Lazerlə prostat əməliyyatı – HoLEP
Son illər uroloji praktikada çox eşitdiyimiz HoLEP, yəni holmium lazer prostat enukleasiyası və ya insanlar arasında deyilən “lazer prostatektomiya əməliyyatı” nədir? Kimə, nə vaxt, necə icra olunur?
Bunları bir az açıqlamaq gərəkirsə, lazer prostatektomiya əməliyyatı dünyada ilk olaraq 90-cı illərin sonu, 2000-ci illərin əvvəlləri Yeni Zellandiyada başlamışdır və bu texnologiyanın və urologiyanın inkişafı ilə sürətlə alətlər də, tibbi alətlər, tibbi cihazlar da inkişaf etdikcə sürətlə yayğınlaşmış və bütün dünyada bugünkü gündə Avropa, Almaniya və Türkiyədə çox yayğın şəkildə prostat əməliyyatları artıq, xüsusilə xoşxassəli prostat böyüməsi olan prostat adenoması olan kişilərə HoLEP əməliyyatı icra edilməyə başlamışdır.
Ölkəmizdə də artıq son illər və son aylarda HoLEP əməliyyatları çox populyarlaşmağa başlamışdır.
Bu əməliyyat, xüsusilə, böyük həcmli prostatı olan kişilərə icra oluna bilir və daha çox böyük həcmli, əməliyyat riski yüksək olan xəstə qrupları bu əməliyyata uyğun xəstə qruplarıdır.
Hansı xəstəliklərdə HoLEP əməliyyatı icra olunur?
Ümumiyyətlə, prostat vəzin hansı xəstəlikləri olur, qısaca məlumat vermək gərəkdirsə, prostat vəzin iltihabı xəstəlikləri ola bilər – prostatitlər, prostat vəzinin yaşa bağlı adenoması, xoşxassəli hiperplaziyası ola bilər ki, bu da təbii haldır.
Yaşlanmaya bağlı, 50 yaşdan sonrakı kişilərdə çox tez-tez görülən bir haldır və eyni zamanda prostat vəzinin xərçəngi ola bilər.
HoLEP əməliyyatı, əsasən, prostat vəzinin xoşxassəli hiperplaziyası olan, adenoması olan xəstələrə icra oluna biləcək əməliyyatdır ki, bu zaman lazerlə prostat vəzinin sidik kisəsindən çıxış nahiyəsini qapadan hissəsi enkulyasiya edilib xaric olunur və sonra xaric olunmuş, sidik kisəsinin daxilinə itələnmiş prostat vəzisi “morsellator” deyilən kiçik cihazla kiçik hissələrə ayrılaraq xaric olunur və sidik kanalında genişləndirmə aparılaraq sidiyə çıxma prosesini rahatlaşdırır.
Yəni prostat vəzi böyüdükcə, əlbəttə, 50 yaşdan sonra yaşa bağlı olaraq təxminən kişilərin 30 faizində prostat vəzinin həcmi böyüyür. Həcmi böyüdükcə sidik kanalını sıxaraq sidik çıxma prosesini çətinləşdirir. Tez-tez, kəsik-kəsik sidiyə çıxma, çətin sidiyə çıxma, gecə tez-tez sidiyə durma kimi əlamətlər meydana gəlir və bu əlamətlər kişinin, şəxsin həyat keyfiyyətini pozur, həyat keyfiyyətini pozduqdan bir müddət sonra əgər müalicə olunmazsa, müalicə düzgün aparılmazsa, hətta bu sidik kisəsi və böyrəklərin funksiyasını pozaraq böyrək çatışmazlığına aparıb, xəstəni hemodializdən asılı vəziyyətə sala da bilər.
Buna görə 50 yaşına gəlib çatan kişilərildə bir dəfə uroloqun müayinəsindən keçməlidir. Uroloqun müayinəsindən keçərkən əgər prostatında hiperplaziya əlamətləri varsa və şikayətləri varsa, ilkin mərhələdə farmakoterapiyadan – dərman preparatlarının müalicəsindən istifadə olunmalıdır. Dərman preparatları müalicəsi effekt vermədiyi kiçik qrup xəstələrdə isə cərrahi müalicələr istifadə olunmalıdır.
Bir çox cərrahi müalicə üsulları vardır ki, bunların da əksər üsullar xoşxassəli hiperplaziyalarda endoskopik, qapalı üsullardır.
Standart, ən çox yayılmış, ən çox hər kəsin bildiyi TUR-Prostatektomiya üsulu, qapalı cərrahi üsuldur ki, bunlar bugünkü gündə və son 20-30 ildə bütün dünyada çox yayğın şəkildə istifadə olunurdu.
Amma son 10 illikdə, xüsusilə, böyük həcmli prostat vəzisi olan xəstələrdə, ümumi vəziyyəti ağır olan, qandurulaşdırıcı istifadə edən xəstələrdə isə HoLEP deyilən lazer prostatektomiya əməliyyatı icra olunmağa başladı ki, bu da əməliyyatın nəticəsinə ciddi dərəcədə müsbət təsir etməkdədir.
Yəni əməliyyat zamanıq anama riski azalır, əməliyyatın müddəti nisbətən qısalmış olur. Xüsusilə, xəstəxanada yatış müddəti qısalmış olur və kateterlə qalma müddəti bu zaman qısalmış olur.
Yəni HoLEP əməliyyatlarından sonra xüsusilə, diqqəti cəlb edən məqam: xəstəxanada yatış müddəti 1 gün olur, kateterli qalma müddəti TUR-Prostatektomiya əməliyyatında 2-3 gün olmasına baxmayaraq, HoLEP əməliyyatında 1 gün, nadirən 2 gün olur və qısa müddətdə xəstə xəstəxanadan çıxıb normal işə və həyatına qayıtmış olur.
Eyni zamanda əməliyyat zamanı və əməliyyatdan sonrakı lazerlə olan prostat əməliyyatlarında əməliyyatdan sonrakı və əməliyyat zamanı olan qanama prosesi çox az miqdarda olduğu üçün əməliyyat riskləri minimal olur.
Bütün bunları nəzərə aldığımız zaman sözsüz ki, dünyada və inkişaf etmiş ölkələrdə HoLEP artıq digər qapalı prostat əməliyyatlarının yerini almağa başlamışdır və onlardan qat-qat üstün olduğu üçün cərrahların və xəstələrinilk seçim əməliyyatı olmağa başlamışdır.
HoLEP-in mənfi xüsusiyyəti varmı?
Sadəcə mənfi xüsusiyyəti cərrahi əməliyyatın nisbətən digər üsullardan bahalı olmağıdır.
HoLEP əməliyyatının üstünlüyü nədir?
HoLEP əməliyyatı dediyimiz kimi, TUR-Prostatektomiya ilə müqayisə etdikdə ikisi də qapalı yolla icra olunur. Ancaq sual yarandıqda ki, nədən HoLEP əməliyyatı daha klassik, daha nisbətən köhnə, qapalı üsul, endoskopik üsul olan TUR-Prostatektomiyadan üstündür?
Üstünlüyü, əlbəttə, ondadır ki, TUR-Prostatektomiyada böyük həcmli prostatlarda lazer gücü istifadə olunmadığı üçün icra etmək mümkün olmur və bu zaman əməliyyatın müddəti uzandığı üçün və əməliyyatın qanaması və ağırlaşmaları ehtimalı artdığı üçün TUR-Prossektomiya böyük həcmli prostatlarda cərrahların ilk seçimi olmur və HoLEP şəraiti yoxdursa və lazer cihazı yoxdursa açıq əməliyyat etməyə məcbur qala bilir cərrah.
Ancaq holmium lazer cihazı olduqdan sonra HoLEP əməliyyatı ilə istənilən ölçüdə: 200 qram, 250 qram ölçüdə olan prostatlara belə qapalı əməliyyatlar icra edib qapalı sonlandırıla bilir və qanama riski minimal olur, ağırlaşma riski TUR-Prostatektomiya ilə müqayisə etdikdə çox daha minimal olur və xəstəxanada qalma müddəti də əlbəttə ki, qısalmış olur.
HoLEP əməliyyatı necə icra olunur?
Əməliyyat necə icra olunur?
Digər əməliyyatlar kimi spinal anesteziya ilə, yəni bel nahiyəsindən olan keyləşdirmə ilə aparıla bilər və yaxud da ümumi anesteziya ilə tam yatırılaraq xəstənin əməliyyatı icra oluna bilər.
Əməliyyat, adətən, 1-2 saat ərzində çəkir. 1-2 saat sonra xəstə bir gecə xəstəxanada saxlanılır və bir gecə kateterlə qalır. Səhərsi gün kateteri çıxarılıb normal sidiyə getdikdən sonra xəstə evə göndərilir və bir neçə gün ərzində normal həyatına və iş həyatına qayıda bilir.