Xidmətlərimiz
Görmək istədiyiniz xidmət təfərrüatları üçün aşağıdakı siyahıdan seçim edə bilərsiniz.
Görmək istədiyiniz xidmət təfərrüatları üçün aşağıdakı siyahıdan seçim edə bilərsiniz.
İnsan sağlamlığını möhkəmləndirən faktorlardan ən əsası qidalanmadır. Qidalanma aclıq hissini basdırmaq, qarın doydurmaq ya da istənilən şeyi yeyib içmək deyildir. Qidalanma, sağlamlığı qorumaq, keyfiyyətli həyat yaşamaq üçün bədənə lazım olan qidanı yetərli qədər və uyğun zamanda qəbul etmək üçün gərəkli bir davranışdır. Optimal sağlamlıq üçün həyatın hər dövründə yetərli və nizamlı qidalanma təməl ünsürdür. Nizamlı və sağlam qidalanma xəstəliklərə qarşı orqanizmi gücləndirməkdən əlavə eyni zamanda bir sıra xəstəliklərin daha tez sağalmasına da kömək edir.
Dietologiya şöbəmiz düzgün olmayan qidalanmanın, artıq çəkinin yaratdığı sağlamlıq problemlərinin araşdırılması, diaqnostikası və müalicəsi üzrə hər bir müraciət edən şəxsə induvidual proqramla xidmət göstərir. Dietologiya şöbəmizin əsas üstünlüyü isə xüsusi qidalanmaya ehtiyacı olan şəxslərə də qidalanma ilə bağlı xidmət göstərməsidir.