Ürtiker xəstəliyi
Ürtikər xəstəliyiel arasında “allergiya” dedikləri, “dəri allergiyam olur” dedikləri xəstəliklərdən biridir. Allergiya çox geniş bir mövhumdur, çox geniş bir mövzudur. Heç bir xəstəliyin adı allergiya getmir, əslində. Hər xəstəliyin özünün adı var. Necə ki, hər birimizin adımız, soyadımız, xüsusiyyətlərimiz var, dəri xəstəlikləri də belə olur.
Ürtikər ən geniş yayılanlarından biridir. Latıncada nurtika (gicitkən) sözündən götürülür. Xəstələr tərif edəndə də deyir ki, məni gicitkən dalamış kimi dərimdə qızarıqlıqlar əmələ gəlir, qaşıntılar olur, şişir.
Çox tez-tez rastlaşdığımız və hər mövsümdə, hər yaşda rastlaşdığımız bir xəstəlikdir, dermatoloji bir xəstəlikdir.
Təəssüflənirəm ki, çox ixtisas həkimləri urtikeri müalicə etməyə çalışır. Xəstələr təəssüflər olsun ki, başqa əlavə dərmanlar alaraq bizə müraciət etmiş olurlar və bir az da gecikmiş hallar olur.
Çünki ürtikərlər xronik və kəskin (akut) olaraq iki yerə bölünürlər.
Akutlar, yəni altı həftənin altında davam edən ürtikərlərdir. Xronik ürtikərlər isə altı həftənin üzərində davam edənlərdir. Yəni xəstə deyir ki, illərdir olur, hər fəsil dəyişikliyində olur, stress olduğum dövrdə olur.
Bunlarda major faktorlar var və minor faktorlar var – yəni qıcıqlandırıcı faktorlar. Bu xəstəliklərin ortaya çıxması üçün münbit şəraitlərdir, deyək.
Bunları biz anamnezdən toplayırıq, xəstə ilə danışığımızda, müayinədə xəstələrdə daha çox “anjioödem”lər hansılar ki, bu daha təhlükəli bir haldır dediyimiz: dil, dodaq şişməsi, göz qapaqlarında şişmə, əl və ayaq altında şişmələr ola bilir. Təbii ki, xəstələrimiz bunları hər bir xəstə eyni olaraq anladır: “Allergiya oldum”. “Yedim… Bəlkə də, yediyim yadıma düşmür”. “Stressdən oldum”. Hərə bir cür tərifləyir.
Mütləq və mütləq işin mütəxəssisinə müraciət etmək lazımdır.
Səbəbi bilinir. Səbəbi bilinməyənlər də var: “idiopotik ürtikerlər” dediyimiz də var. Hər birinin müalicəsi var.
Xəstələr ürtikerlə ömür boyu yaşamaq məcburiyyətində deyil. Anamnezdən, analizlərdən doğru yola, doğru müalicə yoluna çıxırıq və xəstələrimiz sağlam, rahat həyatlarına qovuşmuş olurlar.