşa qədər ildə 1 dəfə həkim fizioterapevt, vertebroloq müayinəsindən, pediatr müayinəsindən keçirmək lazımdır ki, həmin əyrilik vaxtında aşkar olunarsa, qarşısı daha tez alınır və müalicəsi çox asan olur. Təbii ki, irəli dərəcələrdə artıq onun müalicəsi də bir az çətinləşir. 

Skolioz necə yaranır?

Skolioz orqanizmdə onurğanın yana, sağa və ya sola əyilməsidir. 

Bunun başlıca səbəblərindən biri kalsium azlığından olur. Ona görə ilk növbədə uşaqların dişlərinə fikir vermək lazımdır. Sonra isə, artıq kalsium utilizasiya pozulduğuna görə, yəni orqanizmdə mənimsəmə zəiflədiyinə görə və onurğa əzələsi də zəif olduğuna görə təbii ki, ilk növbədə onurğa əyrilinə gətirib çıxaracaqdır. 

Kifozun artması

“Onurğanın önə əyilməsi” dediyimiz kifoz… El arasında “kifoz” bilir hamı, amma o “kifozun artması”dır. “Donqarıq” dediyimiz… 

Valideynlərin çox şikayəti nədir? 

“Uşağa deyirəm ‘Düz dayan!’ Uşaq 5 dəqiqə düz dayanır, sonra isə, yenə öz qaydası ilə önə doğru çökür.” 

Yəni, valideynlər şikayət eləyir: 

“Nə qədər desək də, xeyri yoxdur.” 

Çünki, əzələ artıq zəifləyib. Bu uşaqdan asılı bir məsələ deyil. Ona görə uşaq 5 dəqiqə dayanıb artıq yorulur. Yorulduğuna görə, o istər-istəməz önə doğru yenə əyiləcəkdir ki, rahatlaşsın, rahatlıq tapsın. Və bunu gördüyünüz zaman mütləq şəkildə həkimə müraciət etməlisiniz. Artıq bunu görürsünüzsə, deməli, yenə də, kifozun artması var. 

Və bunu müalicə eləməsək nə olacaq? Nə baş verəcək? 

Təbii ki, 15 yaşa kimi uşaqlarda ağrı hissiyyatı olmayacaq. Heç bir şikayət olmayacaq ki, “Mənim kürəyim ağrıyır” 99%! 1% ağrı halları olur. Amma artıq 15 yaşdan sonra artıq ağrı şikayətləri başlayacaq, boyun ağrısı başlayacaq, baş ağrısı olacaqdır, oturanda kürəyi ağrıyacaqdır, dərsdə artıq otura bilməyəcək ki, 

“Mən uzun müddət otura bilmirəm, kürəyim ağrıyır” 

Və yaxud bel ağrısı olsun… Yəni bu onurğa ağrılarının sayı artacaqdır. 

Ona görə də mütləq şəkildə həmişəki kimi, “Vaxtında edilən müdaxilə xəstəliyə vurulan zərbədir” deyib, valideynləri uşaqlarını vaxtında müayinə etdirməyə səsləyirik.

Dr.Orxan Eyyublu | Fizioterapevt, Vertebroloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir