Fəqərəarası disk yırtıqları: boyun, kürək və bel nahiyəsində
Fəqərəarası disk yırtıqları boyun, döş, bel nahiyədə olur əsasən.
Ümumiyyətlə, orqanizmdə 23 ədəd fəqərəarası disk var. Boyun nahiyəsinin fəqərəarası disk yırtığının əlamətlərini sayım.
Boyun fəqərəarası disk yırtıqları
Əgər, bir şəxsdə boyun ağrısı ola bilər, çiyinlərə yayılan ağrı ola bilər, əllərə yayılan ağrı ola bilər, hətta əl barmaqlarının keyiməsinə kimi gətirib çıxara bilir. Bu əlamətlər varsa, artıq fəqərəarası disk yırtığından boyun nahiyəsində şübhələnmək olar. Ən əsası da, insanlarda boyun fəqərəarası disk yırtığının əlamətləri özünü necə büruzə verir? Deməli, fəqərəarası disk yırtığı zamanı sinir kompressiya olduğu üçün, sıxıldığı üçün həmin nahiyədə əzələ də gərginləşir və spazm olduğuna görə, artıq baş beyində qan dövranı zəifləməyə başlayır. Və bu qan dövranı zəiflədikcə insanlarda tənbəlləşmə yaranır. Yəni, pasiyentlər müraciət edəndə hətta bildirirlər ki, (24 yaşı olan bir pasiyentdir)
“Keçən il – 23 yaşımda daha aktiv idim. Bu yaş, bu il isə, daha tənbəlləşmişəm”
Bu, artıq həmin problemi göstərir. Və dost-tanış arasında oturanda hamı həmin o pasiyentə bildirəcək ki, nəsə problem var, narahatsınız… Nəyə görə elə deyirlər? Çünki, qan dövranı zəiflədiyi üçün istər-istəməz insanın simasında tənbəllik olur. Sanki bu adam, belə deyək, bir KAMAZ daş boşaldıb, indi gəlib oturub. O hissiyyatı verir. Bunların hamısı boyun fəqərəarası disk yırtığının əlamətləridir.
Ağır formalarda isə, başgicəllənməyə, ürəkbulanmaya, hətta yaddaşın zəifləməsi və görməyə belə təsir edir.
Döş fəqərəarası disk yırtıqları
Kürək nahiyəsində, yəni döş fəqərəarası diskərin yırtığından danışsaq, nadir rast gəlir yırtıqlara. Əsasən yırtıqönü vəziyyətlər olur. Protruziyalar, qabarmalar… Bu problem isə belədir ki, deməli, döş nahiyədə sinir sıxılır, eyni qayda ilə və ağrılar başlayır. El arasında “qulunc tutmaları” deyilən bir məfhum var. O da həmin disk problemindən, yəni yırtıqdan qaynaqlanır və əsas əlamətlərdən yalançı ürək ağrısıdır. Xəstə dəfələrlə kardioloqa müraciət edir. Praktikada gördüyümüz odur ki, xəstə gəlib artıq 3 dəfə, 4 dəfə kardioloqa gedib. İnanmadığı üçün… Və sonda zatən dördüncü kardioloq da bildirir ki,
“Sizdə ürəkdə heç bir problem yoxdur!”
Yəni 3 məsləkdaş düzgün ifadə bildirib. Son olaraq nevroz diaqnozu qoyulur. Ki, deməli, bu şəxs nevrozdur. Olmayan problemi üzə çıxardır. Və nevroz müalicəsi alır. Bunlar bir az yanlış metoddur. Çünki əgər ürək nahiyəsində ağrı ilə bu adam şikayət edirsə, bəli, nevrozda da ola bilir, təbii ki… Sadəcə, diferensiasiya etmək lazımdır ki, ürək problemi yoxdur, amma onurğada, fəqərəarası disklərdə problem olma ehtimalı var. Dəyərləndirilir. Varsa, o müalicə olunmalıdır. Onunla da o, keçib gedir, Biz bununla praktikada rastlaşırıq.
Bel fəqərəarası disk yırtıqları
Bel fəqərəarası disk yırtıqlarından danışsaq, bunlar bir az fərqlidir. Çünki, qadınlar və kişilərdə həm eyni əlamətlər verir, həm fərqli əlamətlərə gətirib çıxara bilir. Orqanizminə görə… Deməli, ümumi olaraq bel ağrısı verəcək. İnsandan-insana dəyişir. Yerindən asılı olaraq oturanda ağrı olacaq, yerindən asılı olaraq isə, gəzəndə, hərəkət edəndə ağrı artacaq. Və yaxud pasient bildirəcək ki,
“Mən uzananda ağrım olur. Durub gəzirəm, otururam – rahatam.”
Və əksinə:
“Uzananda ağrım yoxdur, oturanda, gəzəndə daha çoxdur.”
Bunlar bel fəqərəarası disk yırtıqlarının əlamətlərdir. Təbii ki, diferensiasiya eləmək lazımdır. Çünki, bel fəqərəarası disk yırtıqlarının yerinə görə ayaqlara belə yayılan ağrılar olur. Hətta, belə deyək, el arasında baldır nahiyəsində “sanki bıçaq sancır” – bu şikayətlər olur. Yəni, aşağı ətraf əzələlərində ağrı şiddətlənir. Lakin belində ağrı hiss eləmir. Gedir, ayaqlarını dopler elətdirir, masaj elətdirir və heç bir nəticəyə nail ola bilmir. Və yoxlayanda məlum olur ki, həmin şəxsdə bel fəqərəarası diskin yırtığı var. Sadəcə, yerinə görə bəli, belə bir nayihədə oturaq sinirin elə bir yerini sıxır ki, o ağrını ancaq ora verə bilir. Hətta, ayaq baş barmağı keyiyə bilər. Bu formada ayağa yayılan ağrılar olur.
Əsasən, sağ və ya sol olur. Çox az hallarda hər 2 tərəfi ola bilir. O zaman da mütləq şəkildə hər 2 tərəflidirsə, yəni ayaqlarda ağrı, “polineyropatiya” dediyimiz sinir zədələnməsi də differensasiya olunmalıdır.
Çünki, əlamətlər eynidir, amma xəstəliklər tamamilə fərqlidir. Onların müalicəsi də tamamilə fərqlidir.
Dr.Orxan Eyyublu | Fizioterapevt, Vertebroloq