İnsulin rezistentliyi
İnsulin rezistentliyi zamanı hüceyrələrin insulinə qarşı dirənci olur və hüceyrə qlükozadan istifadə edə bilmir.
İnsulin rezistentliyini ölçmək üçün biz HOMA indeksi deyilən bir vahiddən istifadə edirik.
HOMA indeksini müəyyənləşdirmək üçün 8-10 saatlıq aclıqdan sonra, venoz qandan qlükoza və insulin ölçülür və biz HOMA indeksini hesablayırıq.
Bu indeks 2.5-dən yüksəkdirsə,”Xəstədə insulin dirənci vardır” deyirik.
İnsulin rezistentliyinin əlamətləri nələrdir?
Xəstə nə hiss eliyir? Halsız və yorğun olur. Kalorili, karbohidratlı, daha doğrusu qidalara qarşı tələbatı olur. Xəstə yemək vaxtını keçirdikdə özünü narahat hiss edir, yeməkdən əsmə müşahidə olunur həmin vaxt xəstədə və yeməkdən sonra xəstənin şəkərində düşmələr – hipoqlikemiyalar müşahidə olunur.
İnsulin rezistentliyinin müalicəsi necə aparılır?
İnsulin rezistentliyini müalicə etmək üçün ilk növbədə xəstəyə sağlam həyat tərzinə keçməyi məsləhət görürük. Artıq çəkilərdən azad olmalıdır, fiziki aktivliyi yüksəltməlidir və insulin rezidentliyinin ilk növbədə başlıca müalicəsi bədən kütlə indeksinin (bədən çəkisinin) azaldılmasıdır.
İnsulin rezistentliyi müalicə olunmasa nə olar?
İnsulin rezidentliyinə çox ciddi yanaşmaq lazımdır. Çünki insulin rezidentliyi pre-diabetə və pre-diabet də şəkərli diabetə keçib şəkərli diabetlə nəticələnə bilər.