deride-sepkiler

Akne

Günümüzün yaşından fərqi olmayaraq, cinsiyyətindən fərqi olmayaraqən çox dermotoloji xəstəliklərindən insanlar həm psixoloji olaraq, həm mənəvi olaraq, həm fiziki olaraq narahat edən xəstəliklərdən biri akne xəstəliyidir.

Hər yaşda görürük artıq. “Akne vulgaris” sözünü artıq qaldırmışıq aradan. Akne xəstəliyi həm uşaqlarda, həm orta yaşlı, həm yaşlılarda görə bilirik. Yəni burada “vulgar” sözünü işlətmirik və “akne xəstəsi” deyirik. Aknenin də növləri çoxdur. 

Dərimizən böyük orqanımız olduğu üçün və burada bizi narahat edən səpkilər olsun, çapıqlar olsun, ləkələr olsun, ən çox insanları iş həyatında, özəl həyatında onları narahat edən nüanslar olduğu üçün akne xəstələri daha çox bizə baş vururlar. Bunlarda aknenin həm özü ilə, həm səhv müalicələr almış xəstələrlə bağlı olaraq akne izləri olaraq müraciət edirlər.

Akne hər yaşda ola bilir

Bəzən xəstə gəlir deyir: “50 yaşım var. 50 yaşına qədər heç bir şikayətim yox idi. Niyə bu yaşda çıxdı? 18 yaşında, 20 yaşında çox tərtəmiz dərim var idi.”

Bəzi xəstələrimizdə 9 yaşında, 8 yaşında “Hələ yetkinlik dönəmi olmadan niyə bu qədər şikayətimiz oldu?” deyə baş vururlar. Əvvəlcə təbii ki, xəstədən anamnez alırıq. Xəstənin dermotoji müayinəsi çox önəmlidir, ailədən gələn dəri strukturu çox önəmlidir. Burada həmişə pasiyentlərimizə izah edirik. 

Xəstələr çox keşməkeşli yollardan gəlirlər: 

“Bu gənəmi idi?”, 

“Qanımızda mikrob var?”, 

“Qanımızda soyuqdəymə var?”, 

“Bağırsağımızlamı bağlıdır?”,

“Mədəmizləmi bağlıdır?” 

Hər zaman dediyim bir cavab var: 

“Xeyr, əsas buradakı səbəbimiz dərimizdəki yağlılıqdır.” 

Adətən quru dəridə səpkilərimiz, aknelərimiz olmaz. Yağlı dəri bərabərdir çox zaman akneli dəri, yəni səpkili dəri. 

Saçlı dəri də yağlıdırsa bərabərdir saç tökülməsi. Adətən saç tökülməsi ilə akneli xəstələr birlikdə olurlar. Yəni bizə gələn xəstələrdə, müraciət edən xəstələrdə sadəcə akneləri keçirmək müalicəmiz deyil. Həm akneni keçirik, həm izlərində kömək edirik, həm saçların tökülməsinin qarşısını alırıq. 

Bunların da növləri çox olur. Məsələn, pasiyentlər bir az xəstəliklərini onlara qəbul etdirmək də çətin olur. 

Bəziləri deyir ki: 

“Bu akne deyil, sadəcə dəraltı səpkilərim var.”

“Sadəcə yağlılığım var”.

“Mənim sadəcə kürəyimdə olur.”

“Əslində üzümü yumasam hiss edirəm ki, yağlılığım çox olmaz.” 

Eyni şikayəti fərqli cür anlatırlar və burada da deyirik ki,

“Xəstəlik yoxdur, xəstə vardır”. 

Hər xəstəlik hər xəstədə fərqli cürə təzahür edir. 

Buradan xəstələrimə demək istədiyim, üzlərində sızanaqları olan, izləri olan:

Bəli müalicəsi olan bir xəstəlikdir.

Çünki adətən düşünülür ki, bu xəstəliyin müalicəsi yoxdur və ömür boyu bu xəstəliklə yaşanılacaq.

Uzman Dr.Firayya Məmmədova / Baş həkim, Dermatoveneroloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir