Osteoparoz – “Sümük əriməsi”
Osteoparoz – sümük strukturunun dəyişilməsi nəticəsində yaranan xəstəlikdir. Sümüyün çəkisi zaman gedişində azalır və sümük kövrəkləşir. Qeyri-tibbi dildə osteparoza “sümük əriməsi” də deyilir.
Osteoparoz aydın klinik simptomları olmayan bir xəstəlikdir. Belə ki, xəstələr, adətən, sümük boyunca yayılan ağrılardan şikayətlənirlər. Bəzi xəstələrdə boylarında qısalma müşahidə olunur. Nə vaxt bu ortaya çıxır? Adi bir travmadan, bəzən də travma olmadan sümüklərdə sınıqlar müşahidə olunur.
65 yaş üstü qadınlar və 70 yaş üstü bütün kişilər osteoparoza görə mütləq skrininqdən keçməlidirlər. Lakin bəzi durumlar var ki, bu zaman biz yaşı deyil də həmin, siqaret çəkmə, alkoqol istifadəsi olduqda, 3 ay və daha uzun müddətli steroid qəbulu zamanı ki, bunu biz, əsasən, revmatoloji xəstəliklərdə görürük.
Hipoqonadizmdə, kalsium, vitamin D çatışmazlığı zamanı, eyni zamanda bir sıra endokrin xəstəliklərdə, hansı ki, osteoparoz müşahidə olunur biz bu qrup xəstələri də osteoparoz yönündən araşdırmalıyıq və diaqnoz qoyulmalıdır.
Dr.Rəna Novruzova, Endokrinoloq