Çox şəkər yeyən uşaqların dişləri nə üçün tez çürüyür?
Uşaqlarla bağlı tez-tez rast gəlinən problemlərdən biri də uşaqların şəkər yeməklə bağlı yaşadıqları problemlərdir.
Nəyə görə çox şəkər yeyən uşaqların dişləri xarab olur, çürüyür, qaralır? Bu əlamətlərin şəkərin diş emalına birbaşa təsirinin nəticəsi olduğunu düşünürsünüzsə yanılırsınız.
Mexanizm bir qədər fərqlidir.
Uşaq nə qədər çox şəkər ( konfet, şirniyyat, şirin içkilər və s.) qəbul edirsə, bir o qədər də qanda turşuluq artar ( yəni qanın PH balansı asid-turşuya doğru meyl edər). Bu hal insan orqanizmi üçün yolverilməzdir. Xilasedici tədbir olaraq qan başlayır PH balansını düzəltməyə (qələviyə doğru meyl etməyə).
Necə?
Sümüklərdən, dişlərdən, saçlardan Ca (kalsium) yuyub, qana verməklə. Çünki əsas minerallardan sayılan kalsium qanda turşu-qələvi balansını ( PH balansını) qələviyə doğru tənzimləməyə səbəbdir. Beləcə qanda PH normaya düşür qələvi-turşu balansı bərpa olunur.
Amma nəticədə sümüklərdə, dişlərdə, saçlarda və s. kalsium çatışmazlığı əmələ gəlir ki, bu da öz növbəsində dişlərin tez sıradan çıxmasına, qaralmasına, çürüməsinə, saçların nazik və kövrək olmasına, tökülməsinə, sümüklərin kövrək olmasına səbəb ola bilir.