peyvendler

Peyvəndlər

Peyvəndlər gənc valideynlər arasında ən aktual mövzulardan biridir. 

Ümumiyyətlə, peyvənd nədir? İlk öncə başlayım ki, yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqda əsas iş immunoprofilaktikadan ibarətdir. 

İmmunoprofilaktika nədir? Ən kəskin yoluxucu xəstəliklərin azalmasında, fəsadlarının azalmasında yeganə təbii, effektiv üsul olan peyvəndləmədir. 

Peyvəndləmə uşaqlar arasında doğulan gündən başlanılır. İlk 12 saatda Hepatit B əleyhinə, 3-7-ci günündə isə vərəm əleyhinə peyvənd olunur doğum evində və evə yola salınır. 

Ondan sonrakı peyvənd təqviminə uyğun planlı peyvəndlər poliklinikalarda və yaxud özəl klinikalarda keçirilir. Peyvəndlər uşaqların arasında ağır xəstəliklərdən qorunmaq üçün ən effektiv, ən təbii üsuldur, ən ziyansız üsuldur.

Peyvənd nədir?

Peyvənd xəstəliyin törədicisinin zəiflənmiş formada orqanizmə yeridilməsi, orqanizmin onu tanımasına şərait yaratmaqdır. 

Peyvənd olunan uşağın həmin xəstəliyi artıq gələcəkdə onunla təmasda olarkən orqanizm həmin viruslarımı, bakteriyalarımı tanıyır. Demək olar ki, tutmur o uşaq xəstəliyi və yaxud keçirərsə də çox zəif formada fəsadsız…

Kollektiv immunitet

Peyvəndləmənin üstün cəhətlərindən biri də kollektiv immunitetin yaranmasında roludur. Kollektiv immunitet nədir? Kollektiv İmmunitet məktəblərdə, bağçalarda, çox kontaktda olanda uşaqlar arasında… Belə deyək, sinifdə 20 uşaq var. 20 uşağın, əgər 80-90 faizi peyvənd olunubsa, o sinifdə, o müəssisədə heç vaxt epidemiya şəklində infeksiya yayılmaz. Əgərləri bir xəstəlik belə oraya daxil olubsa, viruslu bir uşaq varsa, digər uşaqlar peyvəndli olduğuna görə xəstəliyin artmasının qarşısı alınmış olur. 

Bu da öz sırasında həmin peyvənd olunmuş uşaqların həmin infeksiyanı evlərinə daşımamağı… Əgər evdə peyvənd olunmamış, yeni doğulmuş körpə daha risk qrupunda olan uşaqlar varsa, bu da öz növbəsində ondan qoruyur. 

Hər ölkənin özünə uyğun milli peyvənd təqvimi var. Bizim peyvənd təqvimimizdə 11 xəstəlikdən çox xəstəliyə qarşı peyvəndlər var, yəni həmin xəstəliklərdən uşaqları qoruyur. Hansı ki, həmin xəstəliklər artıq bir neçəsid emək olar ki, ya tamamilə yox olubdur və yaxud da çox nadir hallarda rast gəlinir.

Peyvəndə qarşı olanlar

Çox təəssüf hissi ilə demək istəyirəm ki, son dönəmlərdə bir az peyvəndlərə qarşı valideynlər arasında münasibətdə dəyişikliklər var. Bunu da, yenə də təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, heç bir elmi əsası olmadan, internetdən yayılmış bir məlumat, qonşunun dediyi bir məlumat ki, “uşağımı qızdırar”, “yox, ağrıyacaq” deyə valideynlərin narahatçılıqları peyvəndlərdən imtina hallarına gətirib çıxarır. Lakin üzümü tutub o valideynlərə demək istəyirəm ki, uşağımıza qıymadığımız peyvəndin tutaq ki, hər hansı bir yan təsiri olmur deməyək. Olur. İynə yerində, ineksiyanın yerində bir şişkinlikmi, qızartı, ağrı və yaxud 2-3 gün ərzində 72 saata qədər maksimum çəkə biləcək subfebil hərarəti olur. Bunlar yan təsirlərdir və heç bir ziyan vermir uşağa. 

Halbuki valideynlər buna qıymadıqları uşağını həmin xəstəliyi tutarsa nə vəziyyətə düşəcəklərini fikirləşsələr məncə çox sevə-sevə peyvənd olunurlar. 

Peyvənd vurulması

Peyvənd necə olunur? Peyvənd üçün valideynya pediatra və yaxud ailə həkiminə müraciət edir. Uşaq tam müayinə olunur. Uşaqda heç bir xəstəlik kəskin bir formada və yaxud hər-hansı bir allergik xəstəlik yoxdursa, uşaq rahat şəkildə peyvəndə göndərilir. Və valideynlər öncədən hər-hansı bir kiçik yan təsirləri ola biləcəyi haqqında məlumatlandırılır. Narahat olmamaqları tövsiyə olunur. Hər hansı bir narahatlıqda yenidən həkimə müraciət etmələri tapşırılır, deyilir. 

Nəzərə alsaq ki, körpə uşaqlar infeksiyaları çox ağır keçirdirlər, fəsadları həddən ağır ola bilir, hətta ölümlə nəticələnə bilir, bu zaman peyvəndin üstünlüyünü hər birimiz dərk eliyə bilərik ki, peyvəndlər uşaqları infeksiyalardan necə qoruyurlar. 

Dr. İlhamə Rəsulova, Pediatr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir