Uzman dr Fikret Ehmedov uroloq

Dos.Dr.Fikrət Əhmədov Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində ali təhsil alıb. Daha sonra o təhsilini Qazi Universitetinin urologiya kafedrasında davam etdirib. F.Əhmədov burada assistent doktor olaraq çalışıb və 2012-ci ildə uzmanlıq dərəcəsi alıb. Uroloq Fikrət Əhmədov 2012-ci ildə İngiltərənin London şəhərində yerləşən Great Ormont Street Hospital for Children xəstəxanasında pediatrik urologiya ixtisası üzrə kurs keçib.

2013-cü ildə isə o, Tibb Üzrə Fəlsəfə Doktoru (PhD) dərəcəsi qazanıb..

Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasında 2013-cü ildən baş laborant, 2016-cı ildən etibarən assistent kimi fəaliyyət göstərən F.Əhmədov 2023-cü ildən kafedranın dossenti kimi fəaliyyətini davam etdirir.

2014-cü ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır.

O, American Urological Association, Endourological Society, European Association of Urology və Azərbaycan Andrologiya Assosiasiyasının üzvüdür.

Dos.Dr.Fikrət Əhmədov Megapol Sağlamlıq Mərkəzinin direktordur.

Təhsili

  • 1999-2005, Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində ali təhsil alıb.

  • 2006-2012, Qazi Universitetinin urologiya kafedrasında uzmanlıq həkim dərəcəsi alıb. Türkiyə/Ankara

  • 2012, Great Ormont Street Hospital for Children xəstəxanasında pediatrik urologiya ixtisası üzrə kurs, İngiltərə/London

Üzv olduğu elmi qurumlar

  • 2008-ci ildən etibarən Endourological Society
  • 2008-ci ildən etibarən European Association of Urology
  • 2012-ci ildən etibarən Azərbaycan endouroloji dərnəyi

İş təcrübəsi

  • 2012-ci ildən etibarən Uzman Uroloq.
  • Great Ormond Street Hospital for Children: Pediatrik Urologya yanvar-iyul 2012 London, Böyük Britaniya.
    2013-cü ildən etibarən ATU Urologiya kafedrası: Uroloq uzman.
  • 2013-cü il dekabr, Tibb Üzrə Fəlsəfə Doktoru (PHD).
  • 2014-cü ildən etibarən ATU Tədris Cərrahiyyə Klinikası: Urologiya Şöbə müdiri.